Bizə yazın

Baku

-°C

USD

-

Qazaxıstan XTQ mənsubları Azərbaycan dronları barədə məlumatlandırılıb 

Cəmiyyət 17 İyul 2025, 10:54

361

Azərbaycan və Qazaxıstan müdafiə nazirliklərinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) nümayəndə heyəti arasında döyüş təcrübəsi mübadiləsi məqsədilə görüş keçirilib.

CityPost.az  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdə şərti düşmənlə əməliyyatlara cəlb olunmuş bölmələrin silah-sursatı, təchizatı, təşkilatlanması, bölmələrin tətbiq qaydaları və onların təkmilləşdirilməsi məsələləri üzrə ətraflı fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində qonaqlar Azərbaycan istehsalı olan zərbə dronları barədə məlumatlandırılıb.

Sonra Ümumqoşun Təlim Meydanında qeyd olunmuş mövzu üzrə nümayiş məşqində silah və təchizatın döyüş tətbiqi, bölmələrin taktiki fəaliyyətləri izlənilib.

Tədbirin sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Prokurorluqda təyinatlar olub 

Baş Prokuror əmrlər imzalayıb.Baş Prokurorluqdan CityPost.az-ın sorğusuna cavab olaraq bildirilir ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Bakı şəhəri Səbail rayon prokurorunun köməkçisi Leyla Kərimovaya Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru (Sabunçu rayon məhkəməsi üzrə) vəzifəsinin icrası həvalə edilib.2014-cü ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Leyla Kərimova əvvəllər Xocalı və Qubadlı rayon prokurorunun köməkçisi, Xocavənd rayon prokurorluğunun müstəntiqi vəzifələrində işləyib.Baş Prokurorun digər əmrilə Bakı şəhər prokurorluğunun Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin prokuroru Ləman Səmədzadə Eldarlıya Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin...

17 İyul 2025, 14:28

Sabahın havası açıqlandı 

Bakıda və Abşeron yarımadasında iyulun 18-də hava şəraiti yağmursuz olacaq.Bu barədə CityPost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-37° isti olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Arabir duman. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 22-26° isti, gündüz 36-41° isti, dağlarda gecə 11-16° isti, gündüz 27-32° isti olacaq....

17 İyul 2025, 12:31

Güzəştli şərtlərlə Qarabağda da ev almaq mümkün olacaq 

“Azərbaycan Prezidentinin imzaladığı Fərmanla “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilib. Sənədlə ipoteka kreditinin verilməsinə dair yeni tələblər müəyyənləşib. Bununla da Qarabağ və Şərqi Zəngəzurda güzəştli şərtlərlə mənzilə sahib olmaq mümkün olacaq”.CityPost.az   xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.Millət vəkilinin sözlərinə görə, yeni dəyişikliklərə əsasən, güzəştli ipoteka kreditinin məbləği kreditin verildiyi tarixə işğaldan azad edilmiş ərazilərdə yaşayış sahəsinin qiymətinin 90 faizindən çox ola bilməz: “Digər dəyişiklik işğaldan azad olunan ərazilərdə ipoteka krediti üzrə ödəniləcək aylıq məbləğ borcalanın məcmu gəliri ilə bağlıdır. Belə ki, işğaldan azad...

17 İyul 2025, 11:45

Mehdidən sonra anası da öldü 

İyulun 7-də Abşeron Gənclər Şəhərciyində baş verən yanğının təfərrüatı məlum olub.CityPost.az   “Oxu.az”a istinadən xəbər verir ki, partlayış usta siqaret çəkmək istəyən zaman baş verib.Partlayış zamanı mənzildə iki uşaq olub. Onlardan biri, 9-cu sinif şagirdi olan Mehdi ağır yanıq xəsarəti alaraq həlak olub.Mərhumun anası isə ağır yaralı olduğu üçün övladının öldüyünü ondan gizlədiblər.Övladının ölüm xəbərini bu gün öyrənən ana da onun itkisinə dözməyərək ölüb.Mənzildəki digər uşaq sağdır. Məlumata görə, uşaqların atası onlarla yaşamırmış.Qeyd edək ki, mərhum Günel Əliyeva Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibb bacısı kimi çalışırmış....

16 İyul 2025, 11:08

Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəlib 

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 16-da Azərbaycana səfərə gəlib.CityPost.az  xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Türkmənistan Xalq Məsləhətinin sədrini Azərbaycanın Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

16 İyul 2025, 10:50

Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ 

İyulun 16-19-da, əsasən, gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yağan yağışlar nəticəsində bəzi dağ çaylarında sululuğun artacağı ehtimalı var.

15 İyul 2025, 17:15