Bizə yazın

Baku

-°C

USD

-

Şimali Koreya düşmənlərini təhdid etdi: Eyni anda üç ölkəni hədəf aldı

Dünya 14 İyul 2025, 15:23

326

Şimali Koreya düşmənlərini hədələyib.

CityPost.az  xəbər verir    ki, Şimali Koreya Müdafiə Nazirliyi ABŞ, Yaponiya və Cənubi Koreya arasında hərbi əməkdaşlıq və birgə təlimlərin son vaxtlar getdikcə “təhdidedici” hal aldığını bildirib.

İyulun 11-də ABŞ, Yaponiya və Cənubi Koreyanın B-52H strateji bombardmançı təyyarəsinin iştirakı ilə ortaq hava təlimi keçirdiyinə diqqət çəkən açıqlamada, "Həmin gün üç ölkənin qərargah rəisləri Şimali Koreya və digər region ölkələrini hədəf alan üçtərəfli hərbi əməkdaşlığı daha da dərinləşdirmək niyyətlərini açıq şəkildə nümayiş etdirən görüş keçirdilər", deyə rəsmi açıqlamada  bildirilib.

ABŞ, Yaponiya və Cənubi Koreyanın Şimali Koreyanın təhlükəsizlik narahatlıqlarına qəsdən məhəl qoymadığı iddia edilən bəyanatda, “Biz bu təxribatçı və təhdid xarakterli hərbi hərəkətlərdən ciddi şəkildə narahatıq və onların gətirəcəyi ağır nəticələrlə bağlı ciddi şəkildə xəbərdarlıq edirik.

Bəyanatda qeyd olunub ki, ABŞ bu il Koreya yarımadası və ətraf ərazilərə rekord sayda strateji hücum silahı yerləşdirib və müttəfiqləri ilə keçirdiyi təlimlərin sayını artırıb.

O, həmçinin xəbərdarlıq edib ki, “ABŞ-Yaponiya və ABŞ-Cənubi Koreya arasında hərbi əməkdaşlığın tam nüvə əsaslı üçtərəfli hərbi ittifaqa çevrilməsi Koreya yarımadasında uzun müddət davam edən qeyri-sabitlik və gərginliyin hər an gözlənilməz hərbi münaqişəyə səbəb ola biləcəyindən xəbər verir”.

Nigar

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Eşşəkdən kamikadze kimi istifadə etdilər 

Milli Azadlıq Ordusu qrupundan olan Kolumbiyalı üsyançılar hökumət qoşunları ilə döyüşdə partlayıcı ilə intihar edən eşşəydən istifadə ediblər.CityPost.az  xəbər  verir    ki,  bu  barədə  La Jornada  məlumat  yayıb.Bildirilir ki, eşşəkdən istifadə edilən əməliyyat iyulun 9-da Kolumbiyanın şimal-şərqindəki Antiokiya departamentində həyata keçirilib. Heyvanın bədəninə bərkidilmiş qurğunun partlaması nəticəsində biri həyatla bir araya sığmayan Kolumbiya ordusunun 3 əsgəri yaralanıb.Ölkə prezidenti Qustavo Petro onlarla sülh danışıqlarının dayandırılması barədə göstəriş verdikdən sonra üsyançılar hökumət mövqelərinə hücumları artırıblar. Petro qrupları polisə və hərbçilərə qarşı çoxsaylı hücumlarda ittiham edib və onların üzvlərini “cəzasızlıqdan həzz alan həyasız quldurlar” adlandırıb.Daha əvvəl məlum olmuşdu ki, italyan mafioz qruplaşması “Ndrangheta”nın...

14 İyul 2025, 21:36

Rusiyada terrora cəhd

Rusiya FTX əməkdaşları Ukrayna xüsusi xidmət orqanlarının Tümen vilayətində Rusiya Silahlı Qüvvələrinin hərbçisinə qarşı planlaşdırdığı terror aktının qarşısını alıblar. CityPost.az  xəbər  verir    ki, bu barədə rayon üzrə idarənin mətbuat xidmətindən məlumat verilib.Bu ilin əvvəlindən 38 yaşlı rusiyalı ukraynalı kuratorunun göstərişi ilə bölgədəki strateji obyektlər və hərbi qatarların keçməsi haqqında məlumat toplayıb ötürüb.“Terror aktının hazırlanması ilə bağlı göstəriş aldıqdan sonra o, Tümen şəhərində hərbçinin hərəkət marşrutlarına nəzarət edib və avtomobilinin altına partlayıcı qurğu yerləşdirmək üçün yer seçib”, - idarənin məlumatında deyilir.Həmin şəxs partlayıcı qurğunu əvvəlcədən hazırlanmış anbardan götürərkən FSB əməkdaşları onu saxlayıblar. Cinayətkar müqavimət göstərərək hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıb,...

14 İyul 2025, 20:05

ABŞ-ın Ukraynaya yardımı  Co Baydenin dövründə təsdiqlənib

Prezident Donald Trampın iyulun 14-də açıqlaya biləcəyi ABŞ-ın Ukraynaya yardımı onun sələfi Co Baydenin dövründə təsdiqlənib. CityPost.az   xəbər  verir    ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının (MTŞ) Şərqi Avropa və Ukrayna bölməsinin keçmiş rəhbəri Devid Şimer “The New York Times” qəzetinə müsahibəsində deyib.Onun sözlərinə görə, bir həftə əvvəlki status-kvo bərpa olunacaq.“Yəni biz əvvəlki administrasiya tərəfindən təsdiqlənən azalan hərbi yardım axınlarına qayıdacağıq”, - Şimer aydınlıq gətirib.O əlavə edib ki, Tramp administrasiyası “daha da irəli getməli və Ukraynaya hərbi yardımı artırmaq üçün davamlı strategiya qəbul etməli”, eləcə də Rusiya Federasiyasına iqtisadi təzyiqi artırmalıdır.Bundan əvvəl portalın jurnalisti Barak Ravid məlumatlı mənbələrə istinadən yazıb...

14 İyul 2025, 19:12

Türkiyənin ən böyük şəhərləri su çatışmazlığı ilə üzləşir

“Posta” qəzeti bazar ertəsi Muğla Universitetinin İnşaat fakültəsinin Su Ehtiyatları şöbəsinin müdiri, dosent Ceyhun Özçelikin hesablamalarına istinadən yazıb ki, Ankara və İstanbul içməli su təminatında ciddi problemlərlə üzləşəcək. Türkiyə son 52 ilin ən quraq dövrünü yaşayır.CityPost.az  xəbər  verir  ki, "2025-ci ilin ilk 9 ayında Türkiyə son 52 ilin ən quraq dövrünü qeydə alıb. Yağıntının miqdarı mövsüm norması ilə müqayisədə 26 faiz azalıb. Bu il ölkəyə hər kvadratmetrə 520 millimetr yağıntının düşməsi gözlənilsə də, 380 millimetrə yaxın azalıb", - qəzet sitat gətirir."İçəri Anadolu bölgəsində bu rəqəm təxminən yüzdə 36, Mərmərə, Ege və Aralıq dənizi bölgələrində isə yağıntı açığı yüzdə 30-a yaxındır....

14 İyul 2025, 17:43

Minlərlə azyaşlı uşaq ABŞ-dan qovulub

İndependent xəbər verir ki, Birləşmiş Ştatlar 2025-ci ilin aprelində 35 il ərzində rekord sayda azyaşlı uşaqları deportasiya edib.CityPost.az  xəbər verir   ki,Transactional Records Access Clearinghouse-a (TRAC) görə, aprel ayında immiqrasiya hakimləri 11 yaşdan kiçik ən çox uşaq - 8,317 uşağı deportasiya etmək qərarına gəldilər.Yanvar ayında ABŞ prezidenti Donald Trampın andiçmə mərasimindən bu yana hakimlər 53 mindən çox azyaşlı miqrantın deportasiyasına qərar verib."Deportasiya edilən uşaqların bəziləri ABŞ-da qanuni qəyyumları olmayan, qeydiyyata alınmamış yetkinlik yaşına çatmayanlardır. Dəqiq sayı məlum deyil, çünki immiqrasiya orqanları illər əvvəl uçot aparmağı dayandırmışdılar", - nəşr qeyd edir.Bundan əvvəl Tramp ABŞ-dan Afrika ölkələrinə deportasiya edilən miqrantları qəbul etməyi təklif...

14 İyul 2025, 17:33

Polyaklar kütləvi şəkildə hərbi komissarlığa çağırılacaq

Polşa Müdafiə Nazirliyi kişilər, qadınlar və 50 yaşdan yuxarı insanlar da daxil olmaqla 235 minə yaxın vətəndaşı tibbi müayinəyə çağırır. Hərbi ixtisas komissiyaları 2026-cı il fevralın 2-dən aprelin 30-dək fəaliyyət göstərəcək. Kampaniyanın məqsədi hərbi qeydləri yeniləmək və xidmətə yararlılığı müəyyən etməkdir, lakin bu, səfərbərliyə bərabər deyil. Oxu24.com  xəbər  verir   ki,  bu barədə “Gazeta Wyborcza” nəşri məlumat yayıb.Təxminən 235.000 polyak hərbi komissiyaların qarşısına çıxmalarını tələb edən çağırış vərəqələri alacaq. Çağırış vərəqələri 2026-cı ilin yanvar ayından etibarən göndəriləcək və hərbi ixtisas prosesi bayram günləri istisna olmaqla, 2 fevral - 30 aprel 2026-cı il tarixlərində keçiriləcək. Sənədlər çatdırılma təsdiqi ilə təhvil veriləcək. Məqsəd...

14 İyul 2025, 16:40