Türkiyə Suriyanın yeni hakimiyyət orqanlarına 300 minlik ordu yaratmaqda kömək edəcək

Dünya

24 Dekabr 2024, 16:21
Türkiyə Suriyanın yeni hakimiyyət orqanlarına 300 minlik ordu yaratmaqda kömək edəcək
36

Türkiyə Suriyanın yeni hakimiyyət orqanlarına 300 minlik nizami ordu yaratmaqda kömək edəcək.

Citypost.az xəbər verir ki, onun formalaşmasında türkiyəli hərbi məsləhətçilər və mütəxəssislər iştirak edəcəklər.

“Məqsədimiz bir il və ya il yarım ərzində 300 minlik ordu yaratmaqdır. Ölkə daxilindəki mürəkkəb vəziyyət və İsrail təhlükəsi bunu zəruri edir”, - deyə ərəb respublikasının yeni rəhbərliyini təmsil edən general Əhməd Osman qəzetə bildirib.

Onun sözlərinə görə, ilkin mərhələdə 70-80 minlik silahlı qüvvələr özəyi formalaşdırılacaq və ən qısa müddətdə onların sayı 150-200 minə çatacaq. “Həyat Təhrir əl-Şam qruplaşmasının İdlibdən olan 50 min əsgəri, həmçinin [Bəşər Əsəd rejiminin] cinayətlərində əli olmayan hərbçilər və kəşfiyyatçılar yaradılacaq ordunun hərbi dəstəyinə daxil ediləcək” Bu mərhələdə Türkiyə müstəsna əhəmiyyət kəsb edir”, - deyə Osman bildirib.

Türkiyənin verdiyi məlumata görə, Türkiyə hərbçiləri Suriyada həyati əhəmiyyətli beş nöqtədə yerləşdiriləcək.

Yeganə

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Problemlərinizi bizə bildirin
077 323 55 66

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
75.00%
0.00%
25.00%

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
75.00%
0.00%
25.00%