Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanda şəxsi məlumatları ələ keçirən kibercinayətkarlar ifşa edilib - DTX-nin əməliyyatı 

Hadisə 14 İyul 2025, 10:21

487

Bakı şəhəri Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən cinayət işi üzrə təqsirləndirilən Azərbaycan Respublikası vətəndaşı Hacıyev Nihad Əhməd oğlu barəsində həbs qətimkan tədbiri seçilib.

CityPost.az  xəbər verir ki, “darknet” tipli internet resursunun yaradılması və idarə edilməsi, orada fərdi məlumatların, qanunla paylaşılması qadağan olunan sair məlumatların satışı ilə məşğul olan Nihad Hacıyev DTX-nin həyata keçirdiyi əməliyyat-texniki tədbirlər zamanı ifşa edilmiş kibercinayətkar qrupun üzvlərindən biri kimi həbs olunub.

Belə ki, o, əlaqəsində olan digər şəxslərlə birgə “xeberoxu.az” və digər informasiya portallarına kiberhücumlar təşkil edib, qeyd olunan saytın idarəetməsini ələ keçirərək xəbərlərin məzmununu dəyişdirmiş, “Çarxla Qazan.apk”, “Paypal.apk” və s. adlı, tərkibində zərərli kodlar olan mobil tətbiqləri insanların mobil telefonlarına yükləməklə onların şəxsi məlumatlarını qanunsuz ələ keçirib.

Nihad Hacıyev, həmçinin Azərbaycan Respublikasında fəaliyyət göstərən bir sıra şirkətlərin və qurumların (“İrşad Electronics”, “Baku Electronics”, “Xalq Bank” və s.) rəsmi internet səhifələrinə bənzər “domen”lər əldə edib saxta saytlar yaradaraq, onları həqiqi internet səhifələri kimi sosial şəbəkələrdə təqdim edib, endirim kampaniyaları adı altında istifadəçilərin fərdi məlumatlarını kütləvi ələ keçirib.

Diqqət çəkən məqam ondan ibarətdir ki, dəstə üzvləri, həmçinin digər insanlara və şirkətlərə məxsus istənilən mobil nömrəni təqlid edərək aldadıcı zəng etmək imkanı verən “Call Spoofing” kiberhücum alətlərini istifadə etməklə zənglər edib, şirkətlərin adından insanlara saxta sms-lər göndərərək onları aldatmağa nail olub, belə onlayn xidmətlərin satışını da təşkil ediblər.

Məhkəmə Nihad Hacıyevin barəsində həbs müddətini ilkin olaraq 3 ay müddətinə müəyyən edib

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Rusiya hərbçiləri  Xarkov vilayətinə hücum ediblər

Rusiya Silahlı Qüvvələri Xarkova silsilə zərbələr endirib.CityPost.az   xəbər  verir    ki, bu barədə “Get və Gör” Telegram kanalı məlumat yayıb.Hadisə şahidi bildirib ki, zərbələr Xarkovun Nemışlyanski rayonunda qeydə alınıb. Bundan başqa, Rusiya hərbçiləri Çuguev, Kupyansk və regionun digər şəhərlərinə hücum edib.Nəşr bildirir ki, silsilə zərbələr nəticəsində Ukrayna Silahlı Qüvvələrinin (AFU) infrastruktur obyektləri və yerləşdiyi yerlər vurulub. Reydlərin başqa təfərrüatları barədə məlumat verilmir.İyulun 13-də Ukraynanın iki şəhəri partlayışlardan sonra qismən işıqsız qalıb."Public. Sumy" nəşri Sumı şəhərində partlayış baş verdiyini yazıb. Bələdiyyə sədrinin səlahiyyətlərini icra edən Artem Kobzar qeyd edib ki, bundan sonra məntəqə qismən enerji itirib. Onun sözlərinə görə, Sumunun bəzi...

14 İyul 2025, 13:08

Xəstəxanada intim görüntüləri yayılan şöbə müdiri ərizə yazdı — ŞOK detallar üzə çıxdı 

Bir neçə gündür sosial şəbəkələrdə Beyləqan rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin müdiri Fəxrəddin Quliyevin iş otağında çəkilmiş görüntüləri müzakirə mövzusudur.CityPost.az    Musavat.com-a istinadən xəbər verir ki, həmin qeyri-etik görüntülərin yayılmasından sonra Fəxrəddin Quliyev öz ərizəsi ilə işdən çıxıb.Bu hadisə ilə bağlı maraqlı detallar üzə çıxıb. Əldə etdiyimiz məlumata görə, Fəxrəddin Quliyev həmin görüntüləri ilə şantaj da edilibmiş.Yayılan görüntülərdən aydın olur ki, video üçüncü bir şəxs tərəfindən yox, şöbə müdiri ilə münasibətdə olan həmin qadının özü tərəfindən çəkilib. Sonra həmin görüntülər müəyyən şəxs və ya şəxslər tərəfindən Fəxrəddin Quliyevə qarşı şantaj vasitəsi kimi istifadə edilib.F.Quliyev qarşı tərəflə razılığa gəlmədiyi üçün video...

14 İyul 2025, 12:54

Rusiyalı sumo güləşçisi qrup şəklində zorlamaya görə Yaponiyada həbs edilib

Amuru Mitsuhiro  ləqəbi  ilə tanınan keçmiş sumo güləşçisi Nikolay İvanov Yaponiyada qadına qarşı cinsi təcavüz və onun pulunu oğurladığı üçün həbs edilib.CityPost.az  xarici mediaya istinadən  xəbər verir  ki, İvanovla birlikdə 34 yaşlı Özbəkistan vətəndaşı da həbs edilib. Tokio Metropoliten Polis Departamentinin məlumatına görə, İvanov və ikinci kişi aprelin 5-nə keçən gecə karaoke barda qadına cinsi təcavüz edib, bundan sonra ondan 40 min yen nağd pul oğurlayıblar.Qadının kişilərin onu bara dəvət etdiyini, daha sonra isə ona hücum etdiyini dedikdən sonra hüquq-mühafizə orqanları araşdırmalara başlayıb. Tokio Metropoliten Polis Departamenti həbs edilən şəxslərin cinayəti etiraf edib-etmədiklərini hələlik açıqlamayıb.İvanov ozumo tarixində yeganə etnik rusdur....

14 İyul 2025, 12:26

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb 

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən naməlum şəxsin şübhəli hərəkətləri müşahidə edilib.CityPost.az  xəbər verir ki, bu barədə DSX məlumat yayıb.Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılmış və sərhəd axtarışı həyata keçirilib.Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Azərbaycan vətəndaşı – 1993-cü il təvəllüdlü Həsənov Rizman Qardaş oğlu saxlanılmış, üzərinə baxış zamanı ümumi çəkisi 13 kiloqram 400 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb....

14 İyul 2025, 11:32

Qazaxda əkin sahəsində kişi meyiti tapılıb 

Qazax rayonunda əkin sahəsində orta yaşlı kişi meyiti aşkarlanıb.Hadisə rayonun Ağköynək kəndi ərazisində qeydə alınıb.Ağstafa rayon sakini S.Qurbanovun meyiti əkin sahəsində tapılıb. İlkin ehtimala görə, orta yaşlı kişinin ölümünə səbəb ürək tutması olub.Məlumata görə, S.Qurbanovun meyiti əkin sahəsində özünə məxsus traktordan tapılıb. O traktorla əkin işləri edirmiş. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.Faktla bağlı araşdırma aparılır.

13 İyul 2025, 12:00

Kolumbiyada mafiya başçısı Pepe həbs edilib

İtaliyanın “Ndrangheta” mafiya qrupunun Latın Amerikası qolunun lideri Pepe kimi tanınan Cüzeppe Palermo Kolumbiyada saxlanılıb. CityPost.az    xəbər verir ki, bu barədə ölkə prezidenti Qustavo Petro bildirib."2025-ci il iyulun 11-də Kolumbiyanın Milli Polisi Böyük Britaniya, İtaliya və Europol səlahiyyətlilərinin beynəlxalq əməliyyatı çərçivəsində Pepe kimi tanınan Cüzeppe Palermonu Boqotada saxlayıb", - Petro deyib.Onun sözlərinə görə, Pepe Kolumbiya, Ekvador və Perudan Avropaya kokain ticarətinin koordinatorudur və beynəlxalq narkotik ticarətinə görə 196 ölkədə axtarışdadır.Bundan əvvəl məlum olub ki, göyərtəsində ekipaj və 400 kiloqram narkotik olan təyyarə müəmmalı şəkildə yoxa çıxan Mərkəzi Amerikada bataqlığa düşüb.Miri...

12 İyul 2025, 20:46