DYP: Piyadaların yol hərəkəti qaydalarına etinasız yanaşması faciələrə səbəb olur
Hadisə 04 Avqust 2025, 10:43

736
Yol hərəkətində insan həyatının təhlükəsizliyi yalnız sürücülərdən deyil, eyni zamanda piyadalardan da asılıdır.
CityPost.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı müraciətdə bildirilib.
Məlumata görə, piyadaların yol hərəkəti qaydalarına etinasız yanaşması, yolun istənilən hissəsindən keçmək vərdişi və elementar təhlükəsizlik qaydalarına biganə qalması faciələrlə nəticələnən hadisələrin başlıca səbəblərindən biridir:
"Ən təhlükəli məqam ondan ibarətdir ki, bəzi piyadalar qayda pozuntusunu adi hal kimi qəbul edir və bununla həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükə altına atırlar. İşıqforun qırmızı işığında yolu keçmək, avtomobillərin intensiv hərəkətdə olduğu ərazilərdə ehtiyatsız davranmaq, telefon və digər diqqət yayındıran vasitələrlə hərəkətdə olmaq son nəticədə geri dönüşü olmayan faciələrə səbəb olur. Hər kəs bilməlidir ki, yol birgə istifadə məkanıdır və burada qaydalar hər kəs üçün keçərlidir. Özünü qaydalardan kənar tutan istənilən hərəkət iştirakçısı istər sürücü, istərsə də piyada məsuliyyət daşıyır".
Həmçinin oxuyun
Müraciətdə qeyd olunub ki, piyadavurma hallarının qarşısını almağın ən sadə, lakin təsirli yolu müəyyən olunmuş keçidlərdən, işıqforun tələblərinə riayət etməklə və diqqətli olmaqla hərəkət etməkdir:
"Bu sadə prinsiplərə əməl etməyən hər piyada istər bilərəkdən, istərsə də ehtiyatsızlıq səbəbilə öz həyatını riskə atmaqla yanaşı, digər hərəkət iştirakçılarının da taleyini dəyişə bilər".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

ABŞ Rusiyanın Su-57 təyyarəsi ilə bağlı suallar qaldırıb
Amerikanın The National Interest (TNI) jurnalının köşə yazarı Peter Suciu yazır ki, Rusiyanın beşinci nəsil Su-57 qırıcısının hipersəs silahları ilə təchiz edilməsi suallar doğurur.CityPost.az xəbər verir ki, "Su-57-nin hipersəs raketləri ilə təchiz edilməsi təyyarə üçün əhəmiyyətli təkmilləşmə olardı. Bununla belə, Su-57-nin nə qədər hipersəs raketi daşıya biləcəyi də daxil olmaqla, bir sıra suallar qalır", - nəşr yazır.Baş Qərargah rəisi - Rusiya Aerokosmik Qüvvələrinin (VKS) baş komandanının birinci müavini general-leytenant Aleksandr Maksimtsevin Su-57-nin hipersəs silahları əldə etməsi ilə bağlı bu yaxınlarda verdiyi bəyanatı şərh edən müəllifin qırıcının hansı raket növü - K27M və ya modifikasiya edilmiş Z47M-i alması ilə bağlı sualı...
06 Avqust 2025, 17:05

Moskva metrosunda qan düşdü
Moskva metrosunda insident baş verib.CityPost.az xəbər verir ki,metronun iş saatı bitdikdən sonra əraziyə daxil olmaq istəyən şəxslə metro işçisi arasında mübahisə yaranıb.39 yaşlı şəxs metro əməkdaşını bıçaqlayıb.Şübhəli şəxs saxlanılıb.Nigar
06 Avqust 2025, 12:56

Qaradağda 34 kiloqramdan artıq narkotik qanunsuz dövriyyədən çıxarılıb
Qaradağda narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.Bu barədə CityPost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, keçirilən əməliyyatla narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 33 yaşlı Mahir Abbasov saxlanılıb. Bu şəxsdən ümumilikdə 34 kiloqram 650 qram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb.Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
06 Avqust 2025, 10:51

Sevinc Həmidovanın şikayəti qeyri-mümkün sayıldı
Əslən Laçın rayonundan olan keçmiş məcburi köçkün Rasim Həmidovun şikayəti əsasında keçmiş həyat yoldaşı Sevinc Həmidova barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başlanması və 253300021 nömrəli cinayət işinin istintaqının yekunlaşması ilə bağlı məlumat vermişdik.Xatırladaq ki, Sumqayıt Şəhər Məhkəməsinin 10.01.2022-ci il tarixli qətnaməsi ilə əslən Laçın rayonundan olan, məcburi köçkün Rasim Həmidovun keçmiş həyat yoldaşı Sevinc Həmidovaya qarşı aliment ödəmə iddiası təmin edilməsinə dair çıxardığı qətnamənin qəsdən icra olunmaması barədə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin topladığı materiallar baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilib.16 iyul 2025-ci il tarixdə Ağcabədi Rayon Məhkəməsində hakim Etibar Quliyevin sədrliyi ilə saat 11:30-da Ağcabədi...
05 Avqust 2025, 14:45

Nəsimi rayonunda 11 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb - VİDEO
Nəsimi rayonunda 11 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb.Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, tədbir zamanı 32 yaşlı Samir Əhmədov saxlanılıb. Həmin şəxsdən və idarə etdiyi avtomobildən ümumilikdə 11 kiloqram 295 qram həşiş, marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanaraq dövriyyədən çıxarılıb.S.Əhmədov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və narkotik vasitələri maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır....
05 Avqust 2025, 11:46

İranda 5,4 maqnitudalı zəlzələ olub
İranın Sistan və Bəlucistan əyalətinin yaxınlığında, Kerman əyalətinin Zaxkaluta rayonunda 5,4 maqnitudalı zəlzələ olub.CityPost.az İSNA-ya istinadən xəbər verir ki, məlumatı Tehran Universiteti Geofizika İnstitutu Milli Seysmoloji Mərkəzi yayıb.Bildirilib ki, zəlzələnin ocağı 28 km dərinlikdə yerləşib.Vurğulanıb ki, yeraltı təkanların mərkəzi Zaxkalutdan (Kerman) 47 km, Həzrət Əbülfəzl məscidindən (Sistan və Bəlucistan) 64 km və Qolmurtidən (Sistan və Bəlucistan) 70 km məsafədə yerləşib.
05 Avqust 2025, 10:28