Xarici işlər naziri: Ermənistana birtərəfli dəstək faktlarını görürük

Siyasət

20 Yanvar 2025, 14:22
Xarici işlər naziri: Ermənistana birtərəfli dəstək faktlarını görürük
29

Ermənistana birtərəfli dəstək faktlarını görürük.

Citypost.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin intensiv mərhələsində özlərini vasitəçi adlandıranların birtərəfli yanaşması qəbuledilməzdir:

“ABŞ və Ermənistan arasında münasibətləri şərh etmək istəməzdim. Lakin xüsusilə ABŞ-nin Demokratlar administrasiyası, həm də bəzi Avropa paytaxtları tərəfindən 2024-cü ildə biz birtərəfli yanaşmanın şahidi olduq, Ermənistana birtərəfli dəstək faktlarını gördük. Ötən ilin aprelində ABŞ dövlət katibi, Avropa Komissiyasının prezidenti və Ermənistanın baş naziri arasında formal görüş keçirilib. Xüsusilə də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin intensiv mərhələsində özlərini vasitəçi adlandıranların birtərəfli yanaşması qəbuledilməzdir”.(apa)

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Problemlərinizi bizə bildirin
077 323 55 66

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
75.00%
0.00%
25.00%

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
75.00%
0.00%
25.00%