Bizə yazın

Baku

-°C

USD

-

Rəsmi Bakı İsrail və İran arasında atəşkəs elan edilməsini alqışlayır  

Siyasət 24 İyun 2025, 16:51

267

İsrail və İran arasında atəşkəs elan edilməsini alqışlayırıq.

XİN-dən CityPost.az-a verilən xəbərə görə, bu inkişaf regionda gərginliyin azaldılması və sabitliyin bərpası istiqamətində mühüm addımdır.

"Atəşkəsin əldə olunmasında vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndirir və daha çox insan itkisinin və iztirabların qarşısını almaq üçün ona tam şəkildə əməl edilməsinə çağırırıq.

Biz regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırıq", - XİN-in məlumatında qeyd olunub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Dörd polkovnikə general-mayor rütbəsi verilib - SƏRƏNCAM  

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.

25 İyun 2025, 13:18

Azərbaycan BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin üzvlüyünə seçilib  

24 iyun 2025-ci il tarixində Nyu-York şəhərində keçirilmiş “Bütün Əməkçi Miqrantlar və Onların Ailə Üzvlərinin Hüquqlarının Qorunması haqqında” Beynəlxalq Konvensiyaya tərəf dövlətlərin 12-ci iclası çərçivəsində Azərbaycan Respublikası BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin (CMW) 2026-2029-cu illər üzrə üzvlüyünə seçilib.XİN-dən 

25 İyun 2025, 13:06

Prezident Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışında iştirak edib - YENİLƏNİB 

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçevirdə "Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib.CityPost.az xəbər verir ki, sonra dövlət başçısı "8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində iştirak edən qonaqlarla görüşüb, onlarla söhbət edib.Söhbət zamanı bu stansiya layihəsinin əhəmiyyəti vurğulanıb.İtaliya və Çin şirkətlərinin bu layihədə iştirakının önəminə toxunulub. İşlərin qısa müddət ərzində yekunlaşması məmnunluqla qeyd edilib.Daha sonra "8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi keçirilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.Sonra İtaliyanın şirkətlər və "Made in Italy” naziri Adolfo Urso, İtaliyanın "Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri, Çinin "Dongfang” şirkətinin İdarə Heyətinin sədri Çen Qianq,...

24 İyun 2025, 16:34

Bayramov BƏƏ XİN başçısı ilə danışdı  

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirlikləriin xarici işlər naziri Abdullah bin Zayed ilə telefon danışığı zamanı regional təhlükəsizliyi müzakirə edib.

24 İyun 2025, 16:21

Azərbaycan ilk dəfə UNEP CPR Bürosunun sədri vəzifəsinə seçilib  

24 iyun 2025-ci il tarixində BMT-nin Ətraf Mühit Proqramının Daimi Nümayəndələr Komitəsi (Committee of the Permanent Representatives - UNEP CPR) çərçivəsində Azərbaycan ilk dəfə UNEP CPR Bürosunun sədri vəzifəsinə seçilib.XİN-dən 

24 İyun 2025, 14:21

Milli Məclis Ali Baş Komandan İlham Əliyevi təbrik edib

Milli Məclis 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi təbrik edib.CityPost.az-ın xəbərinə görə, təbriki parlamentin sədri Sahibə Qafarova səsləndirib.Sahibə Qafarova deyib ki, Şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində göstərdiyi hünərlər xalqımızın tarixinə qızıl hərflərlə yazılıb: “Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və tarixi ədalətin bərpa edilməsi üçün canından keçmiş şəhidlərimizin fədakarlığı heç zaman unudulmayacaq. Əminliklə söyləmək olar ki, Azərbaycan Silahlı Qüvvələri qarşıdakı illərdə daha da güclənəcək. Silahlı Qüvvələr Günü münasibətilə Ali Baş Komandanı və Ordumuzun əsgər və zabitlərini təbrik edirik”....

24 İyun 2025, 11:38