Bizə yazın

Baku

-°C

USD

-

Hər il Ermənistandan 7-8 min çağırışçı Qarabağa göndərilirdi...  

Cəmiyyət 17 Mart 2025, 18:48

1465

Hər il Ermənistandan 7-8 min nəfər hərbi çağırışçı Azərbaycanın işğal olunmuş ərazilərində müddətli hərbi xidmətə göndərilib.

Citypost.az xəbər verir ki, bunu martın 17-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən Lyova Mnatsakanyan bildirib.

O, ildə iki dəfə hərbi çağırış olduğunu, hər çağırış zamanı 3500-4000 Ermənistan vətəndaşının işğal edilmiş ərazilərə gətirildiyini deyib.

Onun sözlərinə görə, qondarma rejimin “ordusu”nda xidmət edənlərin təxminən 70 faizi Ermənistan vətəndaşları, digər 30 faizi isə Qarabağda yaşayan erməni sakinlər olub:

“Xidmət zamanı onların arasında fərq qoyulmurdu, onlar eyni komandanlığa tabe olurdular və hərbi geyimləri də eyni idi".

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sabahın hava proqnozu açıqlanıb  

Mayın 13-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 14-16° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu...

12 May 2025, 13:00

FHN: Ötən həftə 156 yanğına çıxış olub, 44 nəfər xilas edilib - VİDEO 

Ötən həftə 156 yanğına çıxış olub, 2 nəfər tüstüdən zəhərlənib.Bu barədə 

12 May 2025, 12:31

Həftəsonu kartlardan vətəndaşların 13 min manatı talanıb  

Həftəsonu vətəndaşların 13 min manatı talanıb.Bu barədə 

12 May 2025, 12:13

Qeyri-sabit hava nə vaxta kimi davam edəcək ?

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti davam edir.Citypost.az-ın xəbərinə görə, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Qeyd edilib ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti mayın 15-i axşamadək davam edəcək.

11 May 2025, 19:00

Şəki, Tərtər və Daşkəsənə dolu düşdü

Milli Hidrometeorologiya Xidmətinin mayın 11-i saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.Citypost.az-ın xəbərinə görə, Naftalan, Şəki, Göygöl, Zaqatala, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Balakən və Goranboyda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.Bir sıra ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Goranboyda 19, Tərtər 18, Bakıda və Abşeron yarımadasında 17, Mingəçevirdə 16, Kəlbəcər və Şəkidə 15 m/s-yə çatır.Mayın 11-i saat 17:05 radələrində Şəki rayonuna və Tərtər rayonuna diametri 5-7 mm, Daşkəsən rayonuna isə diametri 1 mm olan dolu düşüb.Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti mayın 15-i axşamadək davam edəcək....

11 May 2025, 18:48

Şuşada 16 bina inşa ediləcək  

Şuşa şəhərində dördüncü yaşayış kompleksinin layihəsi çərçivəsində 16 binanın inşası nəzərdə tutulub.Citypost.az APA-ya istinadən xəbər verir ki, bu barədə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı İsmayıl İsmayılov bildirib."Şuşa şəhərində dördüncü yaşayış kompleksinin layihəsi çərçivəsində 16 binanın inşası nəzərdə tutulub. Kompleksin ümumi sahəsi 6,2 hektardır. Ümumilikdə yaşayış kompleksində 274 mənzilin inşası planlaşdırılır. Binalarda bir, iki, üç, dörd və beşotaqlı mənzillər olacaq.Yaşayış kompleksinin ərazisində zəruri sosial infrastruktur yaradılacaq. Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa 2020-ci il noyabrın 8-də işğaldan azad edildikdən sonra burada genişmiqyaslı tikinti-quruculuq prosesinə başlanılıb. Bu gün şəhər tarixi siması və mədəni irsi qorunub saxlanılmaqla bərpa olunur, doğma sakinlərinə yenidən...

11 May 2025, 18:39