Bizə yazın

Baku

-°C

USD

-

Çaylarda sululuq artıb  

Cəmiyyət 14 May 2025, 10:44

897

Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb.

Bu barədə Citypost.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, avtomat hidroloji stansiyaların mayın 14-ü saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.

Yağan leysan xarakterli intensiv yağışlar nəticəsində Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçir.

Böyük Qafqaz ərazisindən axan Əyriçayda 36 sm, Katexçayda 22 sm, Kiçik Qafqaz ərazisindən axan Qabırrı çayda 12 sm, Əsrikçayda 8 sm, Zəyəmçay və Gəncəçayda 3 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Zabuxçayda 25 sm, Tərtərçay-Vəngdə 7 sm, Tərtərçay-Kəlbəcərdə 5 sm artım qeydə alınıb.

Transsərhəd çayı olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 12 sm artıb, su sərfi 575 m3/san olmaqla normanın 77%-ni, Qanıx-Cəlayir məntəqəsində isə suyun səviyyəsi 10 sm artıb, su sərfi 188 m3/san olmaqla normanın 93%-ni təşkil edir.

Yaxın günlərdə gözlənilən yağıntılar ilə əlaqədar çaylarda yüksək sululuğun davam edəcəyi, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İlham Əliyev Məhkəmə-Hüquq Şurasının yubiley konfransının iştirakçılarına müraciət edib 

Azərbaycan Prezidenti İlham Əliyev Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.CityPost.az-ın  məlumatına görə, müraciətdə deyilir:"Hörmətli konfrans iştirakçıları,Sizi Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illik yubileyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransın öz işinə başlaması münasibətilə salamlayır, hər birinizə ən xoş arzularımı yetirirəm.2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin birbaşa rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğunun bünövrəsini qoymaqla, insan hüquqlarının təmin olunmasını dövlətin ali...

18 İyun 2025, 16:19

Prezident Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunmuş konfransın iştirakçılarına müraciət ünvanlayıb  

Prezident İlham Əliyev Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

18 İyun 2025, 16:14

Kazino ilə bağlı rüsum ödəniləcək - Detallar məlum oldu 

Xəbər verdiyimiz kimi, Azərbaycanda kazino oyunlarının təşkilinə icazə verilir.CityPost.az   xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən iclaslarında müzakirəyə çıxarılan “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.Məlum olduğu kimi 2024-cü il mayın 7-də “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Tikinti məqsədləri üçün süni torpaq sahələrinin yaradılması ilə bağlı ictimai münasibətləri tənzimləyən həmin Qanun süni torpaq sahələrinin yaradılmasının təşkilati və hüquqi əsaslarını və süni...

18 İyun 2025, 14:51

Sabahın hava proqnozu açıqlanıb  

İyunun 19-da gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən 

18 İyun 2025, 12:30

Azərbaycan bu ölkə ilə viza rejimini ləğv etdi  

İyunun 18-də “Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş” qüvvəyə minir.

18 İyun 2025, 12:15

Baş Prokurorluq: Bank kartlarından oğurluq halları artıb  

Son dövrlərdə bank kartlarından oğurluq hallarında artım müşahidə olunur.

18 İyun 2025, 12:00