Bizə yazın

Baku

-°C

USD

-

Qeyri-sabit hava nə vaxta kimi davam edəcək?  

Cəmiyyət 14 May 2025, 11:17

627

Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.

Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub.

Düşən yağıntının miqdarı Balakəndə 46 (aylıq normanın 37%-i), Zaqatalada 37 (aylıq normanın 26%-i), Sarıbaşda (Qax) 34 (aylıq normanın 21%-i), Ağstafada 27 (aylıq normanın 51%-i), Daşkəsəndə 23 (aylıq normanın 23%-i), Tovuzda 22 (aylıq normanın 41%-i), Şəkidə (Kişçay) 19, Gəncədə 14, Gədəbəy, Göygöl və Şəmkirdə 11, Şərur, Oğuz, Sədərək, Şahdağ, Şahbuz, Astara, Naftalan, Lerik, Quba, Mingəçevir, Goranboy, İsmayıllı, Qobustan, Qusar, Göyçay, Kürdəmir, Sabirabad, Neftçala, Şabran, Lənkəran, Yardımlı, Ceyrançöl, Tərtər, Bərdə, Naxçıvan, Ordubad, Beyləqan, Cəlilabad, Xınalıq, Xaltan, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi və Xocalıda 1-8 mm, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək təşkil edir.

Sumqayıt, Pirallahı, Şərur, Daşkəsən, Şəki, Şamaxı, Qobustan, Sədərək, Qax, Quba, Qusar, Qrız, Göyçay, Lerikdə duman müşahidə olunur, dumanda görünüş 500 metrədək məhdudlaşır.

Bir sıra ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Naftalanda 24, Goranboyda 23, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Ağdam və Bərdədə 22, Göyçay, Oğuz, Gəncə, Daşkəsən və Tərtərdə 20, Culfada 19 m/s-dək güclənir.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 11, Aran rayonlarında 16, dağlıq rayonlarda isə 9 dərəcəyədək isti qeydə alınıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti mayın 17-dək davam edəcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sabah 36 dərəcə isti olacaq 

Bakıda və Abşeron yarımadasında iyunun 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Bu barədə CityPost-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 40-45 % olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 16-21° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 22-27° isti olacaq....

31 May 2025, 15:31

Zaqatalada avtomobillə toqquşan motosikletin sürücüsü ölüb 

Zaqatalada avtomobillə toqquşan motosikletin sürücüsü ölüb.Hadisə rayonun Üçüncü Tala kəndi ərazisində qeydə alınıbBelə ki, “VAZ-2106” və motosiklet toqquşub. Qəza zamanı motosikletin sürücüsü, 27 yaşlı Şükür Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

31 May 2025, 11:18

Ağdərədə mülki şəxs minaya düşüb 

Ağdərə rayonu ərazisində mülki şəxs minaya düşüb.Hadisə rayonun Qırmızı kənd ərazisində qeydə alınıb.Məlumata görə, Tərtər rayonu Yuxarı Qaradağlı kənd sakini Hüseynov Telman Əhməd oğlu ərazidə mal-qara otararkən minaya düşüb.Hazırda yaralının ərazidən götürülməsi üçün işlər aparılır.

30 May 2025, 19:31

Rasim Həmidov: “Cavad İbrahimovun qəbul etdiyi qərar qanunsuzdur”  

Sumqayıt Şəhər Məhkəməsinin 10.01.2022-ci il tarixli qətnaməsi ilə əslən Laçın rayonundan olan, məcburi köçkün Rasim Həmidovun  keçmiş həyat yoldaşı Sevinc Həmidovaya qarşı aliment ödəmə iddiası təmin edilməsinə dair çıxardığı qətnamənin qəsdən icra olunmaması barədə məlumat  son bir neçə gündə saytların əsas xəbər başlığına çevrilib.Məhkəmənin qət etdiyinə görə,Sevinc Həmidova birgə nikahdan olan 3 övladlarının saxlanması  üçün hər ay,hər  uşağa  görə Rasim Həmidova 150 manat sabit pul məbləğində aliment ödəməlidir. Lakin,aliment ödəməli olan S.Həmidova məhkəmənin qanuni qətnaməsini saya salmır,belə ki, icra etməməkdən ötrü müxtəlif cür bəhanələr gətirərək,süni əngəl törətməklə məşğuldur.Xatırladaq ki,ötən həftə  Rasim Həmidovu Ədliyyə nazirinin müavini,III dərəcəli dövlət ədliyyə müşaviri Mübariz...

30 May 2025, 13:34

Havada toz müşahidə olunur  

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.Bu barədə CityPost.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, avtomatik stansiyalardan əldə olunan məlumata görə, hazırda havada tozun miqdarı normadan 1.3-1.4 dəfə artıqdır.Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, şimal-şərq küləkləri vasitəsilə Xəzər dənizi üzərindən cənub istiqamətli hava axını ilə ölkə ərazisinə daxil olur.Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir....

30 May 2025, 12:55

Sabah hava necə olacaq?

Mayın 31-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən CityPost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 17-21° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 40-50 % olacaq.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 16-21° isti, gündüz 31-36° isti,...

30 May 2025, 12:45