Azərbaycanda orta aylıq əməkhaqqı 10% artıb
Cəmiyyət 14 May 2025, 12:25

1015
2025-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 1083,8 manat təşkil edib.
Bu barədə Citypost.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Həmçinin oxuyun
Qeyd edilib ki, 2025-ci il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1774,9 min nəfər olmuş, onlardan 880,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 894,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,6 faizi təhsil, 13,7 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi tikinti, 6,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti, 14,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Kazino ilə bağlı rüsum ödəniləcək - Detallar məlum oldu
Xəbər verdiyimiz kimi, Azərbaycanda kazino oyunlarının təşkilinə icazə verilir.CityPost.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən iclaslarında müzakirəyə çıxarılan “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.Məlum olduğu kimi 2024-cü il mayın 7-də “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Tikinti məqsədləri üçün süni torpaq sahələrinin yaradılması ilə bağlı ictimai münasibətləri tənzimləyən həmin Qanun süni torpaq sahələrinin yaradılmasının təşkilati və hüquqi əsaslarını və süni...
18 İyun 2025, 14:51

Sabahın hava proqnozu açıqlanıb
İyunun 19-da gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən
18 İyun 2025, 12:30

Azərbaycan bu ölkə ilə viza rejimini ləğv etdi
İyunun 18-də “Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş” qüvvəyə minir.
18 İyun 2025, 12:15

Baş Prokurorluq: Bank kartlarından oğurluq halları artıb
Son dövrlərdə bank kartlarından oğurluq hallarında artım müşahidə olunur.
18 İyun 2025, 12:00

Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib
Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib.
18 İyun 2025, 11:57

Dünən bank kartlarından oğurlanan vəsait açıqlanıb
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bank kartı məlumatlarının qorunmasına xüsusi diqqət yetirməyə çağırır.
18 İyun 2025, 11:44