İlham Əliyevlə Ərdoğan Laçın hava limanının açılışını etdi
Cəmiyyət 28 May 2025, 13:06

431
Bu gün 28 May - Müstəqillik Günündə Laçın Beynəlxalq Hava Limanının açılışı baş tutub.
Açılışda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.
Qardaş ölkə prezidentləri açılış rəmzini bildirən lenti kəsiblər.
Laçın Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib.
Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.
***
Qeyd edək ki, mürəkkəb dağlıq relyefdə yerləşən Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə inşa edilən üçüncü beynəlxalq hava limanıdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Bu layihələrin arasında hava limanlarının inşası xüsusilə mühüm strateji əhəmiyyət daşıyır. İndiyədək bu ərazilərimizdə müasir standartlara cavab verən Füzuli və Zəngilan Beynəlxalq Hava limanları inşa olunub. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilə Azərbaycanın beynəlxalq hava limanlarının sayı doqquza çatıb.
Tikintisinə 2021-ci ilin avqust ayında başlanılmış bu mühüm infrastruktur obyektin inşası ən yüksək texnoloji və mühəndislik standartlarına uyğun həyata keçirilib. Qeyd edək ki, hava limanının təməli 2021-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Ötən müddət ərzində dövlətimizin başçısı və birinci xanım bir neçə dəfə burada tikinti işlərinin gedişi ilə tanış olublar.
Həmçinin oxuyun
Hava limanında istənilən tip hava gəmisinin qəbuluna imkan verən, uzunluğu 3 min, eni isə 60 metr olan uçuş-enmə zolağı inşa edilib. Beş min kvadratmetrlik terminal binası saatda ən azı 200 sərnişinə xidmət göstərmək imkanına malikdir. Terminalda sərnişinlərin rahatlığı üçün VIP zal, qeydiyyat və təhlükəsizlik sistemləri, baqaj konveyerləri, ticarət obyektləri və iaşə zonaları nəzərdə tutulub. Tam avtomatlaşdırılmış sistemlərlə təchiz olunmuş Hava Hərəkətini İdarəetmə Qülləsi uçuşların beynəlxalq normalara və təhlükəsizlik standartlarına uyğun şəkildə idarə olunmasını təmin edir. Burada yaradılmış infrastruktur ICAO və IATA standartlarına uyğun olaraq uçuşların təhlükəsiz və səmərəli şəkildə həyata keçirilməsinə imkan verir.
Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən hava limanının ümumi ərazisi 130 hektardan çoxdur. Bu hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportudur. Laçın şəhərindən 30 kilometr, Şuşadan 70 kilometr, Kəlbəcərdən isə 60 kilometr məsafədə yerləşən hava limanı Qarabağ və Şərqi Zəngəzur regionlarının nəqliyyat əlaqələrinin gücləndirilməsində mühüm rol oynayacaq. Bundan başqa, bu mühüm nəqliyyat layihəsinin icrası ümumilikdə bölgənin turizm potensialının inkişafına da geniş imkanlar yaradacaq. Coğrafi mövqeyi və əlçatanlığı ilə bu hava limanı bölgənin iqtisadi, sosial və logistik inteqrasiyasını dəstəkləyən əsas nəqliyyat mərkəzinə çevriləcək.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk və azərbaycanlı sərmayədarlar tərəfindən Qarabağ və Zəngəzur bölgələrində yaradılan ilk özəl kənd təsərrüfatı kompleksi olan “Dost Aqropark”da istehsal edilən məhsullara baxıblar.
Qeyd edilib ki, kompleksdə ağıllı kənd təsərrüfatı texnologiyaları, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinə əsaslanan fəaliyyət qurulub. Aqroparkda hazırda 120 nəfər işlə təmin olunub. Tam işə düşdükdən sonra burada 500 nəfərə iş imkanı yaradılacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Sabah 36 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında iyunun 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Bu barədə CityPost-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 40-45 % olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 16-21° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 22-27° isti olacaq....
31 May 2025, 15:31

Zaqatalada avtomobillə toqquşan motosikletin sürücüsü ölüb
Zaqatalada avtomobillə toqquşan motosikletin sürücüsü ölüb.Hadisə rayonun Üçüncü Tala kəndi ərazisində qeydə alınıbBelə ki, “VAZ-2106” və motosiklet toqquşub. Qəza zamanı motosikletin sürücüsü, 27 yaşlı Şükür Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
31 May 2025, 11:18

Ağdərədə mülki şəxs minaya düşüb
Ağdərə rayonu ərazisində mülki şəxs minaya düşüb.Hadisə rayonun Qırmızı kənd ərazisində qeydə alınıb.Məlumata görə, Tərtər rayonu Yuxarı Qaradağlı kənd sakini Hüseynov Telman Əhməd oğlu ərazidə mal-qara otararkən minaya düşüb.Hazırda yaralının ərazidən götürülməsi üçün işlər aparılır.
30 May 2025, 19:31

Rasim Həmidov: “Cavad İbrahimovun qəbul etdiyi qərar qanunsuzdur”
Sumqayıt Şəhər Məhkəməsinin 10.01.2022-ci il tarixli qətnaməsi ilə əslən Laçın rayonundan olan, məcburi köçkün Rasim Həmidovun keçmiş həyat yoldaşı Sevinc Həmidovaya qarşı aliment ödəmə iddiası təmin edilməsinə dair çıxardığı qətnamənin qəsdən icra olunmaması barədə məlumat son bir neçə gündə saytların əsas xəbər başlığına çevrilib.Məhkəmənin qət etdiyinə görə,Sevinc Həmidova birgə nikahdan olan 3 övladlarının saxlanması üçün hər ay,hər uşağa görə Rasim Həmidova 150 manat sabit pul məbləğində aliment ödəməlidir. Lakin,aliment ödəməli olan S.Həmidova məhkəmənin qanuni qətnaməsini saya salmır,belə ki, icra etməməkdən ötrü müxtəlif cür bəhanələr gətirərək,süni əngəl törətməklə məşğuldur.Xatırladaq ki,ötən həftə Rasim Həmidovu Ədliyyə nazirinin müavini,III dərəcəli dövlət ədliyyə müşaviri Mübariz...
30 May 2025, 13:34

Havada toz müşahidə olunur
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.Bu barədə CityPost.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, avtomatik stansiyalardan əldə olunan məlumata görə, hazırda havada tozun miqdarı normadan 1.3-1.4 dəfə artıqdır.Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, şimal-şərq küləkləri vasitəsilə Xəzər dənizi üzərindən cənub istiqamətli hava axını ilə ölkə ərazisinə daxil olur.Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir....
30 May 2025, 12:55

Sabah hava necə olacaq?
Mayın 31-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən CityPost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 17-21° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 40-50 % olacaq.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 16-21° isti, gündüz 31-36° isti,...
30 May 2025, 12:45