“Sədərək”dəki icarədarlar narahatdır - “Hər şeyi itirə bilərik”
Cəmiyyət 07 İyul 2025, 10:44

468
“Sədərək” Ticarət Mərkəzində çalışan icarədarlar buradakı texniki təhlükəsizlik vəziyyətindən və işlətdikləri obyektlərin sığortasız olmasından narahatdırlar.
CityPost.az xəbər verir ki, ticarət mərkəzində tekstil məhsulları, məişət avadanlıqları, xalça və digər məhsulların satışı ilə məşğul olan bir qrup sahibkar “Qafqazinfo”ya müraciət edərək üzləşdikləri problemi bildiriblər.
Azərbaycanın ən böyük ticarət mərkəzlərindən biri olan “Sədərəy”in icrədarları burada indiyədək dəfələrlə güclü yanğınların olduğunu, eyni zamanda subasma hadisələrinin də onlara xüsusilə külli miqdarda ziyan vurduğunu deyibər: “2009-cu ildən fəaliyyətə başlayan və ilbəil böyüyən ticarət mərkəzinin problemləri bitmir. Mülkiyyətçilər texniki təhlükəsizlik baxımından sərmayə qoymurlar ki, bu da bizim ağır nəticələr qarşısında əlacsız qalmağımıza gətirib çıxarır. Onlar məsuliyyət daşımadan ancaq öz şəxsi mənafelərini və gəlirlərini güdürlər. Hər kəs bilir ki, burada enerji təchizatı bərbad və yüklü vəziyyətdədir. Naqillərin qızmağından hər an yanğın baş verə bilər. Elektrik təsərrüfatında avtomatlar yüklənmiş vəziyyətdə, təftiş qaydalara uyğun aparılmır, sıxılma və digər xidmətlər sadəcə monitorinqlərlə aparılır”.
İcarədarların sözlərinə görə, hazırda burada 30-40 min sahibkar çalışır: “İcarə ödənişləri hər dəfə qaldırılır. Buna baxmayaraq yanğın təhlükəsizliyi ilə bağlı vəziyyət çox faciəvi şəkildədir. Hidrantlar, yanğınsöndürən balonlar, su hovuzları kommunikasiyaları fors-major hala cavab vermir və daha əvvəl də dəfələrlə bu hallar yaşanıb. Ümid ancaq ərazidə fəaliyyət göstərən yanğınsöndürən bölməyə qalır. Ancaq mövcud sayla və texnikayla yanğın olduğu halda mübarizə aparmaq sadəlövhlükdür.
Son 8 ildə burada 9 dəfə yanğın olub. Sonuncu dəfə bu yaxınlarda Bakıdakı kinostudiya ərazisində pirotexniki vasitələrin alovlanması nəticəsində partlayışın baş verməsi isə bizi daha da narahat edir. Çünki burada da xaricdən qanunsuz yolla gətirilən pirotexniki vasitələr qaydalara tamamilə riayət edilmədən saxlanılır. Növbəti dəfə yanğın olsa, artıq hər şeyimizi itirə bilərik”.
Sahibkarların üzləşdikləri ən böyük problem isə işlətdikləri obyektləri sığortalaya bilməmələridir: “Sığorta şirkətləri yüksək riskli vəziyyəti nəzərə alaraq, buradakı mağazaları sığortalamaqdan imtina edirlər. Belə ki, Fövqəladə Hallar Nazirliyi buranın istismarına müvafiq rəy və sənəd vermədiyinə görə sığortalamaq da mümkünsüz olub. Bununla bağlı ticarət mərkəzinin mülkiyyətçiləri təəssüf ki, hər hansı addım atmırlar. Biz də öz növbəmizdə aidiyyəti qurumlara müraciət etmişik, problemimizin həll olunması üçün ərizələr yazmışıq”.
Ətraflı
Həmçinin oxuyun
Şikayətlə bağlı Azərbaycan Sığortaçılar Assosiasiyasına sorğu ünvanladıq. Assosiasiyanın ekspert qrupunun üzvü Emin Allahverdiyev qeyd edib ki, hazırda sığorta sektorunda fəaliyyət göstərən və əmlak sığortası üzrə lisenziyası olan sığorta şirkətləri istər daşınar, istərsə də daşınmaz əmlakların sığortalanmasında maraqlıdırlar: “Lakin əmlakın sığortaya cəlb olunması üçün əsas şərt həmin əmlakın mövcud vəziyyətinin yanğın təhlükəsizliyi normalarına və digər təminat növləri üzrə risk tələblərinə uyğun olmasıdır. Bu, sığorta mexanizminin əsas fəlsəfəsini təşkil edən mühüm elementdir.
Sığorta hadisəsi mahiyyətcə təsadüfi xarakter daşımalı və sığorta təminatı yalnız bu təsadüfilik nəticəsində əmlaka dəymiş zərərə görə verilməlidir. Əgər əmlakda hadisənin başvermə ehtimalı artıq təsadüfilik xarakterini itirmişsə və risk hər gün, hər an baş verə biləcək vəziyyətdədirsə, bu halda sığorta şirkətinin belə əmlakı sığortaya cəlb etməsi nə sığorta fəlsəfəsinə, nə də qüvvədə olan qanunvericiliyə və sığorta qaydalarına uyğun sayılır.
İstər iri ticarət mərkəzlərində yerləşən obyektlər, istərsə də kiçik sahibkarlıq subyektlərinə məxsus əmlaklar sığorta şirkətləri üçün maraq kəsb edir. Lakin qeyd olunan normativ tələblərə əməl edilmədikdə, əmlakın harada yerləşməsindən asılı olmayaraq onun sığortalanması mümkün olmur.
Buna görə də, əmlakda yanğın və digər təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət edilməli, mümkün risklərə qarşı maliyyə təhlükəsizliyi təmin olunması üçün sığorta alətindən istifadə edilməlidir”.
Məsələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinə də müraciət etdik. Qurumun Mətbuat xidmətindən bu cavabı aldıq: “Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğın nəzarəti üzrə dövlət inspektorları tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmış “Çıxarış”a əsasən yoxlamalar (yanğın-texniki müayinələr) keçirilib. Müayinələr zamanı aşkar olunmuş pozuntulara görə cavabdeh məsul şəxslər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə inzibati məsuliyyətə cəlb olunaraq pozuntuların aradan qaldırılması məqsədilə obyektin rəhbərliyinə icrası məcburi olan tələbləri özündə əks etdirən “Yanğın-texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə Qərar” təqdim olunub. Belə ki, obyektdə aparılmış yanğın-texniki müayinələr zamanı aşkar olunmuş pozuntulara görə cavabdeh məsul şəxslər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə inzibati məsuliyyətə cəlb olunaraq inzibati qaydada cərimə olunub.
Sığorta şirkətləri tərəfindən ticarət obyektlərinin daşınmaz əmlakının icbari sığorta edilməsi ilə bağlı məsələlər 24 iyun 2011-ci il 165-IVQ nömrəli “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir və sığortaçı ilə sığortalı arasında həll olunmalıdır”.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Hava məkanından istifadə və uçuş Qaydaları təsdiqlənib
Hava məkanından istifadə və uçuş Qaydaları təsdiqlənib.CityPost.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.Azərbaycan Respublikasında hava məkanının bütün istifadəçiləri (o cümlədən Azərbaycan Respublikasında qeydiyyata alınmış hava gəmisinin istismarçıları) bu Qaydaların tələblərini yerinə yetirməlidirlər. Uçuşların təşkili və yerinə yetirilməsi, hava hərəkətinin idarə olunması ilə məşğul olan subyektlər tərəfindən dərc edilən müvafiq sənədlər (əmr, sərəncam, təlimat və s.) bu Qaydaların tələblərinə uyğun olmalıdır.Bu Qaydalar Azərbaycan Respublikasının hava məkanında uçuşların yerinə yetirilməsini tənzimləyir. Dövlət eksperimental və dövlət aviasiyasının uçuşları Müdafiə Nazirliyinin müəyyən etdiyi əlavə qaydalarla da tənzimlənir. Azərbaycan Respublikasına mənsub hava gəmisinin xarici dövlətin ərazisi üzərində uçuşları həmin dövlətin müvafiq qaydaları ilə,...
08 İyul 2025, 14:53

Rusiyalı nazir Azərbaycana təşəkkür etdi
Bakıda Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMÜT) iclasında iştirak edən Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkov azərbaycanlı həmkarı Kəmaləddin Heydərovla danışıqlar aparıb.CityPost.az xəbər verir ki, bu barədə TASS Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinə istinadən məlumat yayıb.Qeyd olunub ki, A. Kurenkov son İran-İsrail münaqişəsi zamanı İrandan Rusiya vətəndaşlarının təxliyəsinin təşkilinə görə Azərbaycana minnətdarlığını bildirib.Xatırladaq ki, iyunun 15-də Astara sərhəd buraxılış məntəqəsindən 238 rusiyalı buraxılıb. Onların arasında diplomatlar və mədəniyyət xadimlərinin ailələri də olub....
08 İyul 2025, 13:25

DTX Azərbaycanda mənzillərin videokamera görüntülərini ələ keçirərək yayan şəbəkəni ifşa edib
Azərbaycan ərazisində yerləşən müxtəlif ofislərdə və mənzillərdə quraşdırılmış videomüşahidə kameralarının idarəetmə qurğularına (DVR) qlobal internet şəbəkəsi üzərindən məsafədən icazəsiz qoşularaq bu mənzillərdə yaşayan sakinlərin şəxsi və ailə həyatının sirrini təşkil edən məlumatları əks etdirən videomaterialları ələ keçirməklə xarici internet informasiya resurslarına yerləşdirilməsini ehtiva edən qanunazidd əməllərlə bağlı əməliyyat-texniki tədbirlər həyata keçirilib.Bu barədə CityPost.az-a Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) məlumat verilib.Bildirilib ki, aparılmış araşdırmalarla həmçinin, Azərbaycanda müxtəlif ünvanlarda olan videomüşahidə kameralarının görüntülərinin real vaxt rejimində izlənilməsi imkanına malik istifadəçi hesablarının satışa çıxarıldığı da müəyyən olunub.Faktla əlaqədar DTX tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə kibermüdaxilə hallarının zərərli nəticələrinin aradan qaldırılması təmin edilib.Görülmüş təxirəsalınmaz...
08 İyul 2025, 12:48

Azərbaycanda qaz və işıqla bağlı aylıq sabit tariflər - 1 manatı aşmayacaq
Azərbaycanda qaz və elektriklə bağlı aylıq sabit tariflər 1 manatı aşmayacaq.CityPost.az APA-ya istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında "Qaz təchizatı haqqında” yeni qanun layihəsi və “Elektroenergetika haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı energetika nazirinin müavini Orxan Zeynallı deyib ki, sabit tarifinin tətbiqində əsas məqsəd xidmətin keyfiyyətinin artırılması, xərclərin istehlakçılar arasında daha ədalətli bölünməsidir.Nazir müavini qeyd edib ki, bu, tariflərin artırılması hesabına deyil, mövcud istehlak tarifinə çəkilən xərclərin xarakterinə uyğun olaraq strukturlaşdırılması hesabına olacaq: “Eyni zamanda, bu yenilik “Elektroenergetika haqqında” qanun layihəsində təsbit olunub. Sabit tarifin tətbiqi hər ay elektrik enerjisi haqqını ödəyən istehlakçılar üçün tarif...
08 İyul 2025, 12:28

Bu quruma rəis və rəis müavini təyin olundu - FOTO
Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) 8 saylı Şərqi Zəngəzur Regional Bölməsinə yeni təyin edilən rəis və rəis müavini kollektivə təqdim edilib. Citypost.az xəbər verir ki, SİMDNX-nın inzibati binasında baş tutan tədbirdə Xidmətin rəisi Rafiq Aslanovun müvafiq əmrləri səsləndirilib. Əmrlərə əsasən, 8 saylı Şərqi Zəngəzur Regional Bölməsinə Ayaz Nəcəfov rəis, Babək Məmmədov isə rəis müavini olaraq təyin olunub. Tədbirdə çıxış edən SİMDNX-nın rəis müavini Tural Abbasov Şərqi Zəngəzur Regional Bölməsinin yaradılmasının strateji əhəmiyyətindən danışaraq, qurumun vəzifə, səlahiyyət və hüquqları barədə iştirakçılara geniş məlumat verib. O qeyd edib ki, uzun illər işğal altında...
08 İyul 2025, 11:12

Bakı və Abşeronda unun topdansatış qiyməti azalıb
İyulun 7-nə Azərbaycanda un istehsalçılarının topdansatış məntəqələrində 50 kiloqramlıq un kisəsinin qiyməti 25,8-28 manat arasında dəyişib.CityPost.az Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu göstərici ötən həftə ilə dəyişməyib.O cümlədən, Bakı şəhərində və Abşeron rayonunda unun topdansatış qiyməti 26,5-27,3 manat arasında dəyişib. Minimum qiymət dəyişməz qalıb, maksimum qiymət isə 0,7 % azalıb.Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti Şabran rayonunda qeydə alınıb və 25,8 manat təşkil edib ki, bu da 1 həftə əvvələ nisbətən eynidir.Ən yüksək qiymət isə Gəncə şəhərində müşahidə olunub – burada 50 kiloqramlıq un kisəsi 28 manata satılıb ki, bu da...
08 İyul 2025, 11:09