Kursant hərbi rütbəsi əsgərə bərabər tutulacaq
Hərbi 10 İyun 2025, 16:00

2103
Müddətli həqiqi hərbi xidmət qulluqçuları hesab olunan əsgərlərə (matroslara) münasibətdə şamil olunan bir sıra normalar kursantlara münasibətdə də tətbiq ediləcək.
CityPost.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Qanunda əksini tapıb.
Beləliklə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əlavə ediləcək yeni - 30.4-1-ci maddəyə əsasən, kursant hərbi rütbəsi əsgər (matros) hərbi rütbəsinə bərabər tutulacaq. Kursant hərbi rütbəsində ehtiyata buraxılmış hərbi qulluqçuların ehtiyatda olma müddətləri əsgər və matroslar üçün müəyyən edilmiş ehtiyatda olmanın son yaş hədlərinə uyğun hesablanacaq.
“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” qanuna təklif edilən yeni - 48-1-ci maddəyə əsasən, “Kursant” hərbi rütbəsi hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alanlara (magistratura və adyunktura səviyyələrinin proqramları üzrə təhsil alanlar istisna olmaqla) həmin təhsil müəssisələrinə daxil olduğu gündən veriləcək. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olana qədər “kursant” hərbi rütbəsindən yuxarı hərbi rütbə almış hərbi qulluqçuların və hərbi vəzifəlilərin rütbələri saxlanılacaq və onlar kursantların hüquqlarından istifadə etməklə onların vəzifələrini yerinə yetirəcəklər.
“Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili Xidməti Nizamnaməsinin təsdiq edilməsi haqqında” qanuna kursantın vəzifələri ilə əlaqədar 139-1-139-4-cü maddələr təklif edilir. Layihəyə əsasən, kursant dövlət təhsil standartına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnməsinə, ona həvalə edilmiş vəzifələrin və tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsinə, həmçinin öz silahına, ona tapşırılan döyüş və digər texnikanın vəziyyətinə cavabdehdir. O, bilavasitə rəisinə tabedir.
Kursantın vəzifələrinə aşağıdakılar daxil olacaq:
- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu kimi öz borcunu dərindən dərk etmək, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müqəddəscəsinə və sarsılmazcasına riayət etmək, hərbi andın və hərbi nizamnamələrin tələblərini sözsüz yerinə yetirmək, sayıq, namuslu və Azərbaycan dövlətinin mənafeyinə sədaqətli olmaq və bunun uğrunda mübarizədə öz qüvvəsini, hətta həyatını belə əsirgəməmək;
- hərb işini və peşə ixtisasını vicdanla öyrənmək, müəllimlərin, komandirlərin (rəislərin) ona öyrətdiklərini səylə yadda saxlamaq;
- təhsil proqramlarında (kurikulumlarda) nəzərdə tutulmuş imtahanları vermək;
- öz xidməti vəzifələrini nümunəvi yerinə yetirmək;
- hərbi nizamnamələrin tələblərini dərindən bilmək və vicdanla yerinə yetirmək;
- üzrsüz səbəblərdən dərsdən yayınmamaq, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;
- komandirlərin (rəislərin) və müəllimlərin əmr, sərəncam, göstəriş və tapşırıqlarını sözsüz, dəqiq və vaxtında yerinə yetirmək, təhlükəsizlik qaydalarına ciddi riayət etmək;
- igid, cəsur və intizamlı olmaq, nalayiq hərəkətlər etməmək və kursant yoldaşlarını belə hərəkətlərdən çəkindirmək;
- təhsil aldığı hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin nizamnaməsinin və daxili intizam qaydalarının tələblərini bilmək və yerinə yetirmək;
- silahını, həmçinin ona tapşırılan döyüş və digər texnikanı mükəmməl bilmək, həmişə saz və təmiz saxlamaq;
- dövlət sirrini qorumaq;
- komandirlərə (rəislərə), böyüklərə və müəllimlərə hörmət göstərmək, hərbi nəzakət, davranış və əsgəri salamlaşma qaydalarına riayət etmək, pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
- təhsil aldığı hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin rektoru (rəisi) daxil olmaqla, özünün birbaşa rəislərinin vəzifəsini, hərbi rütbəsini, adını və soyadını bilmək;
- dövlət əmlakını qorumaq, hərbi geyim formasını daşıma qaydalarına ciddi riayət etmək, hər gün təmizləmək və göstərilən yerdə saxlamaq;
- hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin əmlakına qayğı ilə yanaşmaq;
- şəxsi və ictimai gigiyena qaydalarına riayət etmək;
Həmçinin oxuyun
- silahla, döyüş texnikası və digər texnika ilə işləyəndə və başqa hallarda təhlükəsizlik tədbirlərinə, həmçinin yanğın təhlükəsizliyi qaydalarına riayət etmək;
- təhsil aldığı hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin yerləşdiyi ərazidən kənara çıxmaq zərurəti olduqda, bilavasitə komandirindən icazə almaq və qayıtdıqdan sonra ona bu barədə məlumat vermək;
- təhsil aldığı hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsindən kənarda özünü şərəfli və ləyaqətli aparmaq, ictimai asayişi pozmamaq və əhaliyə qarşı nalayiq hərəkətlərə yol verməmək;
- dövlət maraqlarının, insan və vətəndaş hüquq və azadlıqlarının fəal müdafiəçisi olmaq, özündə yüksək mənəvi keyfiyyətlər aşılamaq, dövlət və cəmiyyət qarşısında məsuliyyətini dərk etmək;
- ictimai asayiş normalarına zidd, əxlaqı pozan və xidməti vəzifələri yerinə yetirməyə mane olan hərəkətlərdən çəkinmək;
- böyük rəislərin göstərişi olmadan (xidməti zərurət istisna olmaqla) media subyektlərinə müsahibə və məlumat verməmək, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər və onların filial və nümayəndəlikləri, beynəlxalq təşkilatlarla əlaqə saxlamamaq.
Normativ hüquqi aktlarda və təhsil aldıqları hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin nizamnamələrində başqa qayda nəzərdə tutulmadıqda, kursantların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsinə yol verilməməlidir. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin ştat vahidlərinin sayına, komplektləşdirilmə səviyyəsinə və ya şəxsi heyətin yerləşmə şəraitinə görə təhsil müəssisəsində qarovul və daxili xidmət üzrə vəzifələri yerinə yetirən hərbi qulluqçuların sayı bu vəzifələrin icrası üçün kifayət etmədikdə, kursantların həmin vəzifələrin icrasına cəlb edilməsinə icazə verilir. Bu zaman onlar müddətli həqiqi hərbi xidmət hərbi qulluqçular, habelə təcrübələri və ya rütbələri yol verdikdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular, gizirlər və miçmanlar üçün nəzərdə tutulmuş naryad heyətinə cəlb edilirlər.
Layihəyə görə, kursantlar (gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin yerləşdiyi yerdən bölük komandiri tərəfindən yalnız hərbi and içəndən sonra buraxılırlar. Kursantların həftələrarası istirahət və iş günü hesab edilməyən bayram günlərində növbəti tədris günü saat 8:00-dək buraxılmalarına icazə veriləcək. 4-cü və 5-ci kursların cari qiymətləndirmədən müvəffəq qiymət alan intizamlı kursantlarının yuxarıda qeyd edilən günlərdən əlavə olaraq digər günlərdə tədris məşğələləri və müstəqil hazırlıq saatları bitdikdən sonra növbəti tədris günü saat 8:00-dək buraxılmalarına icazə veriləcək. Kursantların hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin yerləşdiyi yerdən buraxılması və geri qayıtması bu Nizamnamə ilə müəyyən edilmiş qaydada həyata keçiriləcək.
“Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında” qanuna əsasən, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına aşağıdakı həvəsləndirmələr tətbiq ediləcək:
- təşəkkür elan etmək;
- əvvəl verilmiş intizam cəzasını götürmək;
- fərman, qiymətli hədiyyələrlə, yaxud pulla mükafatlandırmaq;
- hərbi qulluqçunu hərbi hissənin açılmış Döyüş Bayrağı yanında çəkilmiş fotoşəkli ilə mükafatlandırmaq;
- hərbi qulluqçunun yaşadığı, yaxud əvvəl işlədiyi yerə onun hərbi xidmət borcunu nümunəvi yerinə yetirməsi və aldığı mükafatlar haqqında məlumat vermək;
- əlaçı döş nişanı ilə mükafatlandırmaq;
- adlarını hissənin (gəminin) Fəxri kitabına yazmaq.
Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin rektorları (rəisləri), kursantlar barədə qeyd olunan həvəsləndirmə tədbirlərindən tam həcmdə istifadə etmək hüququna malik olacaqlar. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin taqım (qrup), bölük və tabor komandirləri kursantlara təşəkkür elan etmək və əvvəl verilmiş intizam cəzasını götürmək həvəsləndirmələri tətbiq etmək hüququna malik olacaqlar.
Əlaçı döş nişanı ilə yalnız iki tədris dövrü müddətində fasiləsiz əlaçı olan kursantlar da təltif ediləcəklər.
Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları təhsilini başa vurduqda hissənin (gəminin) Fəxri kitabına adları yazılmaqla həvəsləndirilə bilər.
Kursantlara məzəmmət, töhmət, şiddətli töhmət, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsindən kənara növbəti buraxılmadan məhrumetmə (qadın hərbi qulluqçuları istisna olmaqla) və əlaçı döş nişanından məhrum etmə cəzası verilə biləcək.
Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin taqım (qrup), bölük və tabor komandirləri kursantlara məzəmmət və töhmət intizam cəzalarını tətbiq etmək hüququna malik olacaqlar. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin rektorları (rəisləri)isə kursantlar barədə bu Nizamnamənin müəyyən etdiyi intizam cəzaları tədbirlərindən tam həcmdə istifadə etmək hüququna malik olacaqlar.
Xidmət vərəqələri kursantlar üçün bölükdə doldurulacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Tovuz döyüşlərindən 5 il ötür
Bu gün Tovuz döyüşlərinin növbəti ildönümüdür.CityPost.az-ın məlumatına görə, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən 5 il ötür.2020-ci il iyulun 12-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatların qarşısı qətiyyətlə alınıb.Tovuz döyüşləri də Azərbaycanın hərb tarixinə zəfər döyüşü kimi daxil olub.Ermənistanın 100-dən çox hərbçisi və onlarla hərbi obyekti məhv edilib.Bu döyüşlər zamanı general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynalov, gizir Yaşar Babayev, baş çavuş Vüqar Sadıqov, çavuş Elçin Mustafazadə, çavuş Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov şəhidlik zirvəsinə ucalıblar.Eyni zamanda,...
12 İyul 2025, 00:02

Rusiyanın Hindistandan helikopter almaq arzusu puç oldu
Rusiya və Hindistanın Ka-226T helikopterlərinin istehsalı üzrə birgə layihəsi faktiki olaraq dondurulub.CityPost.az xəbər verir ki, “The Moscow Times” Hindistanın Müdafiə Nazirliyindəki mənbələrə istinadən yazır ki, bu təşəbbüs sanksiya təzyiqi və pandemiyanın nəticələri səbəbindən özünü doğrultmayıb.Nəşrin məlumatına görə, Hindistan tərəfi hazırkı şəraitdə işi bərpa etmək üçün heç bir perspektiv görmür.Ka-226T-nin istehsalı ölkələr arasında ən böyük hərbi-texniki əməkdaşlıq layihələrindən biri olmalı idi: 200 helikopterin yığılması planlaşdırılırdı, onlardan 140-ı Hindistanda Hindustan Aeronautics Limited (HAL) zavodunda hazırlanmalı idi. “Hind-Rusiya Helikopterləri” birgə müəssisəsinin yaradılması haqqında memorandum 2016-cı ildə imzalanıb, 2019-cu ildə isə Tumakuru şəhərində müəssisənin tikintisi üçün ilk addım atılıb. Bununla belə, Hindistanın müdafiə departamentindəki...
09 İyul 2025, 22:27

Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
Azərbaycan Ordusu bölgənin ən güclü ordusu olmaqla yanaşı, regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib.Bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov Heydər Əliyev adına Hərbi İnstitutun və Hərbi Tibb Fakültəsinin buraxılış mərasimində çıxışı zamanı deyib.Onun sözlərinə görə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan Hərbi İnstitutun məzunu olmaq qürurverici və məsuliyyətlidir:“Sevindirici haldır ki, iştirak etdiyimiz təntənəli buraxılış mərasimi əlamətdar bir ilə təsadüf edir. Bu il ölkəmizdə "Konstitusiya və Suverenlik İli" kimi böyük təntənə ilə qeyd edilir. Həmçinin xalqımız Vətən müharibəsinin beşinci ildönümünü qeyd etməyə hazırlaşır. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu siyasəti...
28 İyun 2025, 14:48

Hindistan Rusiyadan silah alır
Hindistan və Rusiya qısa müddət ərzində Rusiyanın S-400 hava hücumundan müdafiə raket sistemlərinin tədarükü, Su-30 MKI-nin modernləşdirilməsi və mühüm hərbi texnikanın alınmasını müzakirə ediblər. CityPost.az xəbər verir ki, bu barədə Hindistanın Müdafiə Nazirliyi iki ölkənin müdafiə nazirliklərinin rəhbərləri Racnath Singh və Andrey Belousov arasında Çinin Qinqdao şəhərində keçirilən görüşün yekunlarına dair məlumat yayıb.“Bu, iki ölkənin müdafiə nazirləri arasında son vaxtlar ən mühüm görüşlərdən biri idi...” nazirliyin bəyanatında deyilir."S-400 sistemlərinin tədarükü, Su-30 MKI-nin modernləşdirilməsi və qısa müddət ərzində mühüm hərbi texnikanın alınması görüşün əsas mövzularından olub", - nazirlik vurğulayıb.Miri...
27 İyun 2025, 14:09

Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi barədə Sərəncam imzalayıb.
25 İyun 2025, 13:10

DİN-in Hərbi İnstitutunda növbəti buraxılış olub - VİDEO
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutunda 2024-2025-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.Bu barədə CityPost.az-a DİN-dən bildirilib.Məlumata görə, tədbirdə respublikanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib.Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.Nazir müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov təhsil müəssisəsinin inkişaf yolu, maddi-texniki və tədris bazasının gücləndirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə edib.Nazir Vilayət Eyvazov Daxili İşlər Nazirliyinin əsas struktur qurumlarından olan Daxili Qoşunların yarandığı gündən şərəfli xidmət yolu keçdiyini vurğulayıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən...
20 İyun 2025, 10:53