"Atlant"a istirahətə gedənlər peşman oldular: Ortaya biabırçı video çıxdı
Cəmiyyət 27 İyul 2025, 08:26

287
Bu ildən etibarən müəllimlərin Həmkarlarlar İttifaqı Təşkilatının xətti ilə yay tətili zamanı sığorta hesabına sanatoriyalara göndərilməsi həyata keçirilir.
CityPost.az Oxu24.com -a istinadən xəbər verir ki, göndərişlər zamanı ödənişlərin böyük hissəsi sığorta hesabına qarşılanır. Bu addım alqışalayiq olsa da,ortada müəyyən problemlər də var.
Bu barədə saytımıza göndərişlə istirahət üçün gedən bir qrup müəllim məlumat verib.
Onların sözlərinə görə,istirahət üçün göndərildikləri Nabranda yerləşən "Atlant" istirahət mərkəzi sözün hər mənasında cəhənnəmə çevrilib.
"Biz sevinmişdik ki,istirahət edəcəyik,amma başqa mənzərə ilə qarşılaşdıq.Gəldiyimiz bu istirahət mərkəzində nizamsızlıq,natəmizlik və təşkilati işlərin sıfır səviyyədə olması istirahətimizi heç etdi.Burada adi yemək almaq üçün saatlarla növbəyə dayanmalı olursan...Yaşlısı,xəstəsi,uşağı var...Onlar bu şəraitdə necə dincələ bilər?",-deyə müəllimlərdən biri bildirib.
"Atlant"da yaşanan biabırçı mənzərə ilə bağlı saytımıza görüntülər də təqdim olunub.
Sözügedən görüntüləri təqdim edirik:
Həmçinin oxuyun
Oxu24.com iş günlərində məsələ ilə bağlı qarşı tərəflərin də mövqeyini təqdim edəcək.
Miri Məcidli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ
İyulun 28-də gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 22-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək.Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 22-26° isti, gündüz 34-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq....
27 İyul 2025, 12:56

Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin üzvləri – SENSASİON ADLAR
Məlum olduğu kimi, iyulun 24-də Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib. Bununla bağlı Rusiyanın baş naziri Mixail Mişustin sərəncam imzalayıb.CityPost.az xəbər verir ki, Day.az informasiya portalında Qusmanın vəzifəsindən azad olunmasının səbəbləri ilə bağlı məqalə dərc olunub.Qusmanın vəzifədən azad olunmasının pərdəarxasıSözügedən məqalədə bildirilib ki, Qusmanın III Şuşa Qlobal Media forumunda Azərbaycan Prezidenti İlham Əliyevə verdiyi sual Rusiya elitasında qıcıq yaradıb:“Rusiya Prezident Administrasiyası rəhbərinin media və ictimaiyyətlə əlaqələrə nəzarət edən birinci müavini Aleksey Qromov onun haqqında kəskin danışıb. Bundan əlavə, TASS-ın baş direktoru Andrey Kondraşov da Qusmana öz narazılığını bildirib”.Məqalədə həmçinin Rusiya hakimiyyətində antiazərbaycan əhval-ruhiyyəsinin artmasından da bəhs...
26 İyul 2025, 16:56

“Rusiyadan o qəzanın məsuliyyətini üzərinə götürməsini gözləyirik” - Prezidentin köməkçisi
“Azərbaycanla Rusiya arasında münasibətlərdəki bu vəziyyət AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə yaranıb”.CityPost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində bildirib:“Hadisə Rusiyanın ərazisində, Rusiyanın hava məkanında baş vermişdi və biz onun necə baş verdiyini bilirik. Bu, sirr deyil. Qonşu və tərəfdaş dövlət olan Azərbaycan Rusiyadan məsuliyyəti üzərinə götürməsini və bu məsələdə ədaləti təmin etməsini gözləyir”....
26 İyul 2025, 16:32

Bazar gününün havası açıqlanıb
Azərbaycanda iyulun 27-də bəzi yerlərdə 36, bəzilərində isə 39 dərəcə isti gözlənilir.CityPost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 23-26° isti, gündüz 32-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın...
26 İyul 2025, 13:11

“Qapını açan kimi bıçağı anama vurub, sonra...” VİDEO
Goranboyda baş verən qətlin tükürpədici detalları üzə çıxıb.Goranboy rayon sakinləri - 1978-cı il təvəllüdlü Lalə İsmayılova və 1948-cil il təvəllüldlü Tamella İsmayılovanın yaşadıqları evdə öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.İlkin araşdırmalarla 2010-cu il təvəllüdlü R.Həsənovun (şərti) aralarında yaranmış mübahisə zamanı bıçaqla anası Lalə İsmayılova və nənəsi Tamella İsmayılovaya xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb. R.Həsənov (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.Hazırda istintaq davam edir.CityPost.az xəbər verir ki,Baku TV hadisə baş verən ailədən reportaj hazırlayıb.Ətraflı videodan izləyə bilərsiniz:...
25 İyul 2025, 15:57

Rasimdən şok iddia: Qolumu sındırdılar
Əslən Laçın rayonundan olan keçmiş məcburi köçkün Rasim Həmidovun şikayəti əsasında keçmiş həyat yoldaşı Sevinc Həmidova barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başlanması və 253300021 nömrəli cinayət işinin istintaqının yekunlaşması ilə bağlı məlumat vermişdik.Xatırladaq ki, Sumqayıt Şəhər Məhkəməsinin 10.01.2022-ci il tarixli qətnaməsi ilə əslən Laçın rayonundan olan, məcburi köçkün Rasim Həmidovun keçmiş həyat yoldaşı Sevinc Həmidovaya qarşı aliment ödəmə iddiası təmin edilməsinə dair çıxardığı qətnamənin qəsdən icra olunmaması barədə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin topladığı materiallar baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilib.Bu gün Ağcabədi Rayon Məhkəməsində hakim Etibar Quliyevin sədrliyi ilə saat 15:00-da Ağcabədi Rayon Məhkəməsində zal...
24 İyul 2025, 12:50