Qəzada ölənlər bir ailənin üzvləri imiş
Hadisə 27 İyul 2025, 11:16

587
Ötən gün Laçında baş verən qəzada ölənlər ailə üzvləri olub.
“Qafqazinfo”nun məlumatına görə, Laçın rayon Qarakeçdi kəndi ərazisində baş qəzada ölənlər - avtomobilin sürücüsü keçmiş polis əməkdaşı Mahir Abdullayev, onun həyat yoldaşı Şəhla Novruzova və qadının bacısı Xədicə Novruzovadır.
Avtomobildə xəsarət alaraq xəstəxanaya yerləşdirilən isə M.Abdullayevanın qardaşı qızı Abdullayeva Ramilədir.
Həmçinin oxuyun
Qeyd edək ki, ailə üzvləri öz doğma yurdlarından, Laçının Hacıxanlı kəndindən qayıdırmış.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

DTX imtahanlarda texniki fırıldaqçılıqla məşğul olan şəbəkə təşkilatçılarını saxlayıb
Ali məktəblərə qəbul imtahanlarında müsbət nəticə əldə etmək məqsədilə bir sıra abituriyentləri xüsusi gizli texniki avadanlıqlar komplekti (mikroqulaqcıq, mikrokamera, mini telefon, naqil, Mi-Fi routeri və s.) ilə təchiz edən şəbəkə ifşa olunub."Report" xəbər verir ki, onlar Dövlət İmtahan Mərkəzinin müraciəti əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən görülmüş tədbirlərlə müəyyənləşdirilərək saxlanılıblar və barələrində DTX-də cinayət işi başlanılıb.Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz özünün sosial şəbəkə hesabında paylaşım edib.Qeyd edilir ki, göstərilən məsələ bəzi abituriyentlərin nəticələrinin ləğv olunması ilə nəticələnib....
28 İyul 2025, 19:25

Bakıda kişi məsciddə yatdığı yerdə öldürüldü - Foto
İyulun 26-na keçən gecə paytaxtın Bülbülə qəsəbəsində yerləşən İmam Ümmət məscidində qətl törədilib. CityPost.az xəbər verir ki, gecə saat 04 radələrində 1990-cı il təvəllüdlü Nadir Səfərov məscidin namaz otağında yatdığı yerdə qətlə yetirilib. 32 bıçaq xəsarəti alan şəxs hadisə yerində ölüb. Keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Elvin Məmmədov polis tərəfindən saxlanılıb. Vətən müharibəsi iştirakçısı olan Elvinin psixoloji problemlərinin olduğu və tərəflər arasında hadisədən bir qədər əvvəl şəxsi münasibətlər zəminində mübahisənin yarandığı bildirilir. Qətlə yetirilən N.Səfərovun Bülbülədə hörmətli şəxs olduğu, xeyriyyəçi kimi tanındığı qeyd edilir. Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. (Qafqazinfo)...
28 İyul 2025, 09:59

Polşa Rusiya ilə müharibəyə hazırlaşır
Polşanın baş naziri Donald Tusk bildirib ki, ümumilikdə Avropa və xüsusilə də Polşa 2027-ci ilə qədər Rusiya ilə potensial müharibəyə hazır olmalıdır.PAP agentliyi xəbər verir ki, o, bu barədə iyulun 26-da Pabianice şəhərində çıxışı zamanı bildirib.Tuskun sözlərinə görə, Polşa hökuməti vəziyyəti sabitləşdirmək və milli təhlükəsizliyi gücləndirmək üçün qarşıdakı iki ildən maksimum istifadə etmək niyyətindədir.Nazirlər Kabinetinin rəhbəri NATO-nun yeni Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı, ABŞ Silahlı Qüvvələrinin general-leytenantı Aleks Qrinkeviçin də oxşar qiymətləndirmələrinə istinad edib. Onun fikrincə, 2027-ci ilə qədər Rusiya və Çin o qədər güclü ola bilər ki, ABŞ və NATO arasında razılaşdırılmış qarşıdurma üçün imkanlar axtarmağa başlayacaqlar.Miri...
26 İyul 2025, 23:00

20 yaşlı gəncin meyiti tapılıb
Sabirabad rayonunda su kanalında batan 20 yaşlı gəncin meyiti tapılıb. Qaragüney kənd sakini, 2005-ci il təvəllüdlü Musayev Səfərağa Elşən oğlunun boğulduğu kanala Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.Ötən gündən başlayaraq aparılan axtarışlar nəticəsində suda boğulan gəncin meyiti batdığı yerdən 15-16 kilometr aralıda tapılıb, bu gün saat 16:00 radələrində aidiyyəti üzrə təhvil verilib.Faktla bağlı araşdırma aparılır....
26 İyul 2025, 17:25

Ana və nənəsinin qətlinə görə 15 yaşlı oğlan saxlanıldı
Goranboyda qətl törədilib.CityPost.az Goranboy Rayon Prokurorluğuna istinadən xəbər verir ki, hadisə iyulun 25-i saat 02 radələrində baş verib.Goranboy rayon sakinləri - 1978-cı il təvəllüdlü Lalə İsmayılova və 1948-cil il təvəllüldlü Tamella İsmayılovanın yaşadıqları evdə öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.İlkin araşdırmalarla 2010-cu il təvəllüdlü R.Həsənovun (şərti) aralarında yaranmış mübahisə zamanı bıçaqla anası Lalə İsmayılova və nənəsi Tamella İsmayılovaya xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb. R.Həsənov (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.Hazırda istintaq davam edir....
25 İyul 2025, 14:57

Goranboyda iki qadının öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb
Goranboyda iki şəxsin öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.CityPost.az xəbər verir ki, bu barədə Goranboy Rayon Prokurorluğu məlumat yayıb.Qeyd olunub ki, bu gün gecə saat 02 radələrində Goranboy rayon sakinləri 1978-cı il təvəllüdlü Lalə İsmayılova və 1948-cil il təvəllüldlü Tamella İsmayılovanın yaşadıqları evdə öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.İlkin araşdırmalarla 2010-cu il təvəllüdlü R.Həsənovun (şərti) aralarında yaranmış mübahisə zamanı bıçaqla anası Lalə İsmayılova və nənəsi Tamella İsmayılovaya xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb. R.Həsənov (şərti) iş üzrə...
25 İyul 2025, 10:18