Bakıda lift idarəsi ilə "JEK" birləşib binanın liftini "satdılar" - PROBLEM
Cəmiyyət 07 Avqust 2025, 12:44

248
Bakının mərkəzində yaşayan bir qrup sakin şikayət edir.
Söhbət Səbail rayonu,Hacı Zeynalabdin Tağıyev küçəsi 16/18 ünvanında yaşayan sakinlərdən gedir. Binada yaşayan sakinlər mənzillərinə rahatlıqla daxil ola bilmirlər.Binanın pilləkənləri təmir adıyla sökülüb,pilləkənlərin tutacaqları çıxarıldığı üçün mənzillərə qalxmaq təhlükəli hal alıb.Həmçinin binanın lifti də sakinlərin əlindən alınıb.
CityPost.az xəbər verir ki, bu barədə Oxu24.com-a bina sakinləri məlumat verib.
“Artıq 15 günə yaxındır ki, bu vəziyyətlə üz-üzəyik.Pilləkənlərin dəmir məhəccərləri sökülüb.Buradan qalxmaq bizim üçün əzabdır.Yaşlı anam var.Bu pilləkənlə qalxıb,düşə bilmir.Bundan əlavə binanın lifti "özəlləşdirilib".
Yuxarıda yerləşən bir sahibkarın mənzilinə verilib. Liftdən yalnız onlar istifadə edə bilərlər.Sakinlər çıxılmaz duruma düşüb. "JEK"-ə də şikayət etmişik.Ancaq tədbir görülməyib. Biz liftin kartının digər sakinlərə də verilməsini və pilləkənlərin tezliklə təmirinin yekunlaşmasını tələb edirik”,-deyə bina sakini Gülarə Vəliyeva bildirib.
Dəmir məhəccərləri çıxarılan pilləkən sakinlərə təhlükə yaradır.
Oxu24.com məsələ ilə bağlı araşdırma aparıb. Məlum olub ki,binanın pilləkənləri keçmiş Azərbaycan SSR-in sabiq ticarət naziri, həmçinin 1992-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olmuş Ağasəlim Bağırov tərəfindən təmir olunub.
Təmir işləri başlandıqdan sonra binanın 4-cü mərtəbəsində yaşayan iş adamı Tamerlan Rəsulzadə rəsmi qurumlara şikayət edərək işlərin dayandırılmasını tələb edib. İki qonşu arasında yaranan mübahisə bütün binanı pilləkənsiz və liftsiz qoyub.
Araşdırmamız zamanı o da məlum oldu ki, bina üçün nəzərdə tutumuş ümumi lift yalnız iş adamı Tamerlan Rəsulzadənin ailə üzvlərinin mənzilinə xidmət göstərir. Binanın digər mərtəbələrində yaşayan sakinlər lift üzünə həsrət qalıb.
Bəs,binanın liftini kim sahibkara verib?
Bu suala cavab tapmaq məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin “LiftTəmir” İstehsalat Birliyi ilə əlaqə saxladıq. Birlikdən saytımıza bildirdilər ki,onlar yalnız liftlərin işlək olub-olmaması işlərinə baxırlar. Digər məsələlərin onlara aidiyyatı yoxdur.
Bina sakinlərinin binanın pilləkən probleminə gəldikdə isə rəsmi qurum araşdırmaların aparıldığını bildirib.
Oxu24.com məsələ ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən şifahi olaraq saytımıza bildirdilər ki, sözügedən ünvanda sakin tərəfindən aparılan söküntü işləri yarımçıq dayandırılıb.
Buna səbəb isə,tarixi abidə olan binanın pilləkənlərində aparılan təmir işləri zamanı qanuna uyğun olaraq Dövlət Xidmətinə əvvəlcədən məlumat verilməməsi olub.
“Hazırda həmin şəxs tərəfindən aparılan işlər dayandırılıb.Müvafiq tədbirlər görülür”,-deyə qurumdan verilən məlumatda qeyd olunur.
Oxu24.com məsələni diqqətdə saxlayacaq.
Miri Məcidli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Rusiyada Aİ-95 markalı benzinin qiyməti növbəti dəfə rekord qırıb
Rusiyada “Premium-95” markalı benzinin birja qiyməti artmaqda davam edir və ardıcıl dördüncü gündür ki, yeni rekord müəyyənləşdirir. CityPost.az xəbər verir ki, bu, Sankt-Peterburq Beynəlxalq Ticarət Birjasının məlumatlarından irəli gəlir.Aİ-95 markalı benzinin qiyməti cümə axşamı günü 0,95% artaraq bir ton üçün 79,567 min rubl təşkil edib ki, bu da növbəti rekorddur. Bu yanacaq növü ardıcıl dördüncü ticarət günü üçün yeni maksimum qiymət təyin edir.AI-92 markalı benzin 1,04% bahalaşaraq bir ton üçün 68,321 min rubla yüksəldi və tədricən rekord qiymətə yaxınlaşdı (2023-cü ilin sentyabrında bir ton üçün 70,508 min rubl).Yay dizel yanacağının dəyəri 0,38% artaraq bir ton üçün 58,676 min rubla, mayeləşdirilmiş...
07 Avqust 2025, 19:10

Fikrin gül ayələri - Sərvaz HÜSEYNOĞLU
Ədəbi qənaətim və təcrübəm daxilində "o şair xoşbəxtdir ki, anlayanı var və yaxud olacaq" - deyə anladanların yanındayam. Bu mənada, imzası ədəbiyyatsevərlərə yaxşı tanış olan Gülayə o xoşbəxtlərdəndir ki, bir söz adamı kimi, anlayanları var. Olub. Olacaq.Bu anlayanlar, dəyər verənlərin sırasında Xalq şairi Fikrət Qocanın adı başdan gəlir. O, Gülayənin "Yuxunu sulara söylə" kitabına yazdığı ön sözdə onun səmimi, poetik fikrin mükəmməl ifadəsilə izlənən şeirlərindən etdiyi seçmələri belə dəyərləndirirdi ki: "Bu misralar elə bil yüzillərin mahir aşıqlarının yolgöstərənliyi, ifası fonunda yazılıb. Bu yazılanlar qoşma deyil. Qoşmadan bəri elə usta addımdır ki, həm qoşmadasan, həm də qoşmadan bərisən. Gülayənin şeirlərinin havası,...
07 Avqust 2025, 14:24

Rasim Həmidov Fuad Ələsgərovla görüşdü
O,ətrafında baş verənlərlə bağlı geniş məlumat verib. Əslən Laçın rayonundan olan keçmiş məcburi köçkün Rasim Həmidovun iddiasına görə onun Xızı Rayon Polis Şöbəsində müstəntiq Əsəd Məmmədovun və rəis müavini Məhəmməd Qarayevin iştirakı ilə döyülməsi,işgəncələrə məruz qalması və aldığı zərbələr nəticəsində sağ qolunun sındırılması ilə bağlı məlumat vermişdik.Rasim Həmidov və atası 92 yaşlı Həmid Həmidov baş verənlərlə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə,Azərbaycan Respublikasının Birinci vitse - prezidenti Mehriban xanım Əliyevaya, İnsan Haqları Üzrə Müvəkkil,Ombudsman Səbinə Əliyevaya ,Daxili işlər naziri Vilayət Eyvazova və Baş prokuror Kamran Əliyevə Xızı Rayon Polis Şöbəsində işgəncə verərək onunla qeyri-insani rəftar edənlərin tapılaraq qanunamüvafiq qaydada məsuliyyətə cəlb olunmaqla...
07 Avqust 2025, 14:20

Bakıda 40 dərəcə isti olub
Azərbaycanda avqustun 7-si saat 9:00-a olan məlumata əsasən isti hava şəraiti davam edib.Bu barədə CityPost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35-40, dağlıq rayonlarda 30-33, Aran rayonlarında, eyni zamanda Naxçıvan Muxtar Respublikasında 37-41 dərəcə isti qeydə alınıb.
07 Avqust 2025, 10:28

İlham Əliyev Yamaykanın Baş nazirini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Yamaykanın Baş naziri Endryu Holnessə təbrik məktubu ünvanlayıb.CityPost.az-ın məlumatına görə, mətndə deyilir:"Hörmətli cənab Baş nazir,Yamaykanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.Bu il Azərbaycan ilə Yamayka diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümünü qeyd edəcəklər. Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq əlaqələrimizin möhkəmləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram"....
06 Avqust 2025, 12:08

Kəlbəcərdə hərbi yük avtomobili minaya düşüb, 4 hərbçi xəsarət alıb - RƏSMİ
Kəlbəcər rayonu ərazisində avqustun 5-i saat 19:05 radələrində təminat tapşırığı yerinə yetirərkən hərbi yük avtomobili Ermənistan silahlı qüvvələrinin basdırdığı minaya düşüb.Bu barədə CityPost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, baş vermiş partlayış nəticəsində xəsarət alan Azərbaycan Ordusunun dörd nəfər hərbi qulluqçusu yaxınlıqdakı tibb müəssisəsinə təxliyə edilib. Onların həyatları üçün təhlükə yoxdur.Faktla bağlı araşdırma aparılır.
06 Avqust 2025, 11:08