Azərbaycanda ilk ali təhsilli həkim qadın - Sona xanım Vəlixanın HƏYATI
Maraqlı 07 Avqust 2025, 10:42

580
(19 iyun 1883– 4 aprel 1982) — göz həkimi, əməkdar elm xadimi, professor, Azərbaycan Tibb İnstitutunun kafedra müdiri, Azərbaycan ET Oftalmologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri.
İlk oftalmoloq qadın (1933), İlk Tibb elmləri doktoru elmi dərəcəsinə layiq olan ilk azərbaycanlı qadını olmuşdur. Elmi işinin dərinliyinin və dəyərinin təsdiqi 1931-ci ildə “Endoftalmitin patoloji anatomiyasına dair” məqaləsi Nobel Komitəsinin diqqətini özünə cəlb edib və onun Nobel mükafatına namizədliyi qeydiyyata alınıb. İkinci dünya müharibəsinin başlanması səbəbindən onun elmi işi müvəffəqiyyət qazanmayıb. Qırmızı ulduz ordeni, Tibb əlaçısı döş nişanı, eləcə də 2 medalla təltif olunmuşdur. İbrahim Rəhimovun qızıdır.
Sona xanım Vəlixan 1908-ci ildə Peterburq Tibb İnstitutunu bitirmiş və Azərbaycanda ilk ali təhsilli həkim qadın olmuşdur.
1923–1939-cu illərdə S. Vəlixan Azərbaycan Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında assistent, dosent və professor vəzifəsində çalışmış, 1939–1971-ci illərdə isə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri olmuşdur. 1946–1960-cı illərdə S. İ. Vəlixan Azərbaycan ET Oftalmologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsini tutmuşdur.
Sona Vəlixan 60-dan artıq elmi əsərin, o cümlədən 2 monoqrafiyanın müəllifidir. Onun elmi işləri əsasən cüzam, sifilis, vərəm və müxtəlif şişlər nəticəsində zədələnmiş görmə üzvünün morfoloji dəyişiklikləri, gözün zədəsi, qlaukoma və traxoma problemlərinə həsr olunmuşdur. S. Vəlixan tibb elmləri doktoru elmi dərəcəsinə layiq olan ilk azərbaycanlı qadını olmuşdur.
Həmçinin oxuyun
Elmi işinin dərinliyinin və dəyərinin təsdiqi 1931-ci ildə “Endoftalmitin patoloji anatomiyasına dair” məqaləsi ilə Nobel Komitəsinin diqqətinin özünə cəlb etmişdir. S. Vəlixan ömrünün böyük hissəsini oftalmoloq kadrların hazırlanması kimi nəcib işə həsr etmiş, onun rəhbərliyi altında 3 doktorluq və 18 namizədlik dissertasiyası müdafiə edilmişdir.
Prof. S. İ. Vəlixan kliniki işlə bərabər geniş konsultativ işi də aparır, elmi-pedaqoji, müalicə fəaliyyəti ilə yanaşı ictimai problemlərə də böyük məsuliyyətlə yanaşırdı. 1945–1950-ci illərdə o, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri olmuşdur.
Professor Sona xanım Vəlixan Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, orden və medallarla təltif olunmuşdur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

"WhatsApp"da yeni funksiya
"WhatsApp"ın Android üçün beta versiyasında "Qonaq söhbətləri" adlı funksiya aşkar edilib ki, bu da messencer istifadəçilərinə qeydiyyatdan keçməyən şəxslərlə mesaj mübadiləsi aparmağa imkan verəcək. CityPost.az xəbər verir ki, Bu barədə WABetaInfo portalı məlumat yayıb.Belə ki, yeni çat yaratarkən istifadəçi telefon nömrəsini göstərmədən ünsiyyət variantını seçə biləcək. Tətbiq həmsöhbətə göndərilə bilən unikal bir keçid yaradacaq. Bunun üzərinə klikləməklə, alıcı artıq yaradılmış söhbətlə WhatsApp-ın veb versiyasını açacaq."Qonaq söhbətləri" çərçivəsində ünsiyyət vaxt məhdudiyyəti olmadan, lakin müəyyən funksional məhdudiyyətlərlə mümkündür: yalnız mətn yazışmaları mövcuddur. Media faylları, sənədlər, stikerlər və GIF animasiyalarının göndərilməsi dəstəklənmir. Eyni zamanda, bütün mesajlar adi söhbətlər kimi uç-to-end şifrələmə ilə qorunur.Qeyd...
05 Avqust 2025, 14:26

Xanımının göz yaşları Rəsulzadəni necə xilas etmişdi? -Tarixi FAKTLAR
Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı Vanda Rozanska ilə bağlı maraqlı faktları təqdim edirik: Vanda Rozanska 23 iyun 1895-ci ildə Varşavada doğulub.Atasının adı Yan, anasının adı isə Anila idi.O,Varşava Universitetinin fransız filologiyası fakültəsini bitirib. Tələbəlik illərində inqilabi fəaliyyətlə məşğul olub və özünü "inqilabçı" adlandırıb, sosialist ideyalarına maraq göstərib və siyasi hərəkatda iştirak edib. Onun Polşanın görkəmli dövlət xadimi Yuzef Pilsudski ilə qohumluğu deyilsə də, təsdiqlənmir.Vanda Rozanska Parisdə Məhəmməd Əmin Rəsulzadə ilə tanış olur. Onların arasında dərin bir sevgi və hörmət yaranır. Onlar 3 may 1936-cı ildə Parisdə evlənir. Evləndikdən sonra Vanda xanımın adı Leyla olaraq dəyişdirilir. M.Ə. Rəsulzadə "Leyli və Məcnun" poemasından...
01 Avqust 2025, 14:08

Mamont dişi tapıldı
Rusiyada arxeoloqlar Nijni Novqorodun mərkəzində mamont dişi tapıblar. CityPost.az xəbər verir ki, bu barədə Nijni Novqorod vilayətinin qubernatoru Qleb Nikitin öz Telegram kanalında məlumat verib.Sözügedən kəşf Rojdestvenskaya küçəsi yaxınlığında yerləşən dərənin yamacında edilib. Arxeoloqlar qalıqları yerin müasir səthindən təxminən iki metr dərinlikdə aşkar ediblər. Bu kəşf Orta Volqada mamontların mövcudluğunu təsdiqləyir. Tədqiqatlar göstərir ki, bu heyvanlar orada uzun müddət yaşamış, lakin təxminən 11 min il əvvəl kəskin istiləşmə və bitki örtüyünün dəyişməsi səbəbindən yoxa çıxmağa başlamışlar.Bu, şəhərdə tapılan ilk belə artefakt deyil. Beləliklə, 1930-cu illərdə Nijni Novqorod Kremlinin ətəyinin yaxınlığında iki üst azı dişinin qorunduğu mamont kəlləsinin qalıqları tapıldı.Nigar...
01 Avqust 2025, 12:50

Görünməz təhlükə: Ekspert mağazadan gələn buzun əsas təhlükəsi haqqında danışır
Yayda bir çox insanlar yemək və içkilərini sərinləmək və onlara qeyri-adi dad vermək üçün onlara buz qatırlar, lakin bu, təhlükəli ola bilər. CityPost.az xəbər verir ki,Bbu barədə Life.ru saytına ROSBIOTECH Universitetinin Baytarlıq-sanitariya ekspertizası və bioloji təhlükəsizlik departamentinin rəhbəri Asiyat Abdullayeva məlumat verib.Limonadların, kokteyllərin və çayların sərin olması üçün onlara buz əlavə edilir. Tərəvəz və meyvə smoothies də tez-tez inqrediyentlərlə qarışdırılan əzilmiş buzla soyudulur. Digər tətbiq sahəsi məhsulların dondurulmasıdır. Məsələn, içkilərə ləzzət vermək üçün giləmeyvə, limon və ya nanə ilə buz kubları əlavə edilir. Bundan əlavə, buz soyuq şorba hazırlamaq üçün (məsələn, okroşka) və ya yeməklər üçün əsas kimi istifadə olunur."Bununla...
12 İyul 2025, 20:35

Dünyanın ən bədbəxt ölkəsi seçildi - FOTO
2024-cü ilin nəticələrinə əsasın Dünya Xoşbəxtlik Hesabatı açıqlanıb. CityPost.az xəbər verir ki,hesabata görə, Əfqanıstan dünyanın ən bədbəxt ölkələri arasında birinci, Livan ikinci, Lesoto üçüncü yerdədir.Reytinq adambaşına düşən gəlir, sosial dəstək, gözlənilən ömür, azadlıq, korrupsiyanın qavranılması və fərdin özünün verdiyi xoşbəxtlik kimi meyarlara əsaslanır. Siyasi qeyri-sabitlik, iqtisadi böhran və şiddətli zorakılıq yaşayan ölkələr siyahının sonundadır.Bu cədvəl bir daha göstərir ki, xoşbəxtlik təkcə fərdi şəraitlə deyil, həm də cəmiyyətin ümumi strukturu və hökumət siyasəti ilə sıx bağlıdır.📊 Mənbə: World Happiness Report 2024Miri...
10 İyul 2025, 22:58

Günəşdə nə baş verir?
İyulun 7-də Günəş ilin ən böyük və ən güclü partlayışı baş verib.CityPost.az xəbər verir ki,tədqiqatçıların fikrincə, bir milyon kilometr uzunluğunda olan plazma filamenti kosmosa atılıb. Astronom İqor Lapin bildirib ki, çıxıntılar günəş səthində yaranan isti qazların əmələ gəlməsidir. Onlar günəş diskinin kənarları boyunca parlaq çıxıntılar kimi görünə bilər və ya qaranlıq lifli strukturlara bənzəyir.Prominenslər bir neçə növə bölünür: sakit, püskürən və ilgəkşəkilli. Sakit olanlar yavaş hərəkətlər və tədricən forma dəyişməsi ilə xarakterizə olunur. Püskürmələr günəş səthindən 1,8 milyon km yüksəkliyə qalxan fəvvarələrə bənzəyir. Döngə formalı olanlar kiçik buludlara bənzəyir, onlar tədricən birləşərək xromosferə, günəşin xarici qabığına enir."Hazırda müşahidə etdiyimiz günəş...
08 İyul 2025, 22:47