"ADA" Universitetinin adından istifadə edib vətəndaşları aldadırlar - DETALLAR
Cəmiyyət 18 Avqust 2025, 14:48

475
Son günlər vətəndaşların müxtəlif yollarla aldadılması hallarına rast gəlinir.
CityPost.az xəbər verir ki,xüsusi ilə "tiktok" platformasında bu hallara geniş rast gəlinir. Belə ki, "Ada Fabrik - mebeldunyasıyedek" profilində mebellə bağlı müxtəlif cür elanlar paylaşılır."Tiktok" (Bu linkdə) və "İnstagram" (Bu linkədə)platformalarında paylaşılan elanlarda vətəndaşlara müxtəlif cür mebellər təklif olunur. Bu üsulla vətəndaşları cəlb edən elan sahibləri pulları öncədən aldıqdan sonra yoxa çıxırlar. Vətəndaşların nömrələrini "qara siyahı"ya salan səhifə adminləri eyni yolla növbəti qurbanlarını tora salırlar.
Bu mövzu ilə bağlı saytımıza şikayət edən vətəndaş Azər Orucov bildirib ki,sözügedən şəxslərin qurduğu oyunun növbəti qurbanı olub.O,051 593 85 14 "WhatsApp" nömrəsi ilə əlaqə saxlayıb. 10 ədəd stul,1 ədəd stol üçün qarşı tərəfin təqdim etdiyi kart hesabına 750 AZN (Bu hesab Sevda.M adlı şəxsə məxsusdur) və 300 AZN (Bu hesab Vasif. Y adlı şəxsə məxsusdur) ödəniş edib.
Ödəniş qəbzləri
Şikayətçinin sözlərinə görə, ödənişi etdikdən bir müddət sonra qarşı tərəf onun nömrələrini "qara siyahı"ya salıb və zənglərinə cavab verməyib.Aldadıldığını başa düşən vətəndaş DİN-in 102 zəng xidmətinə şikayətini bildirib.
Azər Orucovun sözlərinə görə,fırıldaqçılar vətəndaşları inandırmaq üçün nüfuzlu "ADA" Universitetinin adından da istifadə ediblər.
Həmçinin oxuyun
"Sifarişi götürən şəxs telefon danışığı zamanı bildirdi ki, “ADA Universiteti”nin nəzdində fəaliyyət göstərirlər. Adlar da eyni olduğu üçün onlara inandım. İşlətdikləri "whatsapp" hesabının profil şəklində də "Ada fabrik" sözləri əks olunub. 1500 AZN dəyərində 10 stul və 1 stol sifariş verdim.Onların tələblərinə uyğun olaraq əvvəlcə 750 AZN,sonra isə 300 AZN onların təqdim etdiyi kart hesabına ödəniş etdim.Qalan məbləği isə şifahi razılaşmaya əsasən təhvil-təslim zamanı ödəməli idim.Həmin şəxlsər indi zənglərimə və mesajlarıma cavab vermir.Telefon nömrəmi “qara siyahı”ya salıblar",-deyə vətəndaş bildirib.
Sözügedən məəslə ilə bağlı qarşı tərəflə əlaqə saxlamaq istəsək də,zənglərimizə cavab vermədilər.
Mövzunu diqqətdə saxlayacağıq.
Miri Məcidli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (18.08.2025)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.CityPost.az xəbər verir ki, avronun məzənnəsi 0,39 % artaraq 1,9904 manat, 100 Rusiya rublunun məzənnəsi isə 0,5 % azalaraq 2,1210 manat təşkil edib.
18 Avqust 2025, 10:46

Xaçmazda maşın ağaca çırpılıb, sürücü ölüb
Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Xaçmaz-Quba avtomobil yolunun 4-cü kilometrliyində, rayonun Ağyazı-buduğ kəndi ərazisindən keçən hissəsində Quba rayonu Alekseyevka kənd sakini, 1999-cu il təvəllüdlü Əlimərdanov Elvin Məzahir oğlu "KİA" markalı avtomobillə idarəetməni itirərək yol kənarında olan ağaca çırpılıb.E.Əlimərdanov aldığı ağır bədən xəsarətlərindən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında ölüb.Faktla bağlı araşdırmalar aparılır.
18 Avqust 2025, 10:45

DİN yollarda təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı çağırış edib
Daxili İşlər Nazirliyi tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmini, sürücü mədəniyyətinə əməl olunmasının təşviqi və vətəndaşlarla mütəmadi olaraq nəzarət-profilaktik tədbirlərin aparılması daim diqqətdə saxlanılır.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən CityPost.az-a bildirilib ki, yol-nəqliyyat hadisələrinin qarşısının alınması, qəzaların sayının minimuma endirilməsi, bir sözlə hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunması qarşıda duran əsas məqsədlərdən biri kimi müəyyən edilib.Sükan arxasında yol hərəkəti qaydalarına əməl edib-etməməklə təkcə özünüzün deyil, ətrafınızdakıların da həyatını dəyişdirə bilərsiniz. Zamana qalib gəlmək üçün artırdığınız sürət sizdən gələcəyinizi, sağlamlığınızı, illərinizi alıb apara, geriyə isə sadəcə yarımçıq bir ömür qala bilər. O ömür tamamlansın, bədbəxt hadisələr olmasın, qəzalar baş verməsin deyə yollarda sürət ölçən...
18 Avqust 2025, 10:43

Şənbə günü bəzi yerlərdə yağış yağacaq - PROQNOZ
Azərbaycanda avqustun 16-da bəzi yerlərdə yağış yağacağı gözlənilir.Bu barədə CityPost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 21-25, gündüz 28-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 45-50 % təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə...
15 Avqust 2025, 13:08

“HRENGİNEERİNG” MMC beynəlxalq sammitin Azərbaycandakı yeganə tərəfdaşı oldu
"HRENGİNEERİNG" MMC menecment, liderlik və digər mövzularda təlimlər və beynəlxalq tədbirlər təşkil edən Türkiyənin “SAHARA GROUP” şirkəti tərəfindən bu ilin sentyabrında keçiriləcək “Executive Leadership & AI Transformation Summit”in (bundan sonra - Sammit) Azərbaycan üzrə rəsmi tərəfdaşı və təmsilçisi seçilib.Müəssisə və təşkilatların yuxarı rəhbər heyətini və strateji qərarvericilərini bir araya gətirən Sammit 8-10 sentyabr 2025-ci il tarixlərində İstanbulun Barcelo Hotelində baş tutacaq. “Süni intellektin liderlikdə rolu” mövzusuna həsr olunmuş Sammitdə Əlcəzair, Qətər, Fransa, Türkiyə və digər ölkələrdən sahə üzrə peşəkar mütəxəssislər çıxış edərək, öz təcrübə və biliklərini bölüşəcəklər. Sammit çərçivəsində iştirakçılar üçün İstanbulun müxtəlif tarixi və mədəni məkanlarına ziyarətlər təşkil olunacaq. Sammitdə iştirak edən...
15 Avqust 2025, 13:00

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.08.2025)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.CityPost.az xəbər verir ki, avronun məzənnəsi 0,3 % azalaraq 1,9827 manat, 100 Rusiya rublunun məzənnəsi isə 0,2 % azalaraq 2,1317 manat təşkil edib.
15 Avqust 2025, 10:20