Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.08.2025)
Cəmiyyət 15 Avqust 2025, 10:20

131
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.
CityPost.az xəbər verir ki, avronun məzənnəsi 0,3 % azalaraq 1,9827 manat, 100 Rusiya rublunun məzənnəsi isə 0,2 % azalaraq 2,1317 manat təşkil edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Şənbə günü bəzi yerlərdə yağış yağacaq - PROQNOZ
Azərbaycanda avqustun 16-da bəzi yerlərdə yağış yağacağı gözlənilir.Bu barədə CityPost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 21-25, gündüz 28-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 45-50 % təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə...
15 Avqust 2025, 13:08

“HRENGİNEERİNG” MMC beynəlxalq sammitin Azərbaycandakı yeganə tərəfdaşı oldu
"HRENGİNEERİNG" MMC menecment, liderlik və digər mövzularda təlimlər və beynəlxalq tədbirlər təşkil edən Türkiyənin “SAHARA GROUP” şirkəti tərəfindən bu ilin sentyabrında keçiriləcək “Executive Leadership & AI Transformation Summit”in (bundan sonra - Sammit) Azərbaycan üzrə rəsmi tərəfdaşı və təmsilçisi seçilib.Müəssisə və təşkilatların yuxarı rəhbər heyətini və strateji qərarvericilərini bir araya gətirən Sammit 8-10 sentyabr 2025-ci il tarixlərində İstanbulun Barcelo Hotelində baş tutacaq. “Süni intellektin liderlikdə rolu” mövzusuna həsr olunmuş Sammitdə Əlcəzair, Qətər, Fransa, Türkiyə və digər ölkələrdən sahə üzrə peşəkar mütəxəssislər çıxış edərək, öz təcrübə və biliklərini bölüşəcəklər. Sammit çərçivəsində iştirakçılar üçün İstanbulun müxtəlif tarixi və mədəni məkanlarına ziyarətlər təşkil olunacaq. Sammitdə iştirak edən...
15 Avqust 2025, 13:00

Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif edilib
Xalq artisti Afaq Bəşir qızı Səfərova (Afaq Bəşirqızı) “Şərəf” ordeni ilə təltif edilib.CityPost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncamla o, bu ordenə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə layiq görülüb.Qeyd edək ki, avqustun 15-də A.Bəşirqızının 70 yaşı tamam olur.
14 Avqust 2025, 13:58

Tovuzla Gədəbəyi birləşdirən avtomobil yolunun təmirinə 1.5 milyon manat ayrılıb - SƏRƏNCAM
Tovuz rayonunun Çatax kəndini Gədəbəy rayonunun Novosaratovka kəndi ilə birləşdirən Çatax‒Çeşməli‒Mollalar‒Məşədivəlilər‒Həsənli‒Abbasqulular‒Papaqçılar‒Güvəndik‒Lazılar‒Novosaratovka avtomobil yolunun əsaslı təmir ediləcək.CityPost.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.Sərəncama əsasən, iyirmi bir min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Çatax‒Çeşməli‒Mollalar‒Məşədivəlilər‒Həsənli‒Abbasqulular‒Papaqçılar‒Güvəndik‒Lazılar ‒Novosaratovka avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) 1,5 milyon manat ayrılıb.Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyinə avtomobil yolunun əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmaq, Nazirlər Kabinetiə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək...
14 Avqust 2025, 13:19

Prezidentin bir müddət öncə şiddətli töhmət verdiyi sədrdən yeni layihə : 267 min manatı...
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğunda "Arxeoloji sərgi mərkəzi"nin yaradılması layihəsi üzrə keçirilən tenderin qalibini açıqlayıb.32gun.az xəbər verir ki, "ATASHGAH ART CENTER" Məhdud Məsuliyyətli Cəmiyyəti bu layihənin həyata keçirilməsi üçün seçilib..Təklifin qiyməti 267777,40 AZN təşkil edir.Layihənin icrası ilə "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğunda arxeoloji sərgi mərkəzinin yaradılması planlaşdırılır.Bildirək ki, qalib şirkətin nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi AYTƏN HƏSƏNOVA YAVƏR QIZIdır.Qeyd edək ki, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevdir. Prezident İlham Əliyev bu il martın 4-də imzaladığı sərəncamla ona işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət verib...
14 Avqust 2025, 12:52

Ədliyyə Nazirliyi Xüsusi İcra Məmurlarının Reyestrini aparacaq
Ədliyyə Nazirliyi Xüsusi İcra Məmurlarının Reyestrini aparacaq.CityPost.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.Xüsusi icra məmuru şəhadətnaməsi də Ədliyyə Nazirliyi tərəfindən veriləcək.Eyni zamanda qanunla müəyyən edilmiş hallarda həmin şəhadətnaməni ləğv edərək xüsusi icra məmurunun fəaliyyətinə xitam vermək səlahiyyəti də nazirliyə həvalə olunub.
13 Avqust 2025, 13:59