DYP: Sürət həddini aşmaq, qəfil manevrlər yol qəzalarının əsas səbəblərindəndir
Cəmiyyət 01 Sentyabr 2025, 10:25

144
Respublikanın müxtəlif bölgələrində son günlər baş verən yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, sükan arxasında məsuliyyətsiz davranış və yol hərəkəti qaydalarının pozulması təkcə sürücünün deyil, onunla birgə hərəkətdə olan ailə üzvlərinin, uşaqların və yaxınlarının həyatına ciddi təhlükə yaradır.
CityPost.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yollarda qayda pozuntuları barədə sürücülərə müraciətində deyilir:
"Təəssüf ki, yollarda törədilən qayda pozuntuları çox zaman geri dönüşü mümkün olmayan faciələrlə yekunlaşır. Xüsusilə vurğulamaq lazımdır ki, qəzaların ən ağır və acı tərəfi qaydaları pozan sürücülərin deyil, çox vaxt onların günahsız sərnişinlərinin – körpə uşaqların, valideynlərin və yaxınların həyatlarını itirməsidir. Bu isə yol hərəkətində hər bir kəsin məsuliyyətinin nə qədər böyük olduğunu bir daha göstərir.
Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarına müraciət edərək bir daha xatırladır:
-sürət həddini aşmaq, qəfil və düşünülməmiş manevrlər yol-nəqliyyat hadisələrinin əsas səbəblərindəndir;
Həmçinin oxuyun
-yolayrıclarında diqqətli olmaq, digər nəqliyyat vasitələri və piyadalarla qarşılıqlı ehtiyatlı davranmaq təhlükəsizliyin təmin edilməsinin başlıca şərtidir;
-təhlükəsizlik kəmərindən istifadə etməmək isə qəza zamanı insan həyatını birbaşa təhlükə altında qoyur.
Unutmayın, qaydalar sizi və sevdiklərinizi qorumaq üçündür".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Vilayət Eyvazov Naftalanda 8 rayon üzrə vətəndaşları qəbul edəcək
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 4-də Naftalan Rayon Polis Şöbəsinin inzibati binasında Gəncə, Naftalan, Goranboy, Samux, Göygöl, Daşkəsən, Xocalı və Kəlbəcər şəhər və rayonlarının sakinlərinin qəbulunu keçirəcək.CityPost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı 03.09.2025-ci il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər....
01 Sentyabr 2025, 11:11

Azərbyacan Prezidenti Malayziya Kralını təbrik edib
Prezident İlham Əliyev Malayziyanın Kralı Sultan İbrahimə təbrik məktubu ünvanlayıb.CityPost.az xəbər verir ki, məktubda deyilir:"Malayziyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və arzularımı çatdırıram.Xoş ənənələr üzərində qurulan Azərbaycan-Malayziya dövlətlərarası əlaqələrinin, qarşılıqlı inam və dəstəyə əsaslanan əməkdaşlığının inkişafı və genişlənməsi məmnunluq doğurur.Əminəm ki, xalqlarımızın iradəsinə uyğun olaraq ölkələrimiz arasında dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və daha da möhkəmlənəcəkdir.Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Malayziya xalqına daim rifah və firavanlıq...
31 Avqust 2025, 12:29

"Qayğı və himayə " xeyriyyə fondunun tədbiri keçirilib
22 avqust 2025- ci ildə ,, Qayğı və himayə,, xeyriyyə fondunun həyata keçirdiyi ,,Gənclərin kreativ baxışları,, adlı layihəyənin yekun tədbiri keçirilmişdir. Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi "Gənclərin kreativ baxışları " adlı layihə tədbiri, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filialı olan Əliağa Vahid adına kitabxana-muzeyndə keçirilmişdir. Tədbirdə ,,Qayğı və Himayə,, Xeyriyyə Fondunun rəhbəri Gülayə Rzayeva ilk olaraq Agentliyinin rəhbərliyinə minnətdarlığını bildirməklə bərabər tərtib etdiyi ,,Qalibiyyət nəğmələri,, adlı kitabı haqqında tədbir iştirakçılarına məlumat təqdim etdi. Kitaba Azərbaycanın görkəmli şair və yazıçılarının böyük Zəfərimizi tərənnüm edən, doğma yurd, vətən sevgisi, qəhrəmanlıq duyğları aşılayan əsərləri daxil edilib. Kitabın tərtibçisi...
31 Avqust 2025, 12:28

Baş Prokurorluqda yeni şöbələr - Rəislər təyin olundu
Baş Prokurorluqda struktur dəyişikliyi aparılıb.“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin tərkibində ilk dəfə Kibertəhlükəsizlik və İnformasiya Texnologiyaları şöbələri yaradılıb.Baş prokuror Kamran Əliyevin Əmri ilə Aydın Verdiyev Kibertəhlükəsizlik, Akif Məmmədyarov isə İnformasiya Texnologiyaları şöbəsinin rəisi təyin edilib.Qeyd edək ki, idarədə daha əvvəl təsis olunmuş Kriminalistika şöbəsi də fəaliyyətini davam etdirir.
29 Avqust 2025, 12:49

Kolleclərin boş qalan plan yerləri üzrə ixtisas seçimi başlayıb
Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə avqustun 29-dan sentyabrın 3-dək ixtisas seçimi elan edib.CityPost.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Belə ki, orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından "məqbul" alan...
29 Avqust 2025, 11:01

Sabah 39 dərəcə isti olacaq - PROQNOZ
Azərbaycanda avqustun 29-da havanın 39 dərəcə isti olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.Havanın temperaturu gecə 20-24, gündüz 29-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 60-70 %, gündüz 35-40 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq....
28 Avqust 2025, 12:36