Bizə yazın

Baku

-°C

USD

-

Paytaxtın üç rayonunda qaz olmayacaq 

Cəmiyyət 26 Sentyabr 2025, 10:24

1266

Bu gün Bakının Nəsimi, Qaradağ və Yasamal rayonlarının bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.

Bu barədə  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, "Alatava" qazpaylayıcı stansiyadan (QPS) qidalanan "Mikrorayon" 500 mm-lik orta təzyiqli qaz kəməri üzərində atıcı klapanın quraşdırılması, həmçinin "Duvannı" QPS-də qəbul qaz xəttində istismara yararsız siyirtmənin dəyişdirilməsi işləri ilə əlaqədar, sentyabrın 26-da saat 10:00-dan etibarən işlər başa çatanadək "Mikrorayon" ölçü qovşağından və "Duvannı" QPS-dən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Nəsimi rayonunun Asif Məhərrəmov, Mircəlal, 20 Yanvar, H.Seyidzadə, H.Əliyev, Rəşid Məmmədov küçələrində, Moskva prospektində, eləcə də Qaradağ rayonunun Qobustan qəsəbəsində və Yasamal rayonunda yerləşən "Main" MTK-nın qaz təchizatında fasilə yaranacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Müəllim fərqli siniflərə eyni otaqda dərs keçir - Təhsil İdarəsindən REAKSİYA 

Qəbələnin Tikanlı kəndində yerləşən tam orta məktəbdə I və II sinif şagirdləri eyni sinif otağında dərs alırlar.Milli.Az xəbər verir ki, valideynlərin sözlərinə görə, müəllim ilk 22 dəqiqəni birinci siniflə, növbəti 22 dəqiqəni isə ikinci sinif şagirdləri ilə keçirir. Bu vəziyyət isə valideynlərin narazılığına səbəb olub.Valideynlər bildirirlər ki, məktəbdə kifayət qədər sinif otağı və müəllim heyəti olduğu halda, iki müxtəlif sinfin bir yerdə dərs keçməsi doğru deyil. Onların fikrincə, bu yanaşma uşaqların dərsi mənimsəməsində çətinlik yaradır.Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, Nazirlər Kabinetinin qərarına əsasən, ibtidai siniflərdə şagird sayı 10-dan az olduqda həmin siniflər birləşdirilmiş şəkildə komplekt sinif...

02 Oktyabr 2025, 15:55

Bakıda daha bir söküntü başladı - Sakinlər narazıdır 

Paytaxtın Dərnəgül ərazisində Şahmar Ələkbərov küçəsinin arxa hissəsində yerləşən evlər sökülmək üzrədir.Həmin küçədəki bir çox evlərin üzərində xüsusi nişanlar qoyulub. Bu işarələr yerli icra hakimiyyətinin tapşırığı ilə evlərin ölçülməsi və qeydiyyata alınması məqsədilə çəkilib.Sakinlərin sözlərinə görə, artıq evlərin sahələrinin ölçülməsi prosesinə başlanılıb. Lakin bəzi vətəndaşlar bu ölçmələrin yalnız daxildən aparılmasını uyğun hesab etmirlər.Onlar bildirirlər ki, sahələr kiçik olduğundan yalnız daxili ölçmələrlə dəqiq nəticə əldə etmək mümkün deyil:"Bu ərazidəki evlərin əksəriyyəti hüquqi sənədlərlə rəsmiləşdirilməyib. Buna baxmayaraq, ölçmə işləri aparılsa da, sakinlərə kompensasiya məsələsi ilə bağlı hələ ki, heç bir rəsmi açıqlama verilməyib"./Milli.az/...

02 Oktyabr 2025, 14:22

Fransa Prezidenti İlham Əliyevi və Paşinyanı sülh prosesində irəliləyişlərə görə təbrik edib 

Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistan Baş naziri Nikol Paşinyanı sülh prosesində irəliləyişlərə görə təbrik edib.Bunu Makron Kopenhagendə "Avropa Siyasi Birliyi"nin sammiti çərçivəsində panel müzakirəsində bildirib.

02 Oktyabr 2025, 13:06

Emin Əmrullayev Salyanda vətəndaşları qəbul edəcək 

Elm və təhsil naziri Emin Əmrullayev 31 oktyabr tarixində Salyan şəhərində vətəndaşları qəbul edəcək.Bu barədə CityPost.az-a nazirlikdən məlumat verilib.Bildirilib ki, qəbulda Salyan, Şirvan, Hacıqabul, Neftçala və Biləsuvar sakinləri iştirak edə bilərlər.

02 Oktyabr 2025, 12:48

Sabah hava yağmursuz keçəcək 

Sabah Azərbaycanda hava necə olacaq?Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 14-17, gündüz 19-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % təşkil edəcək.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, arabir duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 13-16, gündüz...

02 Oktyabr 2025, 12:39

Azərbaycan Prezidenti İlham Əliyev Danimarkada işgüzar səfərdədir 

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 1-də Danimarkanın Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısında iştirak etmək üçün bu ölkəyə işgüzar səfərə gəlib.Citypost.az  xəbər verir ki, Kopenhagen şəhərinin beynəlxalq aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər qarşılayıblar.

01 Oktyabr 2025, 20:48