Eyvazov məşhur generalı işdən çıxardı
Cəmiyyət 01 Oktyabr 2025, 14:44

589
Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov təqaüdə göndərilib.
CityPost.az Yenisabah.az-a istinadla xəbər verir ki,bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, H.Aslanov xidmətdə olmanın son yaş həddi ilə bağlı vəzifəsindən azad olunub və təqaüdə göndərilib.
Qeyd edək ki, sentyabrın 17-də onun 60 yaşı tamam olub.
Xatırladaq ki, Həzi Aslanov 1965-ci il sentyabrın 17-də Bakı şəhərində anadan olub. 1986-1988-ci illərdə SSRİ Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət keçib. 1989-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
General-mayor H.Aslanov 1989-cu ildən daxili işlər orqanlarında xidmət edir. 1993-2003-cü illərdə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi, 2003-2005-ci illərdə Bakı şəhər Baş Polis İdarəsinin Təşkilati-İnspektor İdarəsinin rəisi və 2005-ci ilin sentyabr ayından DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsində çalışıb.
2019-cu il noyabr ayında DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin olunmuşdu.
Həmçinin oxuyun
Prezident İlham Əliyevin 30 iyun 2006-cı il tarixli sərəncam ilə Həzi Aslanova polis general-mayoru rütbəsi verilib.
Dövlət başçısının 1 iyun 2008-ci il tarixli sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni və 29 iyun 2018-ci il tarixli sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.
O, məşhur Sovet İttifaqı qəhrəmanı, general-mayor Həzi Aslanovun nəvəsidir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Müəllim fərqli siniflərə eyni otaqda dərs keçir - Təhsil İdarəsindən REAKSİYA
Qəbələnin Tikanlı kəndində yerləşən tam orta məktəbdə I və II sinif şagirdləri eyni sinif otağında dərs alırlar.Milli.Az xəbər verir ki, valideynlərin sözlərinə görə, müəllim ilk 22 dəqiqəni birinci siniflə, növbəti 22 dəqiqəni isə ikinci sinif şagirdləri ilə keçirir. Bu vəziyyət isə valideynlərin narazılığına səbəb olub.Valideynlər bildirirlər ki, məktəbdə kifayət qədər sinif otağı və müəllim heyəti olduğu halda, iki müxtəlif sinfin bir yerdə dərs keçməsi doğru deyil. Onların fikrincə, bu yanaşma uşaqların dərsi mənimsəməsində çətinlik yaradır.Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, Nazirlər Kabinetinin qərarına əsasən, ibtidai siniflərdə şagird sayı 10-dan az olduqda həmin siniflər birləşdirilmiş şəkildə komplekt sinif...
02 Oktyabr 2025, 15:55

Bakıda daha bir söküntü başladı - Sakinlər narazıdır
Paytaxtın Dərnəgül ərazisində Şahmar Ələkbərov küçəsinin arxa hissəsində yerləşən evlər sökülmək üzrədir.Həmin küçədəki bir çox evlərin üzərində xüsusi nişanlar qoyulub. Bu işarələr yerli icra hakimiyyətinin tapşırığı ilə evlərin ölçülməsi və qeydiyyata alınması məqsədilə çəkilib.Sakinlərin sözlərinə görə, artıq evlərin sahələrinin ölçülməsi prosesinə başlanılıb. Lakin bəzi vətəndaşlar bu ölçmələrin yalnız daxildən aparılmasını uyğun hesab etmirlər.Onlar bildirirlər ki, sahələr kiçik olduğundan yalnız daxili ölçmələrlə dəqiq nəticə əldə etmək mümkün deyil:"Bu ərazidəki evlərin əksəriyyəti hüquqi sənədlərlə rəsmiləşdirilməyib. Buna baxmayaraq, ölçmə işləri aparılsa da, sakinlərə kompensasiya məsələsi ilə bağlı hələ ki, heç bir rəsmi açıqlama verilməyib"./Milli.az/...
02 Oktyabr 2025, 14:22

Fransa Prezidenti İlham Əliyevi və Paşinyanı sülh prosesində irəliləyişlərə görə təbrik edib
Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistan Baş naziri Nikol Paşinyanı sülh prosesində irəliləyişlərə görə təbrik edib.Bunu Makron Kopenhagendə "Avropa Siyasi Birliyi"nin sammiti çərçivəsində panel müzakirəsində bildirib.
02 Oktyabr 2025, 13:06

Emin Əmrullayev Salyanda vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev 31 oktyabr tarixində Salyan şəhərində vətəndaşları qəbul edəcək.Bu barədə CityPost.az-a nazirlikdən məlumat verilib.Bildirilib ki, qəbulda Salyan, Şirvan, Hacıqabul, Neftçala və Biləsuvar sakinləri iştirak edə bilərlər.
02 Oktyabr 2025, 12:48

Sabah hava yağmursuz keçəcək
Sabah Azərbaycanda hava necə olacaq?Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 14-17, gündüz 19-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % təşkil edəcək.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, arabir duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 13-16, gündüz...
02 Oktyabr 2025, 12:39

Azərbaycan Prezidenti İlham Əliyev Danimarkada işgüzar səfərdədir
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 1-də Danimarkanın Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısında iştirak etmək üçün bu ölkəyə işgüzar səfərə gəlib.Citypost.az xəbər verir ki, Kopenhagen şəhərinin beynəlxalq aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər qarşılayıblar.
01 Oktyabr 2025, 20:48