Bizə yazın

Baku

-°C

USD

-

Əhmədzadə ilə əməkdaşlıq edən Azərbaycan klubları 

Hadisə 25 Sentyabr 2025, 11:35

1239

Azərbaycanın iqtisadi təhlükəsizliyinə qarşı təxribat törətmək və külli miqdarda mənimsəmə ittihamları ilə həbs edilən Adnan Əhmədzadənin çirkin əməlləri üzə çıxmaqda davam edir. Səbail Rayon Məhkəməsi sentyabrın 20-də onun barəsində 4 aylıq həbs-qətimkan qərarı verib. Bu o deməkdir ki, Əhmədzadə barəsində istintaq araşdırmaları davam edəcək.

CityPost.az   bildirir ki, publika.az sizi Adnan Əhmədzadənin futbol sevgisi fonunda Azərbaycan klublarının maliyyələşdirməsi ilə bağlı məlumatlarla tanış edəcək.

Bəli, dövlətin külli miqdarda vəsaitini oğurlayan bu şəxsin futbola olan marağı və bu sahədəki dostluq münasibətləri hər kəsə məlumdur. O, Lionel Messi, Ronaldinyo kimi əfsanəvi futbolçular, Xuan Laporta kimi tanınmış funksionerlə dostluq münasibətləri qurub. Bütün bunlar onun mənimsədiyi pullar sayəsində reallaşıb. Əhmədzadə onlarla münasibətlərini şəxsi piarında istifadə edib.

Son vaxtlar isə Azərbaycan futboluna maraq göstərməyə başlayıb. Əvvəlcə ASTA (Azerbaijan Sport Talents Academy) futbol akademiyası yaradıb. Bir müddət sonra – bu ilin yanvarında “Mingəçevir” klubunu məhz ASTA şirkəti vasitəsilə maliyyələşdirməyə başlayıb. O, klubu çox yaxın dostu və adamı Rafael Bunyatova tapşırıb. Bu ilin gedişində o, daha bir klubun maliyyələşməsində iştirak edib. “Kəpəz”in sponsorluğunu öz üzərinə götürdüyü ilə bağlı iddialar var. Gəncə təmsilçisinin İdarə Heyətinin sədri Adil Vəliyev məhz Əhmədzadəyə yaxın münasibəti ilə tanınır. Hətta onun “sağ əli” olduğu da iddia edilir.

 

Bundan başqa, Adnan Əhmədzadə “Barselona”nın Azərbaycanda fəaliyyət göstərəcək futbol akademiyası layihəsində də birbaşa iştirak edirdi. Məhz onun səyləri nəticəsində keçmiş “Şəfa” stadionu, indiki ASK Arena məhz bu iş üçün ayrıldı. Hətta orada yenidənqurma işlərinə də başlandı.

Əhmədzadənin Azərbaycan futbolu ilə münasibətləri bununla bitmir. Onun sahibi olduğu “Rahat” supermarketlər şirkəti vasitəsilə iki Premyer Liqa klubu ilə sponsorluq münasibəti də olub. Bunlardan biri “Neftçi”, digəri “Zirə”dir. Sözügedən şirkət 2024/2025 mövsümündə hər iki klubun titul sponsoru olub. “Ağ-qaralar”ın formalarının arxa hissəsində, “qartallar”ın isə formalarının sağ qol hissəsində “Rahat”ın reklamı yerləşdirilib. Buna görə hər iki kluba müəyyən məbləğ ödənilib.

Göründüyü kimi, Adnan Əhmədzadə Azərbaycan dövlətindən oğurladığı milyardlarla vəsait nəticəsində şəxsi piarını təşkil edib, özünü sosial layihələrin təşkilatçısı, klubların dostu və uğurlu iş adamı kimi göstərməyə çalışıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İmkanlı oğlanla sevgili olub evinə getdi, 340 min manatlıq seyfi oğurladı  

Bakıda qadın əmisi oğlu ilə birləşib, sevgilisinin evini qarət edib.Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda baş verib.Cəlilabad rayon sakini 1986-cı il təvəllüdlü Şəbnəm Hüseynova Ruslan adlı şəxslə tanış olub və onunla sevgi macəraları yaşamağa başlayıb. O, Ruslanın imkanlı ailədən olduğunu bilərək, hər həftə onunla görüşüb. Bir müddət sonra Ruslan Şəbnəmi evinə dəvət edib və onlar mütəmadi olaraq evdə görüşüblər. Şəbnəm Ruslanın evinə gəlib-gedərkən evi gəzib, mənzildə olan əşyaların yerini müəyyənləşdirib. O, bir gün Ruslanın evində olarkən, yataq otağında bahalı seyfi görüb.Bir müddətdən sonra Şəbnəm Ruslanla görüşməkdən imtina edib və müxtəlif bəhanələrlə onunla görüşdən yayınıb. Bir gün Şəbnəm eşidib ki,...

02 Oktyabr 2025, 15:30

Prokuror Arif Alışanovun həbsdə olan qardaşı oğluna cəza istəyib 

Valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.CityPost.az-ın  xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.Prokuror çıxışında Nizami Alişanın 12 il azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib.Zərərçəkmiş Babək Məmmədzadənin nümayəndəsi mülki iddianın tam həcmdə qəbul edilməsini və təqsirləndirilən şəxsdən tutulmasını istəyib.Nizami Alışanın vəkili çıxış üçün məhkəmədən vaxt istəyib.Proses oktyabrın 13-nə təyin edilib.Qeyd edək ki, cinayət işi üzrə Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov zərərçəkən kimi tanınıblar.İttihama görə, təqsirləndirilən...

02 Oktyabr 2025, 11:26

Rusiya neftini qaçaq yolla daşıyan şirkətin rəhbəri - Adnanın gizlənən xalası oğlu imiş  

Ötən günlərdə Bakıda barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilən SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadənin dəbdəbəli həyat tərzi ilə bağlı demək olar ki, hər gün bir məlumat yayılır.“Qafqazinfo”nun məlumatına görə, gah A.Əhmədzadənin lüks maşınları gündəmə gəlir, gah Cenevrədə fantastik məbləğə cərimələnməsi.Ağır cəzalarla “burun-buruna” gələn Əhmədzadənin adı indi də Rusiya neftinin bir sıra dünya ölkələrindən saxta yollarla, sanksiyaları belə vecə almadan tranzitinə qol qoymasında hallanır.Elə bununla bağlı Maltanın yerli media orqanı olan “Maltese Herald”da yazı dərc olunub.Yazıda deyilir ki, A.Əhmədzadənin Maltadan Britaniyanın Virciniya adalarına qədər uzanan bir sıra ofşor şirkətləri var.Həmin kompaniyalardan biri də Maltanın ən böyük neft...

02 Oktyabr 2025, 10:48

Mask Marsda ölmək istəyir

Amerikalı sahibkar Elon Mask Marsda həyatını və ölümünü keçirəcəyini istisna etməyib.CityPost.az   xəbər  verir   ki, "mənim indi və həmişəlik bir pasportum var: ABŞ. Mən burada yaşayıb öləcəyəm. Ya da Marsda (Amerikanın bir hissəsi)," iş adamı sosial şəbəkədə X-də yazıb.Mart ayında Mask 2026-cı ilin sonunda insanabənzər robot Optimusu daşıyan Starship kosmik gəmisini Marsa göndərmək planlarını açıqlamışdı.NASA 2030-cu illərin əvvəllərində Qırmızı Planetə astronavt göndərmək niyyətində olduğunu bəyan edib. “Politico”nun məlumatına görə, agentlik hələ 2026-cı ildə Marsa raketlər buraxmağı planlaşdırırdı, lakin maliyyənin kəsilməsi missiyanı təhlükə altında qoyub.Yeganə...

01 Oktyabr 2025, 14:20

Göygöldə küçədə yıxılan 63 yaşlı kişi ölüb 

Göygöl şəhərində küçədə yıxılan 63 yaşlı kişi ölüb.Hadisə ötən gün şəhərin S.Hacıyev küçəsində baş verib.Şəhər sakini 1962-ci il təvəllüdlü Zahid Abbasov keçədə yıxılıb və başından aldığı xəsarət nəticəsində ölüb.Faktla bağlı araşdırma aparılır.

30 Sentyabr 2025, 11:41

Adnan Əhmədzadə işində ŞOK AD 

Həbs edilən iş adamı ilə Mikayıl İsmayılovu nələr bağlayır - DosyeSOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini, hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadə ilə bağlı istintaq davam edir. Onun adı enerji sektorunda ən qalmaqallı proseslərlə, qanunsuz neft ticarəti və şübhəli maliyyə əməliyyatlarında hallanır. Adnan Əhmədzadənin həbsindən sonra gündəmə gələn faktlar isə işin yalnız iqtisadi tərəfləri ilə məhdudlaşmır.Məlumatlara görə, Adnan Əhmədzadənin SOCAR-ın keçmiş vitse-prezidenti Mikayıl İsmayılovla yaxın əlaqələri olub. Hətta bu xətt üzrə əlaqələrin davam etdiyi bildirilir, müəyyən biznes bağlarının mövcudluğu barədə iddialar dolaşır. Məsələni maraqlı edən digər detal isə Adnan Əhmədzadənin müdafiəçisi, vəkil Şaiq Mirzəyevlə bağlıdır. Belə ki, hazırda dövlət...

28 Sentyabr 2025, 12:08