Bizə yazın

Baku

-°C

USD

-

Prokuror Arif Alışanovun həbsdə olan qardaşı oğluna cəza istəyib 

Hadisə 02 Oktyabr 2025, 11:26

483

Valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

CityPost.az-ın  xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Prokuror çıxışında Nizami Alişanın 12 il azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib.

Zərərçəkmiş Babək Məmmədzadənin nümayəndəsi mülki iddianın tam həcmdə qəbul edilməsini və təqsirləndirilən şəxsdən tutulmasını istəyib.

Nizami Alışanın vəkili çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses oktyabrın 13-nə təyin edilib.

Qeyd edək ki, cinayət işi üzrə Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov zərərçəkən kimi tanınıblar.

İttihama görə, təqsirləndirilən Nizami Alışan asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. Bununla da o, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.

Zərərçəkənlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir.

Nizami Alışan Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinir.

O, ABŞ-də yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkəni, AzTV-nin keçmiş sədri Arif Alışanovun isə qardaşı oğludur.

Təqsirləndirilən şəxsin mərhum atası polkovnik Akif Alışanov Sumqayıt Mühafizə İdarəsinin rəisi, həmçinin Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi vəzifəsində çalışıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İmkanlı oğlanla sevgili olub evinə getdi, 340 min manatlıq seyfi oğurladı  

Bakıda qadın əmisi oğlu ilə birləşib, sevgilisinin evini qarət edib.Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda baş verib.Cəlilabad rayon sakini 1986-cı il təvəllüdlü Şəbnəm Hüseynova Ruslan adlı şəxslə tanış olub və onunla sevgi macəraları yaşamağa başlayıb. O, Ruslanın imkanlı ailədən olduğunu bilərək, hər həftə onunla görüşüb. Bir müddət sonra Ruslan Şəbnəmi evinə dəvət edib və onlar mütəmadi olaraq evdə görüşüblər. Şəbnəm Ruslanın evinə gəlib-gedərkən evi gəzib, mənzildə olan əşyaların yerini müəyyənləşdirib. O, bir gün Ruslanın evində olarkən, yataq otağında bahalı seyfi görüb.Bir müddətdən sonra Şəbnəm Ruslanla görüşməkdən imtina edib və müxtəlif bəhanələrlə onunla görüşdən yayınıb. Bir gün Şəbnəm eşidib ki,...

02 Oktyabr 2025, 15:30

Rusiya neftini qaçaq yolla daşıyan şirkətin rəhbəri - Adnanın gizlənən xalası oğlu imiş  

Ötən günlərdə Bakıda barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilən SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadənin dəbdəbəli həyat tərzi ilə bağlı demək olar ki, hər gün bir məlumat yayılır.“Qafqazinfo”nun məlumatına görə, gah A.Əhmədzadənin lüks maşınları gündəmə gəlir, gah Cenevrədə fantastik məbləğə cərimələnməsi.Ağır cəzalarla “burun-buruna” gələn Əhmədzadənin adı indi də Rusiya neftinin bir sıra dünya ölkələrindən saxta yollarla, sanksiyaları belə vecə almadan tranzitinə qol qoymasında hallanır.Elə bununla bağlı Maltanın yerli media orqanı olan “Maltese Herald”da yazı dərc olunub.Yazıda deyilir ki, A.Əhmədzadənin Maltadan Britaniyanın Virciniya adalarına qədər uzanan bir sıra ofşor şirkətləri var.Həmin kompaniyalardan biri də Maltanın ən böyük neft...

02 Oktyabr 2025, 10:48

Mask Marsda ölmək istəyir

Amerikalı sahibkar Elon Mask Marsda həyatını və ölümünü keçirəcəyini istisna etməyib.CityPost.az   xəbər  verir   ki, "mənim indi və həmişəlik bir pasportum var: ABŞ. Mən burada yaşayıb öləcəyəm. Ya da Marsda (Amerikanın bir hissəsi)," iş adamı sosial şəbəkədə X-də yazıb.Mart ayında Mask 2026-cı ilin sonunda insanabənzər robot Optimusu daşıyan Starship kosmik gəmisini Marsa göndərmək planlarını açıqlamışdı.NASA 2030-cu illərin əvvəllərində Qırmızı Planetə astronavt göndərmək niyyətində olduğunu bəyan edib. “Politico”nun məlumatına görə, agentlik hələ 2026-cı ildə Marsa raketlər buraxmağı planlaşdırırdı, lakin maliyyənin kəsilməsi missiyanı təhlükə altında qoyub.Yeganə...

01 Oktyabr 2025, 14:20

Göygöldə küçədə yıxılan 63 yaşlı kişi ölüb 

Göygöl şəhərində küçədə yıxılan 63 yaşlı kişi ölüb.Hadisə ötən gün şəhərin S.Hacıyev küçəsində baş verib.Şəhər sakini 1962-ci il təvəllüdlü Zahid Abbasov keçədə yıxılıb və başından aldığı xəsarət nəticəsində ölüb.Faktla bağlı araşdırma aparılır.

30 Sentyabr 2025, 11:41

Adnan Əhmədzadə işində ŞOK AD 

Həbs edilən iş adamı ilə Mikayıl İsmayılovu nələr bağlayır - DosyeSOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini, hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadə ilə bağlı istintaq davam edir. Onun adı enerji sektorunda ən qalmaqallı proseslərlə, qanunsuz neft ticarəti və şübhəli maliyyə əməliyyatlarında hallanır. Adnan Əhmədzadənin həbsindən sonra gündəmə gələn faktlar isə işin yalnız iqtisadi tərəfləri ilə məhdudlaşmır.Məlumatlara görə, Adnan Əhmədzadənin SOCAR-ın keçmiş vitse-prezidenti Mikayıl İsmayılovla yaxın əlaqələri olub. Hətta bu xətt üzrə əlaqələrin davam etdiyi bildirilir, müəyyən biznes bağlarının mövcudluğu barədə iddialar dolaşır. Məsələni maraqlı edən digər detal isə Adnan Əhmədzadənin müdafiəçisi, vəkil Şaiq Mirzəyevlə bağlıdır. Belə ki, hazırda dövlət...

28 Sentyabr 2025, 12:08

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib 

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Hadisə Bakı-Quba yolunun 27-ci kilometrliyində qeydə alınıb.Belə ki, 1993-cü il təvəllüdlü Qurbanov Kamil Şakir oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil hərəkətdə olarkən piyadanı vurub.Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.Faktla bağlı araşdırma aparılır.

28 Sentyabr 2025, 10:57