Yasamalda vətəndaşın evi sökülüb? -“SR Construction” ətrafında qalmaqal
Cəmiyyət 21 Noyabr 2024, 15:09

4605
Yasamal rayonunda gecə saatlarında vətəndaşın evinin tikinti şirkəti tərəfindən dağıdıldığı iddia edilir.
CityPost.az xəbər verir ki, hadisə Yasamal rayonu, “Sovetski” kimi tanınan ərazidə Mustafa Sübhi küçəsi 213 ünvanında baş verib.
“SR Construction” tərəfindən evinin dağıdıldığını idda edən sakin Müslüm Xasməmmədov saytımıza açıqlamasında bildirib ki,ona məxsus 108 kvadrat metr mənzili noyabrın 19-dan 20-nə keçən gecə şirkətin əməkdaşları tərəfindən dağıdılıb.
“Bu ərazilərdə tikinti işlərini “SR Construction” aparır. Bir neçə sakinlə tikinti şirkəti arasında tam razılıb əldə edilmədiyinə və beləliklə anlaşılmazlıq yarandığı üçün söküntü işləri dayandırılmışdı. Şirkətin nümayəndələri mənə məxsus 108 kvadrat metr mənzilə əlavə olaraq 170 min manat ödəniş edəcəklərinə söz verdilər.
Mən də həmin məbləğin ödənilməsindən sonra razılıq verəcəyimi bildirdim. Mənim xəstə olmağımdan istifadə edən tikinti şirkəti gecə saatlarında əşyalarım,mebellərim,paltarlarım olan evimi viran ediblər. Xəstə olduğum üçün evdə yox idim. Gecə mənə zəng etdilər ki, evini dağıdırlar. Evə çatanda gördüm ki,pilləkəni,evin üstünü ,divarlarını,otaqları tamamilə uçurublar. Bundan əlavə mənə məxsus əşyalar da oğurlanıb ”,-deyə şikayətçi bildirib.
CityPost.az saytının əməkdaşı hadisə baş verən ünvanda olub. Ərazidə çəkiliş apardığımız müddətdə həqiqətən də sakinə məxsus yaşayış evinin dağıdıldığının və yaşayışa tamamilə yararsız hala salındığının şahidi olduq. Adının çəkilməsini istəməyən şahidin saytımıza verdiyi məlumata görə,söküntü işi gecə saatlarında,gizlin aparılıb ki,heç kimin xəbəri olmasın.Söküntü işi aparılan zaman sakinlər yatılı vəziyyətdə olublar.
Şikayətçi evinin dağıdılması anının video görüntüsünü də saytımıza təqdim edib:
"SR Construction” ölkədə tikinti sektorunda xüsusilə mühüm paya sahibdir. Teras Park, Əhmədli Park yaşayış komplekslərinin inşası da bu şirkət tərəfindən icra olunub.
Şirkət "SR” Şirkətlər Qrupunun müəssisələrindən biridir. "SR” qrupun tərkibinə daxil olan törəmə şirkətlər inşaat, tibb, məişət kimyası, avtomobil, elektronika satışı və satışdan sonra xidmət sahələrində fəaliyyət göstərir.
Şirkətin 2020-ci ildə ləğv edilən Xüsusi Dövlət Mühafizə Xidmətinin generalı Sabir Nağıyevə məxsus olduğu bildirilir. "SR Group”un adının da generalın oğlanları - Sahil və Rahilin adlarının baş hərfləri olduğu güman edilir.
Elə generalın oğlu Sahil Nağıyev də "Linkedin" sosial şəbəkəsində şirkətin həmtəsisçisi olduğunu etiraf edib.
CityPost.az vətəndaşın iddiası ilə bağlı “SR Construction” şirkətinin də mövqeyini öyrənib.
Bildiririk ki, Bakı şəhəri, Yasamal rayonu, Nabat Aşurbəyova (keçmiş Mustafa Sübhi) küçəsi, ev 213 ünvanında yerləşən mənzil 18 yanvar 2021-ci il tarixdə notariat qaydasında təsdiq edilməklə bağlanmış alqı-satqı müqaviləsi əsasında Xasməmmədov Müslüm Xasməmməd oğlu (satıcının nümayəndəsi kimi) tərəfindən müəssisəyə satılmış, müqavilədə qeyd edilən kompensasiya məbləği notariusun müvafiq bankda olan depozit hesabı vasitəsilə tam olaraq adıçəkilən şəxsə ödənilmişdir.
Həmçinin oxuyun
Qeyd edirik ki, mülki hüquqi müqavilə əsasında gələcəkdə əlavə ödənişlərin edilməsi barədə öhdəliyin götürülməməsinə baxmayaraq, müqavilədə göstərilən məbləğdən əlavə olaraq mənzil mülkiyyətçisinin nümayəndəsinə bir neçə dəfə də kompensasiya ödənişi aparılmışdır.
Həmin müqavilənin qüvvəyə minməsindən 4 ilə yaxın müddət keçməsinə baxmayaraq, adıçəkilən şəxs öz ailə üzvləri ilə birlikdə mənzili tərk etməkdən və müəssisəyə təhvil verməkdən imtina etmiş, buna səbəb kimi isə, müqavilənin qüvvəyə mindiyi tarixdən hazırkı vaxtadək daşınmaz əmlak bazarında qiymətlərin artmasını, inflyasiya baş verdiyini və oxşar digər amilləri göstərmişdir.
Halbuki müvafiq müqavilədə alqı-satqı obyektinin gələcəkdə bazar qiymətinin artmasının və ya azalmasının tərəflər arasında yenidən hesablaşmaya əsas olmayacağı barədə şərt, həmçinin müqavilə bağlandıqdan sonra mülkiyyətçinin və həmin mənzildə yaşayan digər şəxslərin mənzili tərk etmələri barədə öhdəlik də öz əksini tapmışdır.
Yuxarıda qeyd edilən səbəblər mənzili müəssisəyə təhvil verməkdən imtina üçün əsas olmadığından və hazırkı vaxtadək müvafiq alqı-satqı müqaviləsinin ləğv edilmədiyi nəzərə alınaraq, müəssisə tərəfindən orada faktiki olaraq yaşayan şəxslərin mənzili fiziki olaraq tərk etdiyi vaxtda həmin yaşayış sahəsinin söküntüsü həyata keçirilmişdir.
Yaşayış sahəsinin söküntüsü ilə əlaqədar mənzilin əvvəlki mülkiyyətçisinin və üçüncü şəxslərin mülkiyyət və digər əmlak hüquqlarına qanunazidd müdaxilə edilməmiş, mənzilə görə kompensasiyanın ödənildiyi nəzərə alınmışdır.
Məlumat üçün göstərməyi vacib hesab edirik ki, müvafiq mənzil daşınmaz əmlak barəsində hüquqmüəyyənedici sənədə əsasən Müslüm Xasməmmədova deyil, üçüncü şəxsə məxsus olmuşdur.
O halları da göstərməyi vacib hesab edirik ki, mənzildə faktiki olaraq yaşayan M.Xasməmmədovun oğlu X.Xasməmmədova da mənzilin söküntüsü həyata keçirilməmişdən öncə müəyyən məbləğdə ödəniş edilmiş, mənzilin giriş qapısının açarları həmin şəxs tərəfindən müəssisənin əməkdaşına təqdim edilmişdir.
Həmin şəxs müəssisənin müvafiq əməkdaşına mənzildəki əşyaların ona məxsus olduğunu və gələcəkdə onları istifadə etməyəcəyini (cəmi 1 əşya istisna olmaqla) bildirmişdir.
Bu hal nəzərə alınaraq, mənzil içərisindəki köhnə tipli bir neçə məişət əşyaları oradan çıxarılmadan sökülmüş, əşyaların mülkiyyətçisinin bu barədə seçimi və iradə ifadəsi nəzərə alınmışdır.
Məlumat üçün qeyd edirik ki, mənzilin söküntü işləri sutkanın gündüz vaxtında (günorta saatlarında) həyata keçirilmiş, söküntünün başa çatdırılmasına az qaldığı vaxtda ərazidəki digər bir neçə sakinin söküntü işlərinə müdaxilə etməsi və hüquq mühafizə orqanlarına müraciət etməsi səbəblərinə görə, işin icrası müvəqqəti dayandırılmış, gecə saatlarında isə, dayandırılmış işlərin görülməsi təxminən 10-15 dəqiqə müddətində başa çatdırılmış, işin icra müddətində ictimai sakitliyin pozulması hallarına yol verilməmişdir.
Hazırladı: Miri Məcidli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Sabah 36 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında iyunun 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Bu barədə CityPost-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 40-45 % olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 16-21° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 22-27° isti olacaq....
31 May 2025, 15:31

Zaqatalada avtomobillə toqquşan motosikletin sürücüsü ölüb
Zaqatalada avtomobillə toqquşan motosikletin sürücüsü ölüb.Hadisə rayonun Üçüncü Tala kəndi ərazisində qeydə alınıbBelə ki, “VAZ-2106” və motosiklet toqquşub. Qəza zamanı motosikletin sürücüsü, 27 yaşlı Şükür Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
31 May 2025, 11:18

Ağdərədə mülki şəxs minaya düşüb
Ağdərə rayonu ərazisində mülki şəxs minaya düşüb.Hadisə rayonun Qırmızı kənd ərazisində qeydə alınıb.Məlumata görə, Tərtər rayonu Yuxarı Qaradağlı kənd sakini Hüseynov Telman Əhməd oğlu ərazidə mal-qara otararkən minaya düşüb.Hazırda yaralının ərazidən götürülməsi üçün işlər aparılır.
30 May 2025, 19:31

Rasim Həmidov: “Cavad İbrahimovun qəbul etdiyi qərar qanunsuzdur”
Sumqayıt Şəhər Məhkəməsinin 10.01.2022-ci il tarixli qətnaməsi ilə əslən Laçın rayonundan olan, məcburi köçkün Rasim Həmidovun keçmiş həyat yoldaşı Sevinc Həmidovaya qarşı aliment ödəmə iddiası təmin edilməsinə dair çıxardığı qətnamənin qəsdən icra olunmaması barədə məlumat son bir neçə gündə saytların əsas xəbər başlığına çevrilib.Məhkəmənin qət etdiyinə görə,Sevinc Həmidova birgə nikahdan olan 3 övladlarının saxlanması üçün hər ay,hər uşağa görə Rasim Həmidova 150 manat sabit pul məbləğində aliment ödəməlidir. Lakin,aliment ödəməli olan S.Həmidova məhkəmənin qanuni qətnaməsini saya salmır,belə ki, icra etməməkdən ötrü müxtəlif cür bəhanələr gətirərək,süni əngəl törətməklə məşğuldur.Xatırladaq ki,ötən həftə Rasim Həmidovu Ədliyyə nazirinin müavini,III dərəcəli dövlət ədliyyə müşaviri Mübariz...
30 May 2025, 13:34

Havada toz müşahidə olunur
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.Bu barədə CityPost.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, avtomatik stansiyalardan əldə olunan məlumata görə, hazırda havada tozun miqdarı normadan 1.3-1.4 dəfə artıqdır.Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, şimal-şərq küləkləri vasitəsilə Xəzər dənizi üzərindən cənub istiqamətli hava axını ilə ölkə ərazisinə daxil olur.Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir....
30 May 2025, 12:55

Sabah hava necə olacaq?
Mayın 31-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən CityPost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 17-21° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 40-50 % olacaq.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 16-21° isti, gündüz 31-36° isti,...
30 May 2025, 12:45