Tıxaca görə yeni yollar çəkiləcək- Siyahı
Cəmiyyət 28 Yanvar 2025, 20:58

2336
“Gün ərzində 630 mindən çox sərnişin-vətəndaş Bakı şəhərinin mərkəzinə doğru yönəlir. Həmin vətəndaşlar təxminən 300 min avtomobillə şəhərin mərkəzinə doğru hərəkət edirlər. İstiqamətləri də bəlli oldu. Xüsusən də Sumqayıt-Xırdalan istiqaməti burada böyük paya malikdir. Digər istiqamətlər isə Bakı şəhərinin ətrafıdır”.
Citypost.az xəbər verir ki, bu barədə AYNA-nın sədri Anar Rzayev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Prezident İlham Əliyevə məruzəsində bildirib.
AYNA sədri əlavə edib ki, vahid, əlaqələndirilmiş, inteqrasiya edilmiş nəqliyyat planı hazırlanıb və onun iki əsas istiqamət var:
Həmçinin oxuyun
“Birinci istiqamət yol-infrastruktur layihələrinin həyata keçirilməsidir. 50 yol-infrastruktur layihəsi var idi. Bunlar rəqəmsal əkizdə simulyasiya edildi və ən optimal, ən səmərəli 9 layihə prioritet siyahısına alınaraq, diqqətinizə məruzə edilib. Bu layihələr üç dairəvi yola aiddir: Bilgəh-Novxanı-Xırdalan-Şamaxı avtomobil yolu, Sabunçu-Sulutəpə avtomobil yolu və birinci dairəvi yolu Ziya Bünyadov prospektinə birləşdirən dairəvi yoldur. Dairəvi yolların inşası nəticəsində şəhər mərkəzinin əsas arteriyalarının axınlarının bir hissəsi bu yollara keçid edəcək ki, şəhərin mərkəzində boşalma baş versin. Altı digər layihə də şəhər daxilində olan dar boğazların həll olunmasına yönəlmişdir ki, burada nəqliyyat vasitələrinin hərəkəti müəyyən qədər rəvanlaşsın”.
Anar Rzayev Prezident İlham Əliyevə 20 Yanvar layihəsi haqqında da əlavə məlumatı təqdim edib:
“Bu, kifayət qədər kompleks mürəkkəb bir problem olduğuna görə Xırdalan dairəsindən başlayaraq Tbilisi prospektinə, 20 Yanvardan başlayaraq Ziya Bünyadov prospektinə birləşənə qədər 15 yol kəsişməsində çəkilişlərlə, dataların götürülməsi ilə təhlillər aparılmışdır. Nəticədə böyük bir simulyasiya hazırlanmışdır. Bu simulyasiyanın daxilində həm Xırdalan dairəsində təkmilləşmə işlərinin aparılması, yol qovşaqlarının, yol ötürücülərinin tikilməsi, Ziya Bünyadov prospekti istiqamətində yolların genişləndirilməsi, eləcə də Şamaxı yolundan Xırdalan şəhərinə yeni yolların açılaraq oradan daxil olmasına imkanların yaradılması nəzərdə tutulmuşdur. Bu istiqamətdə layihələndirmə işlərinə qısa müddətdə başlanılacaqdır”.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
İyulun 16-19-da, əsasən, gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yağan yağışlar nəticəsində bəzi dağ çaylarında sululuğun artacağı ehtimalı var.
15 İyul 2025, 17:15

Prezident SƏRƏNCAM imzaladı
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Axar-Baxar və İlisu milli parklarının yaradılması haqqında Sərəncam imzalayıb.CityPost.az xəbər verir ki, Sərəncama əsasən Samux rayonunun dövlət ehtiyat fondu torpaqlarından 11113,46 hektar, Yevlax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 7000,10 hektar və Qax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 5788,43 hektar ayrılmaqla, bu Sərəncama əlavə edilən yerquruluşu planında göstərilmiş 23901,99 hektar sahədə Azərbaycan Respublikasının Axar-Baxar Milli Parkı yaradılıb.Sərəncamla Zaqatala rayonunun dövlət ehtiyat fondu torpaqlarından 206,74 hektar və Qax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 13759,26 hektar ayrılmaqla, bu Sərəncama əlavə edilən yerquruluşu planında göstərilmiş 13966,0 hektar sahədə Azərbaycan Respublikasının İlisu Milli Parkı yaradılıb.Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn...
15 İyul 2025, 17:11

Kəmaləddin Heydərov Aygün Kazımovanı seçibmiş - Maraqlı FAKT
Kəmaləddin Heydərov yazdı,Aygün Kazımova oxudu – Baba Vəziroğlu həmin tarixçədən DANIŞDI Son günlər sosial şəbəkələrdə "Səndən nigaranam" mahnısının trend olması müşahidə olunur.Tiktok platformasında bir çox istifadəçilər xalq artisti Aygün Kazımovanın ifasında olan bu mahnının sədaları altında paylaşımlar edirlər.CityPost.az xəbər verir ki,Oxu24.com sosial şəbəkələrdə yenidən viral olan "Səndən nigaranam" mahnısının tarixçəsi barədə araşdırma edib.Məlumat üçün qeyd edək ki, mahnının musiqisi fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsusdur. O,bəstələrini "Kamal" təxəllüsü ilə dinləyicilərə təqdim edir.Bəs,Kəmaləddin Heydərov bu mahnını necə ərsəyə gətirib?Bu suallara cavab tapmaq məqsədi ilə Oxu24.com saytının əməkdaşı mahnının sözlərinin müəllifi olan nəğməkar şair Baba Vəziroğlu ilə müsahibə alıb.Sözügedən müsahibəni təqdim edirik:-Baba müəllim,istərdim ki, dünyaya səs salan ortaq işinizin tarixçəsindən danışaq."Səndən nigaranam" necə yarandı?-...
15 İyul 2025, 17:03

Kamran Əliyev üç rayona və bir şəhərə prokuror təyin edib
Qax və Xaçmaz rayonlarına prokurorlar təyin edilib.Bununla bağlı Baş prokuror Kamran Əliyev əmrlər imzalayıb.Əmrə əsasən, Rəşad Bəşirov ikinci səlahiyyət müddətinə Qaxın prokuroru vəzifəsinə təyin edilib.Bundan başqa baş ədliyyə müşaviri Rəşad Məmmədov ikinci səlahiyyət müddətinə Xaçmazın prokuroru vəzifəsinə təsdiq edilib.13:03Mingəçevir və Zaqatalaya yeni prokuror təyin edilib.Bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.Əmrə əsasən, baş ədliyyə müşaviri (polkovnik) Pərvin Quliyev Mingəçevir şəhərinə yeni prokuror təyin olunub. O, bundan əvvəl Bakı şəhər prokurorluğunda Daxili işlər orqanlarına nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb.Baş Prokurorun digər əmri ilə Mingəçevirin sabiq prokuroru Baş ədliyyə müşaviri (polkovnik) Qabil Səfərov Zaqatalaya prokuror təyin olunub....
15 İyul 2025, 14:53

İlham Əliyevdən PKK-nın silahı yerə qoymasına - İlk reaksiya
“Siz hazırda da “Terrorsuz Türkiyə” hədəfinin reallaşması, gələcək nəsillərə təhlükəsiz, dinc və firavan ölkə miras qoymaq uğrunda qətiyyətlə və əzmlə çalışırsınız”.CityPost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda deyilir.“Bu yaxınlarda PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı Sizin güclü siyasi iradənizin parlaq nəticəsi, milli birlik və həmrəyliyin təntənəsi oldu”, - dövlət başçısı vurğulayıb.Qeyd edək ki, iyulun 11-i “Terrorsuz Türkiyə” siyasi prosesi çərçivəsində İraqın Süleymaniyyə şəhərində bir qrup PKK üzvü silahlarını təhvil verib. Yaxın günlərdə PKK terrorçularının Süleymaniyyədə tərksilah olunmasının ikinci mərhələsi başlayacaq....
15 İyul 2025, 12:25

İlham Əliyev Ərdoğana başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.CityPost.az-ın məlumatına görə, məktubda deyilir:"Əziz Qardaşım,Doqquz il əvvəl – 15 iyul tarixində Türkiyədə dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda şəhid olmuş bütün qardaş-bacılarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, ailələrinə və bütün xalqınıza dərin hüznlə başsağlığı verirəm.Həmin gecə qardaş Türkiyə müasir tarixinin ən böyük qəhrəmanlıq salnaməsini yazdı. Mətin və mübariz xalqınız Türkiyə Respublikasının konstitusional və demokratik əsaslarını hədəfə alan qanlı çevriliş cəhdinə qarşı sinəsini sipər edərək Vətəninə, bayrağına və dövlətinə sahib çıxdı. Bu gün qürurla deyə bilərik ki, 15 İyul – “Demokratiya və Milli Birlik Günü” güclü...
15 İyul 2025, 12:19