Bizə yazın

Baku

-°C

USD

-

Sürücülər üçün imtahan keçiriləcək

Cəmiyyət 11 Fevral 2025, 17:48

1932

Dövlət İmtahan Mərkəzi (DİM) taksi sürücüləri, avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri, beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər üçün fevralın 13-də imtahan keçirəcək.

Citypost.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahanlarda iştirak etmək üçün ümumilikdə 1 513 (taksi – 1 439, yükdaşıma – 63, operator – 11 ) nəfər qeydiyyatdan keçib.

İmtahanın keçirilməsi üçün 13 imtahan rəhbəri, 100 nəzarətçi və 6 buraxılış rejimi əməkdaşı ayrılıb.

Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün imtahan DİM-in elektron imtahanlar korpusunda kompüterlər vasitəsilə keçiriləcək. İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.

Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə bilərlər. İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ndə göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.

İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi" və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

Qeyd edək ki, imtahanlar bir saat davam edəcək. İmtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı, avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçiriən sürücülərə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim edilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qazax və Samuxda qaz kəsiləcək 

Bu gün Qazax və Samux rayonlarının təbii qazla təchizatında fasilə yaranacaq.Bu barədə CityPost.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” və “Qazax-Saquramo” yüksək təzyiqli magistral qaz kəmərlərində aparılacaq yenidənqurma və təmir işləri ilə bağlı 14-18 iyulda Şıxlı” və “Yuxarı Salahlı” ölçü qovşaqlarından, 15-17 iyulda isə "Ağasıbəyli” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.Təmir işləri ilə bağlı Qazax rayonunun Qaymaqlı, 1-ci Şıxlı, 2-ci Şıxlı, Kəmərli, Aslanbəyli və Yuxarı Salahlı kəndlərinin (5 gün müddətində), Samux rayonunun Yuxarı Ağasıbəyli, Aşağı Ağasıbəyli, Əhmədbəyli və Sarıqaya kəndlərinin (3 üç gün müddətində) qaz təchizatının məhdudlaşdırılması planlaşdırılır....

14 İyul 2025, 10:44

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.07.2025) 

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.CityPost.az   xəbər verir ki, avronun məzənnəsi 0,01 % azalaraq 1,9847 manat, 100 Rusiya rublunun məzənnəsi isə 0,5 % azalaraq 2,1795 manat təşkil edib.

14 İyul 2025, 10:23

Sabah Bakıda 40 dərəcə isti olacaq 

İyulun 14-də gözlənilən hava şəraiti açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən CityPost.az-a verilən xəbərə görə, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Zəif şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olacaq.Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-40 % olacaq.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir duman. Mülayim şərq küləyi...

13 İyul 2025, 13:37

İki il əvvəl itkin düşən Rasimin qalıqları tapılıb? 

Ötən gündən etibarən bir sıra mətbu orqanlarda 2023-cü il dekabrın 26-da İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Rasim Vasif oğlu Xankişiyevin qalıqlarının tapılması haqqında məlumatlar yayılır.CityPost.az   oxu.az-a istinadən xəbər verir ki, itkin şəxsin qalıqlarının tapılması həqiqətə uyğun deyil.Həmçinin bir sıra saytların verdiyi xəbərə görə, Rasim guya qətlə yetirilib və cinayəti törətməkdə şübhəli bilinən şəxslər isə polis tərəfindən saxlanılıblar....

13 İyul 2025, 11:58

Prezidentdən həmkarına təbrik 

Prezidenti İlham Əliyev Monteneqro Prezidenti Yakov Milatoviçə məktub göndərib.       Citypost.az  xəbər verir ki, məktubda deyilir:“Hörmətli cənab Prezident,Monteneqronun milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.Azərbaycan Monteneqro ilə münasibətlərinin inkişafına böyük önəm verir. Bu gün xoş ənənələr üzərində qurulmuş və konstruktiv ruhda inkişaf edən dövlətlərarası əlaqələrimiz və əməkdaşlığımız məmnunluq doğurur.Keçən ilin noyabrında COP29-da iştirak etmək üçün Sizin ölkəmizə səfəriniz Azərbaycan-Monteneqro əlaqələrinin inkişafı baxımından əhəmiyyət kəsb edir. Hazırda müxtəlif sahələrdə, xüsusilə də iqtisadiyyat, turizm, sərməyə qoyuluşu və digər istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur.Əminəm ki,...

13 İyul 2025, 11:43

İsmayıllıda zəlzələ baş verib 

İsmayıllıda zəlzələ baş verib.CityPost.az  xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 07:18-də Piriqulu stansiyasından 10 km qərbdə, İsmayıllı ərazisində 3,8 maqnitudada qeydə alınıb.Zəlzələ episentrdə 4, episentrə yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.

12 İyul 2025, 08:52