Bizə yazın

Baku

-°C

USD

-

Avropa ölkələri Rusiyaya müqavimət göstərə bilməyəcək-"WSJ"

Dünya 13 Mart 2025, 16:00

925

“The Wall Street Journal” (WSJ) yazır ki, Avropa ABŞ-ın köməyi olmadan Rusiyaya müqavimət göstərə və onun təhlükəsizliyini təmin edə bilməyəcək.

Citypost.az xəbər verir ki, qəzetin materialından belə görünür ki, Avropa ölkələrinin ordularında strateji aviasiya, hava hücumundan müdafiə sistemləri, eləcə də kəşfiyyat və idarəetmə imkanları yoxdur.

"WSJ" qeyd edir ki, bu funksiyaların əhəmiyyətli bir hissəsini ABŞ yerinə yetirir.

Bundan əlavə, Avropada silah istehsalının artırılması tempi yetərli deyil və Ukraynaya xeyli miqdarda texnika ötürülüb. NATO-nun baş katibi Mark Rutte daha əvvəl qeyd edib ki, Avropa müdafiə sənayesi çox parçalanmış və ləngdir.

Nəşr onu da qeyd edir ki, NATO-nun Ukrayna sərhədləri yaxınlığında genişmiqyaslı təlimlərinə və Avropa ölkələrinin hərbi xərclərini artırmasına baxmayaraq, ABŞ-ın dəstəyi olmadan alyansın müdafiə məqsədlərinə çatması çətin olacaq. Belə ki, fevral ayında 10 minə yaxın NATO əsgəri Ukrayna sərhədi yaxınlığında manevrlərə cəlb edilib, ABŞ isə təlimlərdə iştirak etməyib.

"Bu kontekstdə Avropada Amerikanın iştirakı olmadan təhlükəsizliyi təmin etmək qabiliyyətinə dair şübhələr artır, lakin region ölkələrinin orduları Amerika texnologiyası və komandanlığından asılı olaraq qalır",-"WSJ" belə qənaətə gəlir.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

NATO Baş katibi Türkiyəyə səfər edəcək  

NATO-nun Baş katibi Mark Rutte Türkiyəyə səfər edəcək.

12 May 2025, 13:30

PKK özünü ləğv edib  

PKK ləğvetmə qərarını açıqlayıb.

12 May 2025, 12:39

Zelenski İstanbulda Putinlə şəxsən görüşməyə hazırdır 

Ukrayna prezidenti Volodimir Zelenski mayın 15-də İstanbulda Rusiya prezidenti Vladimir Putinlə şəxsən görüşməyə hazır olduğunu bildirib.Bu barədə o, sosial şəbəkədə məlumat yayıb.“Diplomatiya üçün lazımi zəmin yaratmaq üçün sabahdan tam və uzunmüddətli atəşkəs gözləyirik. Qətlləri uzatmağın mənası yoxdur. Mən Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəm. Ümid edirəm ki, ruslar bu dəfə edə bilməyəcəkləri səbəblər axtarmayacaqlar”, - deyə o bildirib.Qeyd edək ki, bu açıqlamadan bir saat keçməmiş ABŞ prezidenti Donald Tramp Ukraynanın İstanbulda Rusiya ilə danışıqlara razılıq verməli olduğunu yazmışdı.Tramp hesab edir ki, görüş sayəsində Kiyev Moskva ilə razılaşmanın mümkün olub-olmadığını ən azı başa düşə biləcək və Qərb buna uyğun hərəkət edə...

11 May 2025, 21:47

Ərdoğan və Putin arasında telefon danışığı olub

"Türkiyə Ukrayna münaqişəsinin nizamlanması üzrə birbaşa danışıqları qəbul etməyə hazırdır".Citypost.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında deyib."Sülhün əldə edilməsi üçün fürsət pəncərəsi açılıb və hərtərəfli atəşkəs sülh danışıqlarından ötrü lazımi şərait yaradacaq", - deyə R.T.Ərdoğan vurğulayıb.İki lider arasında baş tutmuş telefon danışığı barədə açıqlama verən Kreml bəyan edib ki, Ərdoğan Putinin Ukraynaya birbaşa danışıqları mayın 15-də İstanbulda bərpa etmək təklifini alqışlayıb və rəsmi Ankaranın danışıqların təşkili və keçirilməsində bütün mümkün köməyi göstərəcəyini bildirib....

11 May 2025, 17:05

Zukerberqin 20 il əvvəlki sözləri başına bəla oldu  

Mark Zukerberqin 20 il əvvəlki "Facebook" - bu, real dostlarla real əlaqələrdir" ifadəsi onun "Meta" şirkəti üçün problem yaradıb.

11 May 2025, 16:31

Danışıqların 4-cü raundu başladı    

Omanda Vaşinqton və Tehran arasında İranın nüvə proqramı ətrafındakı böhranın nizamlanması üzrə danışıqların dördüncü raundu başlayıb.Citypost.az xəbər verir ki, bu haqda ISNA məlumat yayıb.Danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçı, ABŞ nümayəndə heyətinə isə Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff başçılıq edirlər.Qeyd edək ki, nümayəndələr arasında danışıqların birinci raundu aprelin 12-də Maskatda, ikinci raund aprelin 19-da Romada, üçüncü raund isə yenidən aprelin 26-da Maskatda keçirilib....

11 May 2025, 16:05