Bizə yazın

Baku

-°C

USD

-

Pentaqonun gizli sənədlərini paylaşan ABŞ əsgəri günahını etiraf edib

Dünya 14 Mart 2025, 17:45

1045

ABŞ ordusunun məxfi məlumatlarını özündə əks etdirən sənədləri internetdə paylaşmaqda günahlandırılan Milli Hava Qvardiyasının keçmiş əsgəri Cek Teyşeyra ədalətin gedişinə mane olmaqda günahını etiraf edib.

Citypost.az xəbər verir ki, internetdə məxfi sənədləri paylaşmaqda günahlandırılan və 15 il həbs cəzası alan Teyşeyra yenidən məhkəmə qarşısına çıxıb.

Ədalətin gedişatına mane olmaqda günahını etiraf edən 23 yaşlı əsgər  qeyd edib: "Mənim məqsədim keçmiş ABŞ prezidenti Co Bayden administrasiyasının uydurduğu və əsas medianın Amerika xalqına təqdim etdiyi yalanları ifşa etmək idi”.

Teyşeyra həmçinin Bayden administrasiyasının Rusiya-Ukrayna müharibəsi ilə bağlı ictimaiyyəti çaşdırdığını iddia etdi.

Bildirilir ki, Teyşeyranın indiki cəzasına ədalətin gedişinə mane olmaq ittihamı ilə əlavə 10 il həbs cəzası əlavə oluna bilər.

Massaçusets Milli Hava Qvardiyasının kəşfiyyat qanadının üzvü Cek Teyşeyra 14 aprel 2023-cü ildə ABŞ ordusunun məxfi sənədlərini internetdə dərc etdiyi iddiası ilə saxlanılıb.

Qeyd edilib ki, Teyşeyranın internetə sızdırdığı iddia edilən və üzərində ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin gerbi olan sənədlərdə Rusiya ilə müharibə vəziyyətində olan Ukraynanın müdafiəsində potensial zəifliklər və bu ölkədə aktiv olduğu iddia edilən Böyük Britaniya xüsusi təyinatlılarının sayı barədə məlumatlar yer alıb.

Qeyd olunub ki, sənədlərdə Rusiya, İsrail, Kanada, Cənubi Koreya, Çin və İranın nüvə proqramı ilə bağlı kəşfiyyat fəaliyyətləri də daxil olmaqla mühüm məsələlərə dair hərbi və cari məlumatlar yer alıb.

Teixeira-nın internetdə paylaşdığı sənədlərin ABŞ-ın İraq və Əfqanıstanda törətdiyi cinayətləri sübut edən sənədlərin dərc edildiyi 2010-cu ildə WikiLeaks qalmaqalı və ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) keçmiş əməkdaşı Edvard Snoudenin 2013-cü ildə rəqəmsal müşahidə fəaliyyətlərinin sızdırılması qədər əhəmiyyətli olduğuna diqqət çəkilib.

ABŞ-ın milli müdafiə məlumatlarını saxladığını və bu məlumatları bir neçə dəfə "Discord" sosial media platformasında digər istifadəçilərlə paylaşdığını etiraf edən Teixeira 2024-cü ilin sonunda 15 il həbs cəzasına məhkum edildi.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

NATO Baş katibi Türkiyəyə səfər edəcək  

NATO-nun Baş katibi Mark Rutte Türkiyəyə səfər edəcək.

12 May 2025, 13:30

PKK özünü ləğv edib  

PKK ləğvetmə qərarını açıqlayıb.

12 May 2025, 12:39

Zelenski İstanbulda Putinlə şəxsən görüşməyə hazırdır 

Ukrayna prezidenti Volodimir Zelenski mayın 15-də İstanbulda Rusiya prezidenti Vladimir Putinlə şəxsən görüşməyə hazır olduğunu bildirib.Bu barədə o, sosial şəbəkədə məlumat yayıb.“Diplomatiya üçün lazımi zəmin yaratmaq üçün sabahdan tam və uzunmüddətli atəşkəs gözləyirik. Qətlləri uzatmağın mənası yoxdur. Mən Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəm. Ümid edirəm ki, ruslar bu dəfə edə bilməyəcəkləri səbəblər axtarmayacaqlar”, - deyə o bildirib.Qeyd edək ki, bu açıqlamadan bir saat keçməmiş ABŞ prezidenti Donald Tramp Ukraynanın İstanbulda Rusiya ilə danışıqlara razılıq verməli olduğunu yazmışdı.Tramp hesab edir ki, görüş sayəsində Kiyev Moskva ilə razılaşmanın mümkün olub-olmadığını ən azı başa düşə biləcək və Qərb buna uyğun hərəkət edə...

11 May 2025, 21:47

Ərdoğan və Putin arasında telefon danışığı olub

"Türkiyə Ukrayna münaqişəsinin nizamlanması üzrə birbaşa danışıqları qəbul etməyə hazırdır".Citypost.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında deyib."Sülhün əldə edilməsi üçün fürsət pəncərəsi açılıb və hərtərəfli atəşkəs sülh danışıqlarından ötrü lazımi şərait yaradacaq", - deyə R.T.Ərdoğan vurğulayıb.İki lider arasında baş tutmuş telefon danışığı barədə açıqlama verən Kreml bəyan edib ki, Ərdoğan Putinin Ukraynaya birbaşa danışıqları mayın 15-də İstanbulda bərpa etmək təklifini alqışlayıb və rəsmi Ankaranın danışıqların təşkili və keçirilməsində bütün mümkün köməyi göstərəcəyini bildirib....

11 May 2025, 17:05

Zukerberqin 20 il əvvəlki sözləri başına bəla oldu  

Mark Zukerberqin 20 il əvvəlki "Facebook" - bu, real dostlarla real əlaqələrdir" ifadəsi onun "Meta" şirkəti üçün problem yaradıb.

11 May 2025, 16:31

Danışıqların 4-cü raundu başladı    

Omanda Vaşinqton və Tehran arasında İranın nüvə proqramı ətrafındakı böhranın nizamlanması üzrə danışıqların dördüncü raundu başlayıb.Citypost.az xəbər verir ki, bu haqda ISNA məlumat yayıb.Danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçı, ABŞ nümayəndə heyətinə isə Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff başçılıq edirlər.Qeyd edək ki, nümayəndələr arasında danışıqların birinci raundu aprelin 12-də Maskatda, ikinci raund aprelin 19-da Romada, üçüncü raund isə yenidən aprelin 26-da Maskatda keçirilib....

11 May 2025, 16:05