Bizə yazın

Baku

-°C

USD

-

Ərdoğandan NATO-ya xəbərdarlıq

Dünya 13 May 2025, 18:30

707

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Mark Rutte ilə danışıqlar zamanı bildirib ki, alyans Ukrayna münaqişəsinin tərkib hissəsi olmamalıdır.

Citypost.az xəbər verir ki, bu barədə Türkiyə liderinin ofisi məlumat yayıb.

“Türkiyə hərtərəfli atəşkəsin yaradılmasını qətiyyətlə dəstəkləyir və NATO-nun bu müharibənin bir hissəsi olmamalı olduğu mövqeyindədir”, - deyə bəyanatda bildirilir.
Ərdoğanın ofisindən verilən açıqlamada Türkiyənin Ukrayna ilə Rusiya arasındakı müharibəni qalıcı və ədalətli sülhlə bitirmək üçün səylərini artırdığı da vurğulanıb.
Bundan əvvəl Türkiyə prezidenti mayın 11-də rusiyalı həmkarı Vladimir Putinlə, mayın 12-də isə Ukrayna lideri Volodimir Zelenski ilə danışdığını bildirib. Ərdoğan Putinlə Ukrayna ilə bağlı danışıqlarının hərtərəfli olduğunu deyib.
Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66