Bizə yazın

Baku

-°C

USD

-

Tramp Suriya lideri ilə görüşəcək 

Dünya 13 May 2025, 18:38

805

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şara ilə görüşəcək.

Citypost.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

“Prezident Tramp Suriya liderini sabah Səudiyyə Ərəbistanında qarşılamağa razılıq verib”, – nəşr qeyd edir.
Tramp qarşıdan gələn görüşü şərh edərək, Suriyanın yeni hökumətinin “ölkədə vəziyyəti sabitləşdirə və sülhü təmin edə biləcəyinə” əminliyini ifadə edib.
Bundan əvvəl Tramp Səudiyyə Ərəbistanı ilə 600 milyard dollarlıq müqavilələr və investisiya öhdəlikləri imzalamışdı ki, bu da ölkələr arasında əməkdaşlıq tarixində rekord qıran iqtisadi sövdələşməyə çevrildi. Bu səfər Trampın prezidentliyə qayıtdıqdan sonra ilk uzunmüddətli xaricə səfəri olub.
Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66