İran Pakistan-Hindistan danışıqlarında vasitəçilik etməyə hazırdır
Dünya 08 İyun 2025, 09:00

223
Tehran İslamabad və Yeni Dehli arasında danışıqlarda vasitəçilik etməyə hazırdır.
Bunu İran prezidenti Məsud Pezeşkian Pakistanın baş naziri Şahbaz Şəriflə telefon danışığı zamanı deyib.
Qeyd olunub ki, İran Pakistan və Hindistan arasında davamlı sülhün bərqərar olmasına yönəlmiş istənilən addımı alqışlayır və bu məqsədə çatmaq üçün vasitəçi rolunu oynaya bilər.
Həmçinin oxuyun
Siyasətçi Şahbaz Şərifin Pakistana səfər dəvətini də qəbul edib və iki ölkə arasında əlaqələrin genişlənəcəyinə ümid etdiyini bildirib.
Öz növbəsində Pakistanın baş naziri Şahbaz Şərif deyib: “Biz Hindistanla sülh və atəşkəs danışıqlarına sadiqik və müxtəlif sahələrdə qırmızı xətlərimizi vurğulamaqla yanaşı, danışıqlar yolu ilə davamlı sülhə nail olmaq üçün Hindistan hökuməti ilə işləməyə hazırıq və İranın bu məsələdə vasitəçiliyini alqışlayırıq. Pakistan hökuməti hesab edir ki, münaqişələrin həlli müharibə deyil, dialoqdur”.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Pentaqon məxfi proqramları gizli saxlamaq üçün UNO haqqında dezinformasiya yayıb
ABŞ Müdafiə Nazirliyi onilliklər boyu məxfi hərbi proqramların mövcudluğunu gizli saxlamaq üçün naməlum uçan obyektlər (UNO) və yadplanetli texnologiyalar haqqında bilərəkdən dezinformasiya yayıb.Citypost.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti rəsmilər, hərbçilərlə müsahibələrə və minlərlə sənəd səhifəsinə əsaslanan araşdırmaya istinadən məlumat yayıb.Qeyd olunub ki, 1980-ci illərdə ABŞ Hərbi Hava Qüvvələrinin əməkdaşı Nevadada məxfi “51-ci Zona” obyektinin yaxınlığındakı bar sahibinə xüsusi olaraq saxta uçan boşqab fotoşəkilləri ötürüb. Bu, stels təyyarələrinin, o cümlədən forması populyar mədəniyyətdə yadplanetli gəmilərinin xarakterik təsvirlərinə bənzəyən F-117-nin sınaqlarını gizlətmək əməliyyatının bir hissəsi olub. Mənbələrin məlumatına görə, bu cür manipulyasiyalar sistemli olub və yalnız bir...
08 İyun 2025, 09:22

Tramp 12 ölkə vətəndaşının ABŞ-a girişini QADAĞAN ETDİ
ABŞ prezidenti Donald Tramp 12 ölkə vətəndaşlarının ABŞ-a girişini qadağan edən fərman imzalayıb. Respublikaçı bu qərarı çərşənbə günü, iyunun 4-də özünün TruthSocial sosial şəbəkəsində elan edib. CityPost.az xəbər verir ki, Ağ Evin saytında ətraflı press-reliz dərc olunub.12 ölkə tam, yeddi ölkə isə qismən qadağaya məruz qalıbÜmumi qadağa 12 ölkənin vətəndaşlarına şamil edilir: Əfqanıstan, Myanma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən. ABŞ-ın qanuni daimi sakinləri və etibarlı viza sahibləri üçün istisnalar var. Ölkələrin siyahısı ABŞ Dövlət Departamentinin yanvar ayından bəri apardığı təhlilə əsaslanır.Burundi, Kuba, Laos, Syerra-Leone, Toqo, Türkmənistan və Venesuela vətəndaşlarına qismən qadağa qoyulub. Onlara...
05 İyun 2025, 16:30

Paşinyan Ərdoğanı təbrik etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistan Baş nazir Nikol Paşinyan arasında telefon danışığı baş tutub.CityPost.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.Məlumata görə, Paşinyan Ərdoğanı Qurban bayramı münasibətilə təbrik edib.Ərdoğan da Paşinyanı 2026-cı ilin yazında Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin Zirvə toplantısı münasibətilə təbrik edib.Tərəflər Ermənistan-Türkiyə münasibətləri və regional hadisələrlə bağlı məsələləri müzakirə edib və dialoqun davam etdirilməsi barədə razılığa gəliblər....
05 İyun 2025, 15:30

Türkiyədə zəlzələ olub
Türkiyədə zəlzələ olub.CityPost.az AFAD-a istinadən xəbər verir ki, zəlzələ Ege dənizinin Girit sahillərində baş verib. 5 maqnitudalı yeraltı təkan 5.39 km dərinlikdə baş verib.
03 İyun 2025, 16:41

"Heç bir maneə olmadan humanitar yardım Qəzzaya buraxılmalıdır" - UNRWA
Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) İsrailin 7 oktyabr 2023-cü ildən soyqırımını davam etdirdiyi Qəzza zolağına humanitar yardım üçün qeyd-şərtsiz icazə verməyə çağırıb.CityPost.az xəbər verir ki, UNRWA-nın verdiyi yazılı açıqlamada İordaniyanın paytaxtı Əmmanda un, ərzaq, təmizlik ləvazimatları, ədyal və dərman da daxil olmaqla, bir ay ərzində ən az 200 min insana çatacaq qədər humanitar yardımın olduğunu bildirib.Açıqlamada anbarın Qəzzaya avtomobillə 3 saatlıq məsafədə olduğu vurğulanıb və "Yardımların Qəzzaya daxil olmasına icazə verilməlidir" ifadəsi əlavə edilib. İsrailin blokadası səbəbilə humanitar yardımın çatdırıla bilmədiyi bölgəyə edilən çağırışda, "Qəzzanın ciddi yardıma ehtiyacı var. Humanitar yardımların maneəsiz və fasiləsiz daxil olmasına...
30 May 2025, 17:00

Putinə etimad səviyyəsi dəyişməz olaraq qalır
Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VTsİOM) mayın 19-dan 25-dək apardığı araşdırmaya görə, Rusiya vətəndaşlarının prezident Vladimir Putinə inamı ötən həftə ilə müqayisədə dəyişməyərək 80,2% təşkil edib.CityPost.az xəbər veri ki, dövlət başçısının fəaliyyətinə dəstək 0,3 faiz bəndi azalaraq 77,4 faiz təşkil edib."Sorğu iştirakçılarının 80,2%-i Putinə inamla bağlı suala müsbət cavab verib (dəyişməmiş), prezidentin fəaliyyətinin bəyənilmə səviyyəsi 0,3 faiz bəndi azalaraq 77,4 faiz təşkil edir", - VTsİOM nəşri yazır.Sorğu hökumətin fəaliyyətinin populyarlığının 0,4 faiz bəndi (52,6 faizə qədər), baş nazir Mixail Mişustini dəstəkləyənlərin sayının isə 1,2 faiz bəndi (52,5 faizə qədər) azaldığını göstərib. Baş nazirin özünə inam 1,1 faiz bəndi azalaraq 61,6%-ə çatıb.Yeganə...
30 May 2025, 16:30