Qəzza zolağı və Livandan sonra İsrail əsgərlərinin növbəti hücum hədəfi “Türkiyə torpaqları” ola bilər.
CityPost.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Açıq deyirəm: Fələstin və Livandan sonra bizim vətənimizin torpaqları vəd edilmiş torpaq illüziyası ilə hərəkət edən İsrail administrasiyasının nəzərlərini çevirdiyi yerə çevriləcək”, - deyə Türkiyə lideri bildirib.
Onun sözlərinə görə, indi İsrail Qəzza zolağında soyqırım törədir və Livana qarşı terror aktları təşkil edir. Ərdoğan əlavə edib ki, eyni zamanda yəhudi dövləti regionun digər ölkələrini də Yaxın Şərq münaqişəsinə sürükləməyə çalışır.
Sentyabrın 23-də İsrail qoşunları Livanda “önləyici hücum əməliyyatı”na başladığını elan etdi. Onun əsas məqsədi Hizbullah hərəkatının hərbi infrastrukturunu məhv etmək olub.
Oktyabrın 1-nə keçən gecə İsrail Livan ərazisinə məhdud quru reydləri keçirməyə hazır olduğunu bəyan edib. Daha sonra yəhudi dövləti Hizbullaha qarşı əməliyyat çərçivəsində tapşırıqları yerinə yetirmək üçün dörd ehtiyat briqadanın səfərbər edildiyini açıqlayıb.
Bundan əvvəl İsrail Livandakı əməliyyatı tez bir zamanda başa çatdıracağına söz vermişdi.
Miri