ABŞ prezidenti Co Bayden və vitse-prezident Kamala Harris İranın İsrailə hücumu ilə bağlı təcili iclas çağıracaq.
Citypost.az xəbər verir ki, bu barədə “Times of Israel” Ağ Evə istinadən məlumat yayıb.
Xəbərdə deyilir ki, toplantı hücumdan əvvəl qabaqcıl hücumu müzakirə etmək üçün çağırılır. İclasda milli təhlükəsizlik müşavirləri iştirak edəcək.
Daha əvvəl bildirilmişdi ki, İrandan İsrailə ümumi sayı 500-ə qədər olan üç ballistik raket dalğası atılıb. Bəzi raketlər “Dəmir Qübbə” raketdən müdafiə sisteminə nüfuz edib və zərbələr Tel-Əvivdə qeydə alınıb.
Yeganə