BMT-nin sözçüsü Stefan Dujarrik bildirib ki, çərşənbə axşamı BMT-nin baş katibi Antonio Quterreş Livanda dərhal atəşkəsə və ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırıb.
Citypost.az xəbər verir ki Dujarrik Livanda genişmiqyaslı müharibənin nəyin bahasına olursa olsun, qarşısını almağın lazım olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Quterreş çərşənbə axşamı Livanın baş naziri vəzifəsini icra edən Nəcib Mikati ilə danışıb və BMT-nin ehtiyacı olanlara kömək etməyə hazır olduğunu deyib.
"Baş katib təmaslarını davam etdirəcək və onun yerlərdəki nümayəndələri də gərgin vəziyyəti sakitləşdirmək üçün səylərini davam etdirəcəklər", - deyə Dujarik qeyd edib.
Yeganə