ABŞ və Almaniya Kiyevin NATO-ya qoşulmasına qarşıdır

Dünya

03 Dekabr 2024, 17:00
ABŞ və Almaniya Kiyevin NATO-ya qoşulmasına qarşıdır
28

ABŞ və Almaniya da daxil olmaqla NATO-nun əsas ölkələri Rusiya ilə gərginliyin artmasından ehtiyat edərək Ukraynanın alyansa daxil olmasına qarşı çıxırlar.

Citypost.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” Kiyev və Brüsseldəki mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Ukrayna prezidenti Vladimir Zelenski bunun yalnız müharibə başa çatdıqdan sonra mümkün olduğunu etiraf etsə də, ölkənin hərbi bloka qoşulması üçün rəsmi dəvət almağa çalışır. Kiyev həmçinin ümid edir ki, NATO ölkələrinin xarici işlər nazirləri ən azı öz liderlərinə Ukraynaya belə bir dəvət göndərməyi tövsiyə edəcəklər. Bununla belə, hətta belə bir addımın da perspektivləri qeyri-müəyyən olaraq qalır.

Dekabrın 3-də NATO-nun baş katibi Mark Rutte alyans ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasından əvvəl çıxış edərək, Ukraynanın NATO-ya dəvət olunması məsələsinin nəzərdən keçirilmədiyini bildirib. Hazırda Kiyevə yalnız silah tədarükü müzakirə edilir. Rutte həmçinin bildirib ki, NATO sülh danışıqları üçün Kiyev üçün güclü mövqe yaratmaq niyyətindədir.

Yeganə

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Problemlərinizi bizə bildirin
077 323 55 66

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
75.00%
0.00%
25.00%

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
75.00%
0.00%
25.00%