ABŞ və Çin arasında kosmosda rəqabətin güclənəcəyi proqnozlaşdırılır

Dünya

21 Yanvar 2025, 17:49
ABŞ və Çin arasında kosmosda rəqabətin güclənəcəyi proqnozlaşdırılır
22

ABŞ-ın yeni prezidenti Donald Trampın dövründə ABŞ və Çin arasında kosmosda rəqabət güclənəcək.

Citypost.az xəbər verir ki, bu barədə "South China Morning Post" (SCMP) müsahibə götürülmüş ekspertlərə istinadən yazır.

Çikaqo Universitetinin politoloqu Yan Deyli proqnozlaşdırır ki, yeni Amerika administrasiyası dövründə Pekinin Vaşinqtondan çox şey öyrənmək imkanı olacaq. Mütəxəssis əmindir: "Onlar Elon Maskdan öyrənirlər və məsələn, təkrar istifadə edilə bilən raketlər hazırlamaqla ona yetişirlər".

Danjiang Universitetinin professoru Ceyms Çen ölkələr arasında artan rəqabətin birbaşa toqquşma ilə nəticələnməyəcəyinə və bəşəriyyətə fayda verəcəyinə ümid etdiyini bildirib. Bundan əvvəl Tramp ABŞ-ın Marsı kəşf etmək və planetə ölkə bayrağını sancmaq niyyətini açıqlamışdı.

Yeganə

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Problemlərinizi bizə bildirin
077 323 55 66

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
75.00%
0.00%
25.00%

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
75.00%
0.00%
25.00%