"Google" silahlarda süni intellektdən istifadə öhdəliyini geri götürür
Dünya 05 Fevral 2025, 17:51

1058
Texnologiya nəhəngi "Google"-un çətir şirkəti Alphabet, süni intellektin (AI) istifadəsi ilə bağlı siyasətlərini yenilədi və əvvəllər qadağan etdiyi bəzi sahələrə qapı açdı.
Citypost.az xəbər verir ki, şirkət silahlarda süni intellektin istifadəsi ilə bağlı öhdəliyini geri götürüb.
Şirkət 2018-ci ildə dərc etdiyi, zərər verə biləcək istifadə sahələrini istisna edən qaydaları ləğv etdi. Bu dəyişiklik silah inkişafı və müşahidə texnologiyaları kimi sahələrdə süni intellektin istifadəsinə yol açdı. "Google"-un DeepMind süni intellekt laboratoriyasının rəhbəri Demis Hassabis və şirkətin baş vitse-prezidenti Ceyms Manyika dəyişikliyi müdafiə edən bloq yazısı dərc ediblər. Məqalədə deyilirdi ki, “Biznes və demokratik hökumətlər milli təhlükəsizliyi dəstəkləyən süni intellekt üzərində əməkdaşlıq etməlidir”.
Süni intellektin artan təsiri
Həmçinin oxuyun
"Google" rəsmiləri vurğuladılar ki, süni intellekt artıq laboratoriyalarda araşdırma mövzusundan cib telefonları və internet kimi geniş yayılmış texnologiyaya keçib. Şirkət bildirib ki, bu səbəbdən süni intellektin əsas prinsiplərinə yenidən baxılmalıdır. Bununla belə, döyüş meydanlarında və müşahidə sistemlərində süni intellektin istifadəsi hələ də mübahisəli məsələdir. 2018-ci ildə "Google" əməkdaşları ABŞ Müdafiə Nazirliyi ilə həyata keçirilən “Project Maven” adlı süni intellekt layihəsinə qarşı çıxıb və minlərlə əməkdaşın imzaladığı petisiyadan sonra şirkət bu layihəni davam etdirməmək qərarına gəlib.
75 milyard dollar süni intellektə investisiya
"Google" süni intellektə investisiyalarını artırmağa davam edir. Şirkətin açıqladığı son maliyyə hesabatına görə, 2025-ci ildə süni intellekt layihələrinə 75 milyard dollar xərcləmək planlaşdırılır. Bu məbləğ bazar gözləntilərindən 29 faiz çoxdur. Digər tərəfdən, "Google"-un AI platforması Gemini, axtarış nəticələrində önə çıxaraq istifadəçilərə süni intellekt dəstəkli xülasələr təqdim edir. Şirkət süni intellektə əsaslanan axtarış və infrastruktur layihələri üzrə işlərini sürətləndirir. Alphabet-in maliyyə nəticələri gözləntilərin altında olsa da, rəqəmsal reklam gəlirlərindəki 10 faizlik artım diqqət çəkib. Xüsusilə ABŞ seçkiləri "Google"-un reklam gəlirlərini artıran mühüm amillər arasında idi.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

İsrailin Qəzzaya endirdiyi son zərbələr nəticəsində 18 nəfər həlak olub
İsrailin Qəzza zolağına endirdiyi son zərbələr nəticəsində 18 nəfər həlak olub.Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.Bildirilib ki, İsrail hərbçiləri anklavın cənubundakı Rəfah şəhəri ərazisində təcili yardım maşınına zərbə endirib.
23 Mart 2025, 09:03

İtaliya "Starlink" ilə danışıqları dayandırıb
İtaliyanın müdafiə naziri Guido Crosetto hökumətin İlon Maska məxsus "Starlink" şirkəti ilə apardığı danışıqları dayandırdığını açıqlayıb.Citypost.az xəbər verir ki, bu barədə o, “La Repubblica”ya müsahibəsində bildirib.Nazir "Starlink" proqramının hərbi və hökumət məqsədləri üçün istifadəsinə dair müzakirələrin başa çatdığını bildirib. O, bu qərarı geosiyasi gərginlik və Maskın ictimai bəyanatları ilə əlaqələndirib.Crosetto layihənin texniki müzakirələrinin Maskın şəxsiyyəti ilə bağlı mübahisələrə yönəldiyini qeyd edərək, yekun qərarın texniki meyarlar və milli maraqlara əsaslanmalı olduğunu vurğulayıb.Bundan əlavə, nazir elektrik avtomobillərinə maraq göstərmədiyini, ənənəvi mühərriklərdən, xüsusilə Eni şirkətinin istehsal etdiyi aşağı emissiyalı yanacaqlarla mümkün qədər uzun müddət istifadə etməyə üstünlük verdiyini bildirib.Mask haqqında fikirlərini bölüşən Crosetto onu...
22 Mart 2025, 17:00

Zelenski Donetskə getdi
Ukrayna Prezidenti Vladimir Zelenski Donetsk vilayətinə gedib.Citypost.az xəbər verir ki, o, bu barədə özünün Teleqram kanalında məlumat yayıb.
22 Mart 2025, 16:24

“Twitter”in loqosu hərracda 35.000 dollara satılıb
Tanınmış iş adamı İlon Mask tərəfindən alındıqdan sonra şirkətin San-Fransiskodakı baş ofisindən çıxarılan “Twitter“in mavi quş şəklindəki loqosu hərracda təxminən 35 min dollara satılıb.Citypost.az xəbər verir ki, bu haqda “Associated Press“ agentliyi məlumat verib. Məlumata görə nadir və kolleksiya əşyaları üzrə ixtisaslaşan “RR Auction” hərrac evi 254 kq ağırlığı, 3,7 - 2,7 m ölçüyə sahib lövhənin 34 375 dollara satıldığını açıqlayıb.Qeyd edək ki, Musk bundan əvvəl “Twitter“in keçmiş ofisindən digər əşyaları, o cümlədən lövhələr, mallar, həmçinin mətbəx avadanlığı və ofis mebellərini hərraca çıxarmışdı....
22 Mart 2025, 09:24

Tramp Bayden ailəsinin məxfi sənədlərə girişini ləğv edib
ABŞ prezidenti Donald Tramp ABŞ-ın sabiq prezidenti Co Bayden və onun ailə üzvlərinin məxfi sənədlərə girişini ləğv edib.Citypost.az xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında məlumat verilib.“Aşağıdakı şəxslərin məxfi məlumatlara çıxışı daha milli maraqlara uyğun deyil: Entoni Blinken, Hillari Klinton, Kamala Harris, Cozef R. Bayden və kiçik Cozef R. Baydenin ailəsinin hər hansı digər üzvü”, - sərəncamda deyilir.Siyahıda sabiq milli təhlükəsizlik müşaviri Ceykob Sallivan, ABŞ-ın sabiq vitse-prezidenti Dik Çeyninin qızı Elizabet və bir çox başqalarının da adları daxil edilib.Həmin şəxslərə ABŞ-ın bir sıra mühafizə olunan obyektlərinə daxil olmaq da qadağandır....
22 Mart 2025, 09:03
Gecə ərzində Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub
Gecə ərzində Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, martın 20-dən 21-nə keçən gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Basarkeçər və Çəmbərək rayonları istiqamətlərindən Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.
21 Mart 2025, 11:32