Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub  

Hadisə 18 Mart 2025, 11:45

1373

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyindən Citypost.az-a verilən xəbərə görə, martın 18-i saat 08:55 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azad edilmiş ərazilərdə daha 77 mina, 274 PHS aşkarlanıb  

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (05.05.2025 - 11.05..2025) açıqlanıb.Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) 

12 May 2025, 16:01

Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüləri həbs edilib 

Paytaxt ərazisində avtoxuliqanlıq hərəkətləri edən motosiklet sürücüləri həbs edilib.Bu barədə  Bakı Şəhər DYPİ-dən məlumat verilib.Bildirilib ki, Bakı Şəhər DYP İdarəsinin və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüləri-Baba Məlikov, Nicat Şirinov, Şamil Həsənov və Emir Xozin saxlanılıb.Sürücülər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.Məhkəmənin qərarı ilə B.Məlikovun və Ş.Həsənovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və onlar, 15 gün inzibati qaydada həbs edilib. Bununla yanaşı N.Şirinov da...

12 May 2025, 10:41

Evdən 22 min dollar oğurlayan şəxslər saxlanılıblar

Naxçıvan Muxtar Respublikasında (MR) evdən 22 min dollar oğurlayan şəxslər saxlanılıblar.Muxtar respublikanın Şərur rayonu ərazisində yerləşən evlərin birindən 22 min 800 dolların oğurlanması barədə polisə məlumat daxil olub.Şərur Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən 31 yaşlı Rauf Zeynalzadə və Məhəmməd Mahmudov saxlanılıblar.Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

12 May 2025, 10:39

Şəkidə yük avtomobili ilə mikroavtobusun toqquşması nəticəsində 7 nəfər xəsarət alıb

Şəkidə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 7 nəfərin şəxsiyyəti müəyyən edilib.Xəsarət alanlardan 5 nəfəri "Mercedes Vito" markalı mikroavtobusda olan Balakən rayon sakinləridir. Onlar aşağıdakılardır:- 1986-cı il təvəllüdlü Asif Vaqif oğlu Gündüzzadə (mikroavtobusun sürücüsü);- 1992-ci il təvəllüdlü Turqut Lütvəli oğlu Əliyev;- 2019-cu il təvəllüdlü Kənan Səxavət oğlu Qədirzadə;- 1962-ci il təvəllüdlü Tükəz Usub qızı İsgəndərova;- 1961-ci il təvəllüdlü Yetər Bayram qızı Ocaqverdiyeva;Digər iki yaralı isə "Ford" markalı xırda tutumlu yük avtomobilinin sürücüsü, Şəki rayon sakini 1987-ci il təvəllüdlü Elşən Cəmaləddin oğlu Məmmədov və onun 2013-cü il təvəllüdlü oğlu Əli Məmmədlidir.Yaralıların hamısı Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə...

10 May 2025, 21:45

Ağdamda qadını ilan sancıb 

Ağdamda qadını ilan sancıb.Hadisə rayonun İmamqulubəyli kəndində baş verib.Belə ki, kənd sakini, 1988-ci il təvəllüdlü Quliyeva Naibə Mönsum qızını yaşadığı evin həyətində zəhərli ilan sancıb. O, Ağdam mərkəzi rayon xəstəxanasına yerləşdirilib. İlkin tibbi yardım göstərildikdən sonra o, reanimasiya şöbəsinə yerləşdirilib.Xəstəxanadan əldə olunan məlumata görə, yaralının vəziyyətində dəyişikliklər olmasa o Paytaxtda yerləşən taksologiya mərkəzinə köçürülə bilər.

09 May 2025, 20:15

Beynəlxalq axtarışa verilmiş daha 4 şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib 

Beynəlxalq axtarışa verilmiş daha 4 şəxs Azərbaycana ekstradisiya edilib.Bu barədə  Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Yolçuyev Anar Elmar oğlu, Məlikli Reyhan Mirbala qızı, Aslanov Zamiq Qurbanəli oğlu və Zaxarov Elşən Musa oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.Həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar...

08 May 2025, 15:20