DİN-dən əməliyyat: saxlanılanlar var - VİDEO
Hadisə 26 May 2025, 18:44

2363
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları narkotiklərin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar keçiriblər.
CityPost.az xəbər verir ki, tədbirlər zamanı Nəsrulla Həbiyev, Hacıağa Əkbərov, Elşad Əliyev, Sənan Qaracayev, Mahir Haşımov, Tural İbrahimov, Məhbub Həsənli, Qurban Muradov və Şahin Zamanov saxlanılıblar.
Bu şəxslərdən ümumilikdə 16 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.
Həmçinin oxuyun
Faktlarla bağlı Qaradağ RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.
Saxlanılan şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Füzulidə kanalda batan şəxsin kimliyi məlum olub
Füzulidə su kanalında batan şəxsin kimliyi məlum olub.Füzuli rayonu Kərimbəyli kənd sakini 2009-cu il təvəllüdlü Nağızadə Nihad Vüqar oğlu kənd ərazisindən keçən beton kanalda batıb.Hazırda faktla bağlı araşdırmalar aparılır.
26 İyun 2025, 12:02

Dünən bank kartlarından oğurlanan vəsait açıqlanıb
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara kiberdələduzluq halları ilə bağlı növbəti dəfə çağırış edib.Nazirlikdən
25 İyun 2025, 13:16

Naxçıvan Səfərbərlik Xidmətinin sabiq rəisinə hökm oxunub
Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi polkovnik Mirzə Cəlilovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.CityPost.az xəbər verir ki, bu gün Naxçıvan Hərbi Məhkəməsində hakim İlham İbrahimovun sədrlik etdiyi prosesdə çıxışlar olub.Məhkəmə baxışı zamanı Mirzə Cəlilovun özü-özünə polkovnik rütbəsi verməsi ilə bağlı vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunduğu da müəyyən edilib.Dövlət ittihamçısı çıxışında Mirzə Cəlilovun vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və rüşvət almaqda təqsirli bilinməklə 10 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.Təqsirləndirilən şəxsin vəkili Vüsal Həsənov çıxış edərək həmin dövrdə olan vəziyyətlərin nəzərə alınmasını, cəzanın yüngülləşdirilməsini, AR Cinayət Məcəlləsinin...
24 İyun 2025, 17:59

"Bakı Kart"ın vəzifəli şəxsi cərimə olundu
Azərbaycan Mərkəzi Bankı (AMB) Azərbaycan paytaxtının ictimai nəqliyyatında istifadə olunan "Bakı Kart"ın operatoru - K Group MMC-nin vəzifəli şəxsini cərimə edib.AMB-dən
24 İyun 2025, 15:13

Sevinc Həmidovanın barəsindəki iş məhkəməyə göndərildi
Onun 3 ilədək azadlıqdan məhrum ediləcəyi gözlənilir.Alimenti ödəmədiyinə görə keçmiş həyat yoldaşından şikayət edən Həmidov Rasim barədə məlumat vermişdik.CityPost.az xəbər verir ki, bu günlərdə əslən Laçın rayonundan olan keçmiş məcburi köçkün Rasim Həmidov Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin müstəntiqi Seymur Xəlilovun dəvəti ilə Ədliyyə Nazirliyində olub.Rasim Həmidovun sözlərinə görə,O,Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə çağrılıb.Çağırış onun şikayəti əsasında keçmiş həyat yoldaşı Sevinc Həmidova barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə başlanmış, 253300021 nömrəli cinayət işinin istintaqının yekunlaşması ilə bağlı olub.Rasim Həmidov qanunverciliyin tələblərinə uyğun olaraq onun şikayəti əsasında keçmiş arvadı Sevinc Həmidova barəsində başlanmış cinayət işi ilə tanış olub...
23 İyun 2025, 13:21

İsmayıllıda oğlunun bıçaqladığı şəxs xəstəxanada ölüb
İsmayıllı rayonunda bir neçə gün əvvəl bıçaqlanan şəxs ölüb.Söyüşə görə oğlu tərəfindən bıçaqlanan B.Əzizov aldığı xəsarətlərdən dünən xəstəxanada həyatını itirib.Xatırladaq ki, oğul atasının boyun nayihəsinə bıcaqla zərbə endirmişdi.Faktla bağlı araşdırma aparılır.
23 İyun 2025, 10:34