Bizə yazın

Baku

-°C

USD

-

"Bakı Kart"ın vəzifəli şəxsi cərimə olundu  

Hadisə 24 İyun 2025, 15:13

308

Azərbaycan Mərkəzi Bankı (AMB) Azərbaycan paytaxtının ictimai nəqliyyatında istifadə olunan "Bakı Kart"ın operatoru - K Group MMC-nin vəzifəli şəxsini cərimə edib.

AMB-dən CityPost.az-a verilən məlumata görə, buna səbəb “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 7.3-cü maddəsinin tələbinin (Pul vəsaitlərinin təhlükəsizliyinin təmin olunması) pozulmasıdır. Odur ki, “K Group”un vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 439-2.2.-ci maddəsinə müvafiq olaraq 2 000 manat cərimə olunub.

Xatırladaq ki, "K Group" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Dünən bank kartlarından oğurlanan vəsait açıqlanıb  

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara kiberdələduzluq halları ilə bağlı növbəti dəfə çağırış edib.Nazirlikdən 

25 İyun 2025, 13:16

Naxçıvan Səfərbərlik Xidmətinin sabiq rəisinə hökm oxunub  

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi polkovnik Mirzə Cəlilovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.CityPost.az xəbər verir ki, bu gün Naxçıvan Hərbi Məhkəməsində hakim İlham İbrahimovun sədrlik etdiyi prosesdə çıxışlar olub.Məhkəmə baxışı zamanı Mirzə Cəlilovun özü-özünə polkovnik rütbəsi verməsi ilə bağlı vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunduğu da müəyyən edilib.Dövlət ittihamçısı çıxışında Mirzə Cəlilovun vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və rüşvət almaqda təqsirli bilinməklə 10 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.Təqsirləndirilən şəxsin vəkili Vüsal Həsənov çıxış edərək həmin dövrdə olan vəziyyətlərin nəzərə alınmasını, cəzanın yüngülləşdirilməsini, AR Cinayət Məcəlləsinin...

24 İyun 2025, 17:59

Sevinc Həmidovanın barəsindəki iş məhkəməyə göndərildi    

Onun 3 ilədək azadlıqdan məhrum ediləcəyi gözlənilir.Alimenti ödəmədiyinə görə keçmiş həyat yoldaşından şikayət edən Həmidov Rasim barədə məlumat vermişdik.CityPost.az   xəbər  verir    ki, bu günlərdə əslən Laçın rayonundan olan keçmiş məcburi köçkün Rasim Həmidov Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin müstəntiqi Seymur Xəlilovun dəvəti ilə Ədliyyə Nazirliyində olub.Rasim Həmidovun sözlərinə görə,O,Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə çağrılıb.Çağırış onun şikayəti əsasında keçmiş həyat yoldaşı Sevinc Həmidova barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə başlanmış,  253300021 nömrəli cinayət işinin istintaqının yekunlaşması ilə bağlı olub.Rasim Həmidov qanunverciliyin tələblərinə uyğun olaraq onun şikayəti əsasında keçmiş  arvadı Sevinc Həmidova barəsində başlanmış cinayət işi ilə tanış olub...

23 İyun 2025, 13:21

İsmayıllıda oğlunun bıçaqladığı şəxs xəstəxanada ölüb 

İsmayıllı rayonunda bir neçə gün əvvəl bıçaqlanan şəxs ölüb.Söyüşə görə oğlu tərəfindən bıçaqlanan B.Əzizov aldığı xəsarətlərdən dünən xəstəxanada həyatını itirib.Xatırladaq ki, oğul atasının boyun nayihəsinə bıcaqla zərbə endirmişdi.Faktla bağlı araşdırma aparılır.

23 İyun 2025, 10:34

İsrail İranda altı aerodroma hücum edib 

İsrail Müdafiə Ordusu İranın qərb, şərq və mərkəz hissələrində altı aerodroma zərbə endirib.Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb."İranın hava məkanında üstünlüyü gücləndirmək səyləri çərçivəsində İsrail Müdafiə Ordusu İranın qərb, şərq və mərkəz hissələrində altı aerodroma hücum edib. Zərbələr nəticəsində uçuş-enmə zolaqları, yeraltı obyektlər, yanacaqdoldurma təyyarəsi zədələnib. Pilotsuz uçuş aparatları 15 qırıcı təyyarə və helikopteri məhv edib", - bəyanatda deyilir.

23 İyun 2025, 10:33

İsrailin zərbəsi nəticəsində SEPAH-ın yeddi hərbçisi həlak olub 

İsrailin İranın şərqində yerləşən Yəzd vilayətinə endirdiyi hava zərbəsi nəticəsində İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) daha yeddi hərbçisi həlak olub.Bu barədə “Fars” agentliyi məlumat yayıb.Məlumata görə, SEPAH üzvləri ilə yanaşı, iki çağırışçının da həyatını itirdiyi bildirilir.Hadisənin təfərrüatları açıqlanmır.“ISNA” agentliyinin məlumatına əsasən, insident nəticəsində bir neçə nəfər də yaralanıb.

22 İyun 2025, 22:50