Qadın evdə doğuş etdi, körpəsi öldü
Hadisə 28 May 2025, 13:30

497
Sumqayıtda 23 yaşlı qadın evdə doğuş edib, körpəsi ölüb.
CityPost.az Report-a istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini, 2002-ci il təvəllüdlü Sevil Səlimova yaşadığı evdə həkim nəzarəti olmadan doğuş edib.
İlkin məlumata görə, 30 həftəlik hamilə qadın ev şəraitində baş verən doğuş zamanı ölü körpə dünyaya gətirib.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən isə bildirilib ki, ötən gün saat 05:23-də Ceyranbatan qəsəbəsindən təcili tibbi yardım xidmətinə çağırış daxil olub:
Həmçinin oxuyun
"Çağırış əsasında saat 05:35-də ünvana təcili tibbi yardım briqadası cəlb edilib. Hadisə yerində 23 yaşlı qadının vaxtından əvvəl doğuş keçirdiyi müəyyən edilib. Təcili tibbi yardım briqadası hadisə yerinə çatdıqda dölün həyat əlamətləri müşahidə edilməyib və ölü doğuş halı qeydə alınıb. Müvafiq qaydalara uyğun olaraq, həkimə qədər ölüm faktı qeydə alınıb.
Hadisə ilə bağlı müvafiq araşdırmalara başlanılıb”.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Ağsuda avtomobil aşıb, ölən var
Ağsuda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Citypost.az xəbər verir ki, bir neçə gün əvvəl 1992-ci il təvəllüdlü Abdullayev Radim Əlbaba oğlu idarə etdiyi “Mercedes Benz E220 minik” markalı avtomobili ilə hərəkət edərkən idarəetməni itirib və yoldan çıxaraq aşıb.Sürücü R.Abdullayev aldığı müxtəlif dərəcəli bədən xəsarətləri nəticəsində Ağsu Rayon Mərkəzi Xəstəxanasında ötən gün ölüb.Fakta görə cinayət işi başlanılıb.
30 May 2025, 10:45

Külli miqdarda narkotik məhv edilib - VİDEO
Külli miqdarda narkotik vasitə, psixotrop maddə və onların prekursorları məhv edilib.CityPost.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.Məlumata görə, mayın 29-da Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və dövlət orqanlarının əməkdaşlarından ibarət komissiya üzvlərinin iştirakı ilə müsadirə olunmuş müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının məhv edilmə prosesi həyata keçirilmişdir.Tədbir zamanı Dövlət Sərhəd Xidməti tərəfindən 32 məhkəmə hökmü üzrə qanunsuz dövriyyədən çıxarılan 395 kiloqram 423,77 qram müxtəlif xassəli narkotik vasitə, 10825 ədəd və 810 ml narkotik tərkibli Metadon M-40, 4061 ədəd güclü təsiredici maddə məhv edilmə prosesi...
29 May 2025, 15:15

Azərbaycan Ordusunun hərbçisi Kəlbəcərdə minaya düşüb
Hərbi qulluqçumuz Kəlbəcər rayonunda minaya düşüb.CityPost.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Məlumata görə, mayın 29-da saat 10:10 radələrində Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin əraziləri mina və partlamamış döyüş sursatlarından təmizləməsi zamanı hərbi qulluqçumuz Sadıqov Xudaverdi Həsən oğlu ermənilər tərəfindən basdırılmış piyada əleyhinə minaya düşərək sol ayağından xəsarət alıb: "Dərhal ilkin tibbi yardım göstərilən hərbi qulluqçumuz ixtisaslı müayinə və müalicə olunması üçün yaxınlıqdakı hərbi hospitala təxliyə olunub"....
29 May 2025, 13:16

Araz Musayev Türkiyədə bıçaqlandı - Video
Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev bıçaqlanıb.Citypost.az Unikal-a istinadən xəbər verir ki, hadisə Türkiyənin Antalya bölgəsində baş verib.Bununla bağlı yayılan videoda A. Musayevə ətrafdakı şəxslər tərəfindən yardım edildiyi görünür. Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil. A. Musayev Antalyada Kəmər Dövlət Xəstəxanasına yerləşdirilib, həkimlər onun vəziyyətini ağır qiymətləndirir.Xatırladaq ki, A. Musayev barəsində mətbuatda bir neçə qalmaqallı məqalə yayımlanmışdı. Jurnalistləri hədələdiyi üçün Araz Musayev ötən il fövqəladə hallar orqanlarından xaric edilib....
28 May 2025, 18:19

Bakı Baş Səhiyyə Mərkəzinin əməkdaşı həbs edildi
Bakıda sərxoş şəxs ona nisyə spirtli içki verməyən mağaza sahibini bıçaqlayıb. Oxu24.com Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsi, "Zeytun Sovxozu" adlanan ərazidə baş verib. Qəsəbə ərazisində məskunlaşan, Bakı Baş Səhiyyə Mərkəzində fəhlə işləyən Hamlet Ağayev (soyad şərtidir) axşam saatlarında məhəllələrində yerləşən mağazaya gəlib. Hamlet orada mağaza sahibi Şahin Hüseynov və digər tanışları ilə spirtli içki qəbul edəndən sonra evinə gedib. Təxminən yarım saatdan sonra Hamlet yenidən mağazaya qayıdaraq satıcıdan nisyə spirtli içki istəyib. Mağaza müdiri olan Şahin ona spirtli içki verməyib. Bundan əsəbiləşən Hamlet evinə gedərək bıçaq götürüb geri qayıdıb. O, bıçaqla mağazaya daxil olaraq satıcıdan araq tələb edib. Bunu görən...
28 May 2025, 12:58

Dəhşətli hadisə: Yanıb öldü
Şəmkir sakini yanaraq ölüb.Hadisə rayonun Səməd Vurğun qəsəbəsində qeydə alınıb.Belə ki, həmin qəsəbənin sakini, 1967-ci il təvəllüdlü Namiq Qurbanov yaşadığı ünvanda məişət tullantılarını yandıran zaman, ocağa benzin tökərkən ehtiyatsızlıqdan termiki yanıq xəsarətləri alıb.Zərərçəkən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.Faktla bağlı araşdırma aparılır.
27 May 2025, 12:02