İmtahan verəcək abituriyentlərin nəzərinə!
Cəmiyyət 25 İyun 2025, 14:00

215
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 6-da II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirəcək.
DİM-dən CityPost.az-a bildirilib ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.
Abituriyentlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər.
İmtahan iştirakçıları “dim.gov.az” saytı ilə yanaşı, “my.gov.az” portalı və ya “mygov” mobil tətbiqi vasitəsilə də DİM-in “Namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi” xidmətindən istifadə edə bilərlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.
Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- imtahana buraxılış vərəqəsi;
- şəxsiyyəti təsdiq edən sənədin əsli:
Həmçinin oxuyun
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Qeyd edək ki, imtahanlar saat 10:00-da başlanacaq. Saat 09:45-dən sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
İmtahan qaydaları ilə daha ətraflı “Yaddaş kitabçası”nda tanış olmaq mümkündür.
III ixtisas qrupuna aid DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyulun 13-də keçiriləcək və həmin imtahan üçün buraxılış vərəqəsi növbəti həftəsonu DİM-in saytına yerləşdiriləcək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Tarixə düşən adam: "Dünyanın ən kasıb prezidenti" niyə 4 dəfə həbs olunmuşdu?
Xose Alberto Muxika Kordano 1935-ci ildə Uruqvayın paytaxtı Montevideoda anadan olub və gəncliyində repressiyalara qarşı çıxan "Tupamaros" partizan hərəkatının fəal üzvü kimi fəaliyyət göstərib. Bu səbəbdən o, 4 dəfə həbs olunub.1985-ci ildə amnistiya ilə azadlığa buraxılan Xose Muxika sonradan siyasi fəaliyyətə başlayaraq parlamentə və Senata üzv seçilib. 2010-2015-ci illərdə Uruqvayın prezidenti kimi xidmət edən X.Muxika sadə həyat tərzi, xeyriyyəçiliyi və təvazökarlığı ilə tanınıb. Kiçik bir fermada yaşamış X.Muxikanı "dünyanın ən kasıb prezidenti" adlandırıblar.Prezidentliyi dövründə təhsil, narkotiklə mübarizə sahələrində mühüm qərarlar qəbul edən X.Muxika 2025-ci il mayın 13-də xərçəng xəstəliyindən vəfat edib. Onun ölümü ilə əlaqədar Uruqvayda üçgünlük matəm elan edilib.Ətraflı...
25 İyun 2025, 16:24

Qeyri-iş günlərində avtovağzallar gücləndirilmiş rejimdə çalışacaq
Silahlı Qüvvələr Günü və qeyri-iş günləri (26-29 iyun) ilə əlaqədar bütün avtovağzal və avtostansiyalar gücləndirilmiş rejimdə çalışacaq.Bu barədə
25 İyun 2025, 13:45

Hava yağmursuz keçəcək - SABAHIN HAVASI
Sabahın havası açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən
25 İyun 2025, 13:30

Bakı metrosu yay hərəkət qrafikinə keçib
Tədris ilinin yekunlaşması, yay mövsümünün başlanması və nəticədə sərnişin axınının azalması ilə əlaqədar “Bakı Metropoliteni” QSC tərəfindən qatarların hərəkət qrafikinə dəyişiklik edilib.Bu barədə
25 İyun 2025, 12:48

Güzəştli mənzilin əldə edilməsinə dair yeni şərt müəyyənləşib
“Güzəştli mənzil” sistemi vasitəsilə mənzil seçildikdən sonra onun dəyərini öz vəsaiti hesabına əldə etmək niyyətini bildirmiş ərizəçinin seçdiyi ödəniş üsulunun ipoteka krediti hesabına ödəniş üsuluna dəyişdirilməsinə yol verilməyəcək.CityPost.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda edilən dəyişiklikdə əksini tapıb.
24 İyun 2025, 17:44

Küləkli hava şəraiti axşam saatlarında zəifləyəcək
İyunun 24-ü saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.Milli Hidrometeorologiya Xidmətindən
24 İyun 2025, 16:08