Bizə yazın

Baku

-°C

USD

-

Şəmkirdə minik avtomobili ağaca çırpılıb, 2 nəfər ölüb

Hadisə 14 Sentyabr 2025, 11:06

165

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

FHN-dən  CityPost.az-a  verilən xəbərə görə, məlumatla əlaqədar qəza yerinə nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” markalı minik avtomobili yol kənarında ağaca çırpılıb və 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İcra başçısı 60-a yaxın vətəndaşın torpağını əlindən aldı – QARŞIDURMA 

Qaradağ Rayon İcra Hakimiyyəti vaxtilə vətəndaşlara torpaq sahəsi ayrılması barədə verdiyi sərəncamları tanımaq istəmir. Belə ki, illər əvvəl torpaq sahəsi alan və ətrafına hasar çəkən 60-a yaxın vətəndaşa ev tikməyə icazə verilməyib. Bu azmış kimi torpaq sahəsinin ətrafına çəkilmiş hasarlar İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə ekskavatorla tamamilə dağıdılıb. Aldığı torpaq sahəsinə hüquqları tanınmayan vətəndaşlardan biri də Qaradağ rayonu, Qızıldaş qəsəbəsi sakini Rauf Cəfərovdur.Onun Bakupost.az -a bildirdiyinə görə,1 fevral 2000-ci ildə Qaradağ Rayon İcra Hakimiyyətinin sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ona 6 sot torpaq sahəsi ayrılıb:“Əlavə pul ödəmədiyim üçün həmin dövrdə mənə Lökbatanın ən ucqar yerində – qayanın dibində,...

14 Sentyabr 2025, 13:19

Azərbaycan "qırmızı bülleten"lə axtarılan şəxsi Türkiyəyə təhvil verib 

Azərbaycan "qırmızı bülleten"lə axtarılan şəxsi Türkiyəyə təhvil verib.Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlkikaya "X" hesabında yazıb.O bildirib ki, qəsdən adam öldürməyə görə beynəlxalq səviyyədə axtarışda olan İ.C. adlı şəxs Azərbaycandan Türkiyəyə aparılıb.Nazirin sözlərinə görə, ümumilikdə altısı "qırmızı bülleten"lə axtarılan səkkiz nəfər Gürcüstan, Azərbaycan, Almaniya, Avstriya, Şimali Makedoniya və İrlandiyadan Türkiyəyə təhvil verilib.

14 Sentyabr 2025, 11:49

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş- Dayısı arvadı xilas ola bilməyib... 

Gəncədə dayısı arvadını öldürərək dayısının arvadına ağır xəsarət yetirən 43 yaşlı Rəşad Abbasov uzunmüddətli həbsə məhkum edilib.“Qafqazinfo” istintaq materiallarından sözügedən hadisənin necə baş verdiyini öyrənib.Araşdırma nəticəsində məlum olub ki, hadisənin kökündə uzun illər davam edən ailədaxili münaqişələr dayanıb.Rəşad ifadəsində deyib ki, qohumları bir neçə dəfə barışıq və ayrı ev vədi versələr də, heç biri reallaşmayıb. Bu səbəbdən onunla həyat yoldaşı arasında münasibətlər soyuyub. Bu və digər səbəblər də yekunda boşanmaya gətirib çıxarıb. O, boşanmaya qədərki dövrdə dəfələrlə barışmağa cəhd göstərdiyini əlavə edib. Hətta dayısından həyat yoldaşı ilə barışıq üçün vasitəçilik xahiş etsə də, “danışdım, qayınanan razı deyil” cavabını alıb. Bu...

12 Sentyabr 2025, 16:10

Bakıda 35 min manatlıq dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb 

Bakıda 35 min manatlıq dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.Bu barədə   Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, Binəqədi və Nəsimi rayonlarında dələduzluq faktları qeydə alınıb. İki paytaxt sakininin etibarından sui-istifadə edilməklə ümumilikdə 35 min 500 manatı ələ keçirilib. Bu barədə zərərçəkənlər polisə müraciət ediblər.Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən 36 yaşlı A.Sadıqov, tanışı 38 yaşlı N.Məlikov və 24 yaşlı M.Quliyev saxlanılıblar.Faktlarla bağlı araşdırmalar davam etdirilir....

12 Sentyabr 2025, 14:49

"6 milyon dolları böldük" - DTX-nın saxladığı Fransa şirkətinin vitse-prezidentinin məhkəməsi 

Külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunan Fransanın “SAUR” şirkətinin vitse-prezidenti Anass Derrazın barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.CityPost.az   xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarını cavablandırıb.A.Derraz ixtisasca mühəndis olduğunu bildirib. Dövlət ittihamçısı isə ondan ixtisasca mühəndis olduğu halda, Fərhad Əhmədovun yaxtasına qoyulan həbsin götürülməsi ilə bağlı olan məhkəmə prosesində hüquq məsləhətçisi kimi necə çıxış etməsi barədə sual ünvanlayıb. A.Derraz bildirib ki, o, məhkəmə prosesində iştirak etməyib: “Mən hüquqşünas deyiləm, proseslərdə də iştirak etməmişəm. Sadəcə, məsləhətlər vermişəm. Fərhad...

12 Sentyabr 2025, 10:30

Azərbaycanda dəhşətli QƏZA : Dörd polis əməkdaşı həlak oldu 

Sentyabrın 12-də saat 5 radələrində Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.CityPost.az-ın  xəbərinə görə, rayon sakini, polis əməkdaşı Qüdrət Quliyevin idarə etdiyi BMW markalı avtomobilin aşması nəticəsində sürücü və 3 sərnişin hadisə yerində vəfat ediblər.Qeyd edək ki, qəzada həyatı itirənlərin hamısı polis əməkdaşlarıdır. Hadisənin yağıntılı hava şəraiti səbəbindən yolun sürüşkən olduğuna görə baş verdiyi ehtimal edilir.Faktla bağlı araşdırma aparılır.

12 Sentyabr 2025, 10:18