İcra başçısı 60-a yaxın vətəndaşın torpağını əlindən aldı – QARŞIDURMA
Hadisə 14 Sentyabr 2025, 13:19

210
Qaradağ Rayon İcra Hakimiyyəti vaxtilə vətəndaşlara torpaq sahəsi ayrılması barədə verdiyi sərəncamları tanımaq istəmir. Belə ki, illər əvvəl torpaq sahəsi alan və ətrafına hasar çəkən 60-a yaxın vətəndaşa ev tikməyə icazə verilməyib. Bu azmış kimi torpaq sahəsinin ətrafına çəkilmiş hasarlar İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə ekskavatorla tamamilə dağıdılıb. Aldığı torpaq sahəsinə hüquqları tanınmayan vətəndaşlardan biri də Qaradağ rayonu, Qızıldaş qəsəbəsi sakini Rauf Cəfərovdur.
Onun Bakupost.az -a bildirdiyinə görə,1 fevral 2000-ci ildə Qaradağ Rayon İcra Hakimiyyətinin sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ona 6 sot torpaq sahəsi ayrılıb:
“Əlavə pul ödəmədiyim üçün həmin dövrdə mənə Lökbatanın ən ucqar yerində – qayanın dibində, zibillik "gölü"nün üstündə torpaq verdilər. Mən dərhal həmin torpaq sahəsini hasara aldım. Hasarın şəkilləri var. Hətta peyk görüntülərində də açıq-aydın görünür”. pizza mizza
Şikayətçinin sözlərinə görə, son illərdə ətraf torpaq sahələrində ev tikintisi başlayanda o da ev tikmək istəyib. Lakin məlum olub ki, vaxtilə verilmiş sərəncam “unudulub”. Torpaq sahəsi rəsmi xəritədə qeyd edilmədiyindən problem yaranıb. Üstəlik, Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndələri vətəndaşa məxsus hasarı dağıdıblar:
“Buna qədər düz 15 il İcra Hakimiyyətinə gedib-gəldim, torpaq sahəsinin plan-çizgisini tələb etdim, hər dəfə bir bəhanə ilə məni süründürdülər. O dövrdə ətrafda nə yaşayış var idi, nə də tikinti. Kommunal xətlərin olmaması da tikinti işlərini mümkünsüz etmişdi”.
Rauf Cəfərov bildirib ki, baş verən qanunsuzluqla bağlı Qaradağ rayonu icra başçısı müavininin qəbulunda olanda oxşar problemlə üzləşən digər şəxslərin də olduğunu öyrənib:
“Onlar açıq şəkildə bildirdilər ki, bu cür sənədi olan 58 ərazi sökülüb. Yəni, təkcə mənim deyil, onlarla vətəndaşın haqqı əlindən alınıb. Sual yaranır: Qaradağ rayonunda torpaq sahələri qurtardığı üçün əvvəlki sərəncamlar ləğv edilir və həmin torpaqlar yeni sərəncamlarla başqalarına paylanılır? Əgər belədirsə, bu, vətəndaşın qanuni hüquqlarının açıq-aşkar pozulması deməkdir. Mənim rəsmi sərəncamım var, amma icra orqanları bu sənədi tanımır, üstəlik qanunsuz şəkildə hasarımı sökürlər".
Məsələ ilə bağlı Bakupost.az -a danışan hüquqşünas Ayxan Məmmədli bildirib ki, vətəndaşın Qaradağ rayonunda qarşılaşdığı məsələ uzun illərdir mövcud olan torpaq bölgüsü problemlərinin bir nümunəsidir:
“Azərbaycan qanunvericiliyinə görə, vətəndaşa rəsmi sərəncam əsasında torpaq sahəsi ayrılıbsa, bu sənəd hüquqi qüvvəyə malikdir və icra olunmalıdır. Əgər hər hansı səbəbdən sərəncam ləğv ediləcəksə, bu yalnız qanunla müəyyən edilmiş qaydada və əsaslandırılmış qərarla mümkündür. İcra orqanlarının “xəritədə yoxdur” arqumenti ilə vətəndaşın sənədini tanımaması ciddi suallar doğurur. Çünki xəritələrin dəqiqləşdirilməsi və qeydiyyat işlərinin aparılması dövlətin öhdəliyidir.
Torpaq sahəsinin üzərində illər əvvəl çəkilmiş hasarın xəbərdarlıq edilmədən sökülməsi də narahatlıq yaradır. Mülkiyyət hüququnun qorunması Konstitusiya ilə təsbit olunub və vətəndaşın uzun illər əvvəl əldə etdiyi hüququn birdən-birə tanınmaması ədalətsizlikdir. Bu səbəbdən məsələnin şəffaf və qanuna uyğun şəkildə həll olunması vacibdir”.
Həmçinin oxuyun
Hüquqşünasın sözlərinə görə, belə hallarda vətəndaşın atacağı ilk addım yenidən rəsmi qaydada Qaradağ Rayon İcra Hakimiyyətinə müraciət etmək, sərəncamın qüvvədə olduğunu təsdiqləyən cavab almaqdır:
“Əgər cavab qənaətbəxş olmazsa, Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edilə bilər. Daha sonra məsələni inzibati məhkəmədə qaldırmaq mümkündür. Məhkəmə həm sərəncamın tanınması, həm də söküntü nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı qərar çıxara bilər".
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətinin rəhbəri Ramiz İdrisoğlu Bakupost.az -a bildirdi ki, vaxtilə torpaq sahələrinin xəritəyə salınması ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi adlanan qurum məşğul olurdu, artıq həmin qurum ləğv olunub. Hazırda bu işlə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məşğul olur:
“Dövlət Şəhərsalma və Arxitektura Komitəsi heç vaxt torpaq sahələrinin xəritəyə salınması istiqamətində çalışmayıb”.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mətbuat katibi Elmar Yaqubov isə Bakupost.az-a açıqlamasında qeyd etdi ki, bu məsələ ilə bağlı suallar yerli icra hakimiyyətinə ünvanlanmalıdır:
“Yəqin ki, icra hakimiyyətinin vətəndaşa verdiyi sərəncamın nüsxəsi arxivlərində yoxdur, yaxud da eskiz layihəsi təqdim edilməyib. Yaxud sənədin orijinallığı ilə bağlı şübhə ola bilər. Amma bu suallara yalnız icra hakimiyyəti cavab verə bilər. Bizlik məsələ yoxdur. Vətəndaş hələ son mərhələyə çatmayıb, çıxarış hüququnu əldə etməyib. Əlindəki sənədlərlə ASAN Xidmətə müraciət etsin, sənədlər yoxlanılacaq. Əgər problem aşkarlanmasa, çıxarış veriləcək”.
Məsələ ilə bağlı Milli Arxiv İdarəsinə də sorğu göndərdik. Qurumdan Bakupost.az -a bildirildi ki, icra hakimiyyətlərinin sərəncam və qərarları əsasən, Milli Arxiv İdarəsinin Bakı filialına təhvil verilir:
“Vətəndaş ASAN Xidmətdə Milli Arxiv pəncərəsində ərizə yazıb cavab ala bilər”.
Göründüyü kimi, əksər dövlət qurumları vətəndaşın üzləşdiyi problemin Qaradağ Rayon İcra Hakimiyyətindən qaynaqlandığını və bütün suallara da onların aydınlıq gətirməli olduğunu deyirlər. Qaradağ Rayon İcra Hakimiyyətindən isə rəsmi sorğumuzun araşdırılacağını və müvafiq qaydada cavab veriləcəyini bildirdilər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Azərbaycan "qırmızı bülleten"lə axtarılan şəxsi Türkiyəyə təhvil verib
Azərbaycan "qırmızı bülleten"lə axtarılan şəxsi Türkiyəyə təhvil verib.Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlkikaya "X" hesabında yazıb.O bildirib ki, qəsdən adam öldürməyə görə beynəlxalq səviyyədə axtarışda olan İ.C. adlı şəxs Azərbaycandan Türkiyəyə aparılıb.Nazirin sözlərinə görə, ümumilikdə altısı "qırmızı bülleten"lə axtarılan səkkiz nəfər Gürcüstan, Azərbaycan, Almaniya, Avstriya, Şimali Makedoniya və İrlandiyadan Türkiyəyə təhvil verilib.
14 Sentyabr 2025, 11:49

Şəmkirdə minik avtomobili ağaca çırpılıb, 2 nəfər ölüb
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.FHN-dən CityPost.az-a verilən xəbərə görə, məlumatla əlaqədar qəza yerinə nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub.Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” markalı minik avtomobili yol kənarında ağaca çırpılıb və 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib....
14 Sentyabr 2025, 11:06

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş- Dayısı arvadı xilas ola bilməyib...
Gəncədə dayısı arvadını öldürərək dayısının arvadına ağır xəsarət yetirən 43 yaşlı Rəşad Abbasov uzunmüddətli həbsə məhkum edilib.“Qafqazinfo” istintaq materiallarından sözügedən hadisənin necə baş verdiyini öyrənib.Araşdırma nəticəsində məlum olub ki, hadisənin kökündə uzun illər davam edən ailədaxili münaqişələr dayanıb.Rəşad ifadəsində deyib ki, qohumları bir neçə dəfə barışıq və ayrı ev vədi versələr də, heç biri reallaşmayıb. Bu səbəbdən onunla həyat yoldaşı arasında münasibətlər soyuyub. Bu və digər səbəblər də yekunda boşanmaya gətirib çıxarıb. O, boşanmaya qədərki dövrdə dəfələrlə barışmağa cəhd göstərdiyini əlavə edib. Hətta dayısından həyat yoldaşı ilə barışıq üçün vasitəçilik xahiş etsə də, “danışdım, qayınanan razı deyil” cavabını alıb. Bu...
12 Sentyabr 2025, 16:10

Bakıda 35 min manatlıq dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Bakıda 35 min manatlıq dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, Binəqədi və Nəsimi rayonlarında dələduzluq faktları qeydə alınıb. İki paytaxt sakininin etibarından sui-istifadə edilməklə ümumilikdə 35 min 500 manatı ələ keçirilib. Bu barədə zərərçəkənlər polisə müraciət ediblər.Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən 36 yaşlı A.Sadıqov, tanışı 38 yaşlı N.Məlikov və 24 yaşlı M.Quliyev saxlanılıblar.Faktlarla bağlı araşdırmalar davam etdirilir....
12 Sentyabr 2025, 14:49

"6 milyon dolları böldük" - DTX-nın saxladığı Fransa şirkətinin vitse-prezidentinin məhkəməsi
Külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunan Fransanın “SAUR” şirkətinin vitse-prezidenti Anass Derrazın barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.CityPost.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarını cavablandırıb.A.Derraz ixtisasca mühəndis olduğunu bildirib. Dövlət ittihamçısı isə ondan ixtisasca mühəndis olduğu halda, Fərhad Əhmədovun yaxtasına qoyulan həbsin götürülməsi ilə bağlı olan məhkəmə prosesində hüquq məsləhətçisi kimi necə çıxış etməsi barədə sual ünvanlayıb. A.Derraz bildirib ki, o, məhkəmə prosesində iştirak etməyib: “Mən hüquqşünas deyiləm, proseslərdə də iştirak etməmişəm. Sadəcə, məsləhətlər vermişəm. Fərhad...
12 Sentyabr 2025, 10:30

Azərbaycanda dəhşətli QƏZA : Dörd polis əməkdaşı həlak oldu
Sentyabrın 12-də saat 5 radələrində Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.CityPost.az-ın xəbərinə görə, rayon sakini, polis əməkdaşı Qüdrət Quliyevin idarə etdiyi BMW markalı avtomobilin aşması nəticəsində sürücü və 3 sərnişin hadisə yerində vəfat ediblər.Qeyd edək ki, qəzada həyatı itirənlərin hamısı polis əməkdaşlarıdır. Hadisənin yağıntılı hava şəraiti səbəbindən yolun sürüşkən olduğuna görə baş verdiyi ehtimal edilir.Faktla bağlı araşdırma aparılır.
12 Sentyabr 2025, 10:18