Azərbaycanda "Nürnberq prosesi" başlayıb -YENİLƏNİB-VİDEO
Hadisə 17 Yanvar 2025, 12:29

1197
Müxtəlif hərbi cinayətlərdə ittiham olunan ermənilərin məhkəməsi başlayıb.
Citypost.az xəbər verir ki, Ermənistanın və onun aləti olan, birbaşa Ermənistan dövləti tərəfindən idarə olunan, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış "Dağlıq Qarabağ Respublikası"nın qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana qarşı törədilmiş qanunsuz əməllərə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baxılır.
***
07.00
Bu gün Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan ermənilərin məhkəməsi başlayır.
Citypost.az xəbər verir ki, Ermənistanın və onun aləti olan, birbaşa Ermənistan dövləti tərəfindən idarə olunan, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış "Dağlıq Qarabağ Respublikası"nın qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana qarşı törədilmiş qanunsuz əməllərə dair cinayət işinə Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baxılacaq.
Azərbaycan xalqına qarşı etnik təmizləmə və ərazilərin işğalının birbaşa Ermənistan Silahlı Qüvvələri tərəfindən həyata keçirildiyini, işğal olunmuş ərazilərdə yaradılan xuntanın və hərbi birləşmələrin birbaşa Ermənistan tərəfindən maliyyələşdirildiyi, silahlandırıldığı və idarə edildiyini nəzərə alsaq, Bakıda başlayan “Nürnberq prosesi”ndə əsas faktor Ermənistan dövlətinin məsuliyyətinin təsbit edilməsi olacaq.
Azərbaycan Respublikası və xalqına qarşı törədilən təcavüz aktı, işğal, soyqırım, sülh və insanlıq əleyhinə digər cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işinin istintaqı aparılıb.
2 may 2024-cü il tarixdə Azərbaycan Respublikasının Baş prokurorunun qərarı ilə 1987-ci ilin oktyabr ayından 22 aprel 2024-cü il tarixədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş Prokurorluq və Respublikanın ayrı-ayrı istintaq qurumlarında istintaq edilən 1389 cinayət işi bir icraatda birləşdirilib və Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərlik etdiyi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət tərkibdə istintaq olunub.
Toplanmış mötəbər sübutlar əsasında ümumilikdə 2548 epizod üzrə Ermənistan Respublikası Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittham olunan 15 nəfər - Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robertiyə cinayətkar birlikdə iştirak etdiyi dövrlərə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhv etmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb olunub, hər birinin müdafiə, bildiyi dilindən istifadə etmək və digər prosessual hüquqları təmin edilib.
Təqsirləndirilən şəxslər vəkillə təmin edilib.
Habelə, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Həm ibtidai istintaqın gedişində, həm də ibtidai istintaq tamamlandıqdan sonra təqsirləndirilən şəxslər tərəfindən verilmiş vəsatət və şikayətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib, iş üzrə təqsirləndirilən şəxslərə və cinayət prosesinin digər iştirakçılarına ibtidai istintaqın qurtarması barədə məlumat verilib, onlar cinayət işinin bütün materialları ilə tanış edilib.
Həmçinin oxuyun
Eyni zamanda çoxsaylı cinayətlər törətməkdə ittiham olunan digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılaraq ibtidai istintaq davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bu istintaq işi ilə əlaqədar qeyd olunan epizodlar üzrə şübhəli bilinən, eləcə də şahid qismində bir çox şəxslərin Ermənistan Respublikasının ərazisində olmasına ciddi əsasları rəhbər tutaraq, Ermənistan Respublikasının aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edib.
Bu gün, həmçinin, Ruben Vardanyan barəsində cinayət işi üzrə məhkəmə başlayır.
Bu cinayət işinə də Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baxılacaq.
Terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, Azərbaycan Respublikası və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində cinayət işinin istintaqı aparılıb.
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğunun birgə məlumatında bildirilib ki, Rusiya Federasiyasının vətəndaşı olmuş, hazırda Ermənistan Respublikasının vətəndaşı olan, Rusiya Federasiyasında “Troyka Dialoq” şirkətinin təsisçisi və rəhbəri olmuş, Rusiya Federasiyasında “KAMAZ” ASC-nin direktorlar şurasının üzvü, həmin ölkədə “Volqa-Dnepr” şirkətlər qrupunun müstəqil direktoru və sair vəzifələrdə çalışmış Vardanyan Ruben Karlenoviç 25 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1, 279.3 və 318.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində axtarış elan edilib, 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq istintaqa təhvil verilib və həmin tarixdə ona ittiham elan edilib.
Toplanmış mötəbər sübutlar əsasında təqsirləndirilən şəxs Ruben Vardanyana Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və qanunsuz silahlı birləşmələri əhatə edən cinayətkar birlikdə, qanunsuz silahlı birləşmələrin və qrupların yaradılmasında və fəaliyyətinin təşkilində iştirak edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsi ilə bağlı yekun ittiham elan olunub.
İstintaq müddətində təqsirləndirilən şəxsin müdafiə hüququ, bildiyi dildən istifadə etmək və digər prosessual hüquqları təmin edilib. Təqsirləndirilən şəxs özünün seçdiyi vəkillərlə təmin edilib, özü və vəkilləri tərəfindən verilmiş vəsatətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib.
İbtidai istintaqın başa çatması barədə təqsirləndirilən şəxs Ruben Vardanyana və cinayət prosesinin digər iştirakçılarına məlumat verilib, onlar cinayət işi üzrə maddi sübutlar, sənədlər, ekspertiza rəyləri və digər sübutlar da daxil olmaqla, cinayət işinin bütün materialları ilə tanış edilib.
Cinayət işləri üzrə ittiham aktları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.(apa)
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Rusiya hərbçiləri Xarkov vilayətinə hücum ediblər
Rusiya Silahlı Qüvvələri Xarkova silsilə zərbələr endirib.CityPost.az xəbər verir ki, bu barədə “Get və Gör” Telegram kanalı məlumat yayıb.Hadisə şahidi bildirib ki, zərbələr Xarkovun Nemışlyanski rayonunda qeydə alınıb. Bundan başqa, Rusiya hərbçiləri Çuguev, Kupyansk və regionun digər şəhərlərinə hücum edib.Nəşr bildirir ki, silsilə zərbələr nəticəsində Ukrayna Silahlı Qüvvələrinin (AFU) infrastruktur obyektləri və yerləşdiyi yerlər vurulub. Reydlərin başqa təfərrüatları barədə məlumat verilmir.İyulun 13-də Ukraynanın iki şəhəri partlayışlardan sonra qismən işıqsız qalıb."Public. Sumy" nəşri Sumı şəhərində partlayış baş verdiyini yazıb. Bələdiyyə sədrinin səlahiyyətlərini icra edən Artem Kobzar qeyd edib ki, bundan sonra məntəqə qismən enerji itirib. Onun sözlərinə görə, Sumunun bəzi...
14 İyul 2025, 13:08

Xəstəxanada intim görüntüləri yayılan şöbə müdiri ərizə yazdı — ŞOK detallar üzə çıxdı
Bir neçə gündür sosial şəbəkələrdə Beyləqan rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin müdiri Fəxrəddin Quliyevin iş otağında çəkilmiş görüntüləri müzakirə mövzusudur.CityPost.az Musavat.com-a istinadən xəbər verir ki, həmin qeyri-etik görüntülərin yayılmasından sonra Fəxrəddin Quliyev öz ərizəsi ilə işdən çıxıb.Bu hadisə ilə bağlı maraqlı detallar üzə çıxıb. Əldə etdiyimiz məlumata görə, Fəxrəddin Quliyev həmin görüntüləri ilə şantaj da edilibmiş.Yayılan görüntülərdən aydın olur ki, video üçüncü bir şəxs tərəfindən yox, şöbə müdiri ilə münasibətdə olan həmin qadının özü tərəfindən çəkilib. Sonra həmin görüntülər müəyyən şəxs və ya şəxslər tərəfindən Fəxrəddin Quliyevə qarşı şantaj vasitəsi kimi istifadə edilib.F.Quliyev qarşı tərəflə razılığa gəlmədiyi üçün video...
14 İyul 2025, 12:54

Rusiyalı sumo güləşçisi qrup şəklində zorlamaya görə Yaponiyada həbs edilib
Amuru Mitsuhiro ləqəbi ilə tanınan keçmiş sumo güləşçisi Nikolay İvanov Yaponiyada qadına qarşı cinsi təcavüz və onun pulunu oğurladığı üçün həbs edilib.CityPost.az xarici mediaya istinadən xəbər verir ki, İvanovla birlikdə 34 yaşlı Özbəkistan vətəndaşı da həbs edilib. Tokio Metropoliten Polis Departamentinin məlumatına görə, İvanov və ikinci kişi aprelin 5-nə keçən gecə karaoke barda qadına cinsi təcavüz edib, bundan sonra ondan 40 min yen nağd pul oğurlayıblar.Qadının kişilərin onu bara dəvət etdiyini, daha sonra isə ona hücum etdiyini dedikdən sonra hüquq-mühafizə orqanları araşdırmalara başlayıb. Tokio Metropoliten Polis Departamenti həbs edilən şəxslərin cinayəti etiraf edib-etmədiklərini hələlik açıqlamayıb.İvanov ozumo tarixində yeganə etnik rusdur....
14 İyul 2025, 12:26

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən naməlum şəxsin şübhəli hərəkətləri müşahidə edilib.CityPost.az xəbər verir ki, bu barədə DSX məlumat yayıb.Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılmış və sərhəd axtarışı həyata keçirilib.Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Azərbaycan vətəndaşı – 1993-cü il təvəllüdlü Həsənov Rizman Qardaş oğlu saxlanılmış, üzərinə baxış zamanı ümumi çəkisi 13 kiloqram 400 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb....
14 İyul 2025, 11:32

Azərbaycanda şəxsi məlumatları ələ keçirən kibercinayətkarlar ifşa edilib - DTX-nin əməliyyatı
Bakı şəhəri Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən cinayət işi üzrə təqsirləndirilən Azərbaycan Respublikası vətəndaşı Hacıyev Nihad Əhməd oğlu barəsində həbs qətimkan tədbiri seçilib.CityPost.az xəbər verir ki, “darknet” tipli internet resursunun yaradılması və idarə edilməsi, orada fərdi məlumatların, qanunla paylaşılması qadağan olunan sair məlumatların satışı ilə məşğul olan Nihad Hacıyev DTX-nin həyata keçirdiyi əməliyyat-texniki tədbirlər zamanı ifşa edilmiş kibercinayətkar qrupun üzvlərindən biri kimi həbs olunub.Belə ki, o, əlaqəsində olan digər şəxslərlə birgə “xeberoxu.az” və digər informasiya portallarına kiberhücumlar təşkil edib, qeyd olunan saytın idarəetməsini ələ keçirərək xəbərlərin məzmununu dəyişdirmiş, “Çarxla Qazan.apk”, “Paypal.apk” və s. adlı, tərkibində zərərli...
14 İyul 2025, 10:21

Qazaxda əkin sahəsində kişi meyiti tapılıb
Qazax rayonunda əkin sahəsində orta yaşlı kişi meyiti aşkarlanıb.Hadisə rayonun Ağköynək kəndi ərazisində qeydə alınıb.Ağstafa rayon sakini S.Qurbanovun meyiti əkin sahəsində tapılıb. İlkin ehtimala görə, orta yaşlı kişinin ölümünə səbəb ürək tutması olub.Məlumata görə, S.Qurbanovun meyiti əkin sahəsində özünə məxsus traktordan tapılıb. O traktorla əkin işləri edirmiş. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.Faktla bağlı araşdırma aparılır.
13 İyul 2025, 12:00