Kimlər hərbi xidmətə çağırılmır?
Hərbi 18 Aprel 2025, 17:44

1951
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən bildirilib ki, hərbi xidmətdən yayınanlarla bağlı mühüm qərarlar qəbul edilib. Belə ki, Dövlət Xidməti müddətli həqiqi hərbi xidmətdən yayınma halları ilə mübarizəni gücləndirir.
Bəs hansı xəstəliyi olanlar hərbi xidmətə çağırılmır?
CityPost.az xəbər verir ki, mövzu ilə bağlı hərbi-ekspert Üzeyir Cəfərov Bizim.Media-ya açıqlama verib.
O bildirib ki, rəsmi açıqlamalardan məlumdur ki, ölkəmizdə hərbi xidmətdən yayınma halları mövcud deyil:
"Bununla bağlı Dövlət Xidməti də ciddi tədbirlər görür. Sözsüz ki, minlərlə insan arasında bəziləri ola bilsin ki, hərbi xidmətdən yayınmağa meyillidir. Ancaq hüquq mühafizə orqanları tərəfindən görülən tədbirlər sayəsində onlar öz istəklərinə nail ola bilmir".
Xəstəliklə bağlı hərbi xidmətdən yayınma hallarına gəlincə, ekspert bu xəstəliklərin müxtəlif xarakter daşıya biləcəyini vurğulayıb:
"Buna anadangəlmə xəstəliklər, infeksion xəstəliklər, irsi xəstəliklər daxildir. Bu xəstəliyi olanlar hərbi xidmətə çağırılmır. Daha ətraflı desək, sinir və psixi sağlamlıq xəstəlikləri, reproduktiv orqan xəstəlikləri, həzm sistemi xəstəlikləri, qulaq, burun və boğaz xəstəlikləri və bu kimi bədən üzvləri ilə bağlı bir sıra xəstəliyi olan şəxslər hərbi xidmətə yarasız sayılır. Bununla bağlı "e-qanun.az" saytında əhatəli məlumat mövcuddur", - deyə o bildirib.
Ekspert qeyd edib ki, vacib şərtlərdən biri hər bir kişi cinsindən olan şəxsin öz borcunu yerinə yetirməsidir:
"Bu gün baxanda görünür ki, tanınmış şəxslərin çoxu hərbi xidmətdə olmayıblar. Mən insan tanıyıram uzun illər əvvəl onunla bağlı mətbuatda geniş müzakirələr aparılıb, amma, araşdırıb arxivinə baxsaq, həmin adamın hərbi xidmətdə olmadığı məlum olar. Ona görə deyirəm ki, səslənirəm ki, hər bir şəxs kimliyindən asılı olmayaraq Vətən qarşısında öz borcunu yerinə yetirməlidir!"
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Tovuz döyüşlərindən 5 il ötür
Bu gün Tovuz döyüşlərinin növbəti ildönümüdür.CityPost.az-ın məlumatına görə, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən 5 il ötür.2020-ci il iyulun 12-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatların qarşısı qətiyyətlə alınıb.Tovuz döyüşləri də Azərbaycanın hərb tarixinə zəfər döyüşü kimi daxil olub.Ermənistanın 100-dən çox hərbçisi və onlarla hərbi obyekti məhv edilib.Bu döyüşlər zamanı general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynalov, gizir Yaşar Babayev, baş çavuş Vüqar Sadıqov, çavuş Elçin Mustafazadə, çavuş Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov şəhidlik zirvəsinə ucalıblar.Eyni zamanda,...
12 İyul 2025, 00:02

Rusiyanın Hindistandan helikopter almaq arzusu puç oldu
Rusiya və Hindistanın Ka-226T helikopterlərinin istehsalı üzrə birgə layihəsi faktiki olaraq dondurulub.CityPost.az xəbər verir ki, “The Moscow Times” Hindistanın Müdafiə Nazirliyindəki mənbələrə istinadən yazır ki, bu təşəbbüs sanksiya təzyiqi və pandemiyanın nəticələri səbəbindən özünü doğrultmayıb.Nəşrin məlumatına görə, Hindistan tərəfi hazırkı şəraitdə işi bərpa etmək üçün heç bir perspektiv görmür.Ka-226T-nin istehsalı ölkələr arasında ən böyük hərbi-texniki əməkdaşlıq layihələrindən biri olmalı idi: 200 helikopterin yığılması planlaşdırılırdı, onlardan 140-ı Hindistanda Hindustan Aeronautics Limited (HAL) zavodunda hazırlanmalı idi. “Hind-Rusiya Helikopterləri” birgə müəssisəsinin yaradılması haqqında memorandum 2016-cı ildə imzalanıb, 2019-cu ildə isə Tumakuru şəhərində müəssisənin tikintisi üçün ilk addım atılıb. Bununla belə, Hindistanın müdafiə departamentindəki...
09 İyul 2025, 22:27

Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
Azərbaycan Ordusu bölgənin ən güclü ordusu olmaqla yanaşı, regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib.Bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov Heydər Əliyev adına Hərbi İnstitutun və Hərbi Tibb Fakültəsinin buraxılış mərasimində çıxışı zamanı deyib.Onun sözlərinə görə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan Hərbi İnstitutun məzunu olmaq qürurverici və məsuliyyətlidir:“Sevindirici haldır ki, iştirak etdiyimiz təntənəli buraxılış mərasimi əlamətdar bir ilə təsadüf edir. Bu il ölkəmizdə "Konstitusiya və Suverenlik İli" kimi böyük təntənə ilə qeyd edilir. Həmçinin xalqımız Vətən müharibəsinin beşinci ildönümünü qeyd etməyə hazırlaşır. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu siyasəti...
28 İyun 2025, 14:48

Hindistan Rusiyadan silah alır
Hindistan və Rusiya qısa müddət ərzində Rusiyanın S-400 hava hücumundan müdafiə raket sistemlərinin tədarükü, Su-30 MKI-nin modernləşdirilməsi və mühüm hərbi texnikanın alınmasını müzakirə ediblər. CityPost.az xəbər verir ki, bu barədə Hindistanın Müdafiə Nazirliyi iki ölkənin müdafiə nazirliklərinin rəhbərləri Racnath Singh və Andrey Belousov arasında Çinin Qinqdao şəhərində keçirilən görüşün yekunlarına dair məlumat yayıb.“Bu, iki ölkənin müdafiə nazirləri arasında son vaxtlar ən mühüm görüşlərdən biri idi...” nazirliyin bəyanatında deyilir."S-400 sistemlərinin tədarükü, Su-30 MKI-nin modernləşdirilməsi və qısa müddət ərzində mühüm hərbi texnikanın alınması görüşün əsas mövzularından olub", - nazirlik vurğulayıb.Miri...
27 İyun 2025, 14:09

Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi barədə Sərəncam imzalayıb.
25 İyun 2025, 13:10

DİN-in Hərbi İnstitutunda növbəti buraxılış olub - VİDEO
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutunda 2024-2025-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.Bu barədə CityPost.az-a DİN-dən bildirilib.Məlumata görə, tədbirdə respublikanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib.Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.Nazir müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov təhsil müəssisəsinin inkişaf yolu, maddi-texniki və tədris bazasının gücləndirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə edib.Nazir Vilayət Eyvazov Daxili İşlər Nazirliyinin əsas struktur qurumlarından olan Daxili Qoşunların yarandığı gündən şərəfli xidmət yolu keçdiyini vurğulayıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən...
20 İyun 2025, 10:53