Bizə yazın

Baku

-°C

USD

-

Hakim olmaq istəyənlər üçün qaydalar sadələşdirilib 

Hüquq 30 İyul 2025, 10:23

1412

Azərbaycanda məhkəmə sisteminin təkmilləşdirilməsi və ədalət mühakiməsinin keyfiyyətinin artırılması istiqamətində son illərdə mühüm islahatlar həyata keçirilir. Atılan addımlar həm praktiki müstəvidə, həm də qanunvericilik səviyyəsində zəruri dəyişikliklərə yol açır.

CityPost.az    xəbər verir ki, bu kontekstdə diqqətçəkən əsas yeniliklərdən biri də hakimlərin seçim prosedurunun təkmilləşdirilməsidir.

Belə ki, əvvəllər hakim vəzifəsinə namizədlərin seçilməsi çoxsaylı əlavə elementlərlə müşayiət olunan mürəkkəb bir proses idi. Lakin indi bu proses sadələşdirilib və sürətləndirilib.

Daha dəqiq desək, hazırda hakim vəzifəsinə namizədlər test imtahanı, yazılı imtahan və müsabiqə nəticəsində seçilirlər. Yəni əvvəlki təcrübədə mövcud olan 6 mərhələli yorucu və vaxt itkisinə səbəb olan seçim proseduru indi cəmi 3 mərhələyə endirilib.

Eyni zamanda hazırkı çevik prosedurlara görə, ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslər təyinatdan dərhal sonra təlimə cəlb edilirlər. Halbuki əvvəllər təyinatdan öncə uzunmüddətli tədris kurslarında iştirak etməli idilər.

Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, hakimliyə namizədlər imtahanlarda yığdıqları balların cəminə görə sıralanır və artıq ərazi üzrə işləmək istədikləri məhkəmələri özləri seçirlər. Bu isə onu göstərir ki, artıq hakim seçimi daha ədalətli və şəffaf qaydalarla aparılır.

Mühüm yeniliklərdən biri kimi həm də hakim vəzifəsinə namizədlər üçün 30 yaş senzi ilə bağlı məhdudiyyətin ləğvini qeyd etmək yerinə düşər. Belə ki, artıq yeni qanunla ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola bilərlər.

Nəticə etibarilə, görünən odur ki, həyata keçirilən bütün bu tədbirlər hüquq peşəsinin ən ali zirvəsi olan hakimliyə gedən yolu asanlaşdırmaqla bu məqsədə çatmaq üçün real imkanlar yaradacaq.

Həmçinin hakim korpusunun daha çevik. komplektləşdirilməsinə də müsbət təsir edəcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Vəkillər Kollegiyasının orqan və qurumlarının sayı artırılır 

Vəkillər Kollegiyasının orqan və qurumlarının sayı artırılır. CityPost.az xəbər verir ki, bununla bağlı "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişiklik təklif edilir.Qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.Dəyişikliyə əsasən, kollegiya üzvlərinin ümumi yığıncağı (konfransı), Vəkillər Kollegiyasının Rəyasət Heyəti, Vəkillərin İntizam Komissiyası və Vəkillərin İxtisas Komissiyası Vəkillər Kollegiyasının orqanları hesab ediləcək. Sənəddə vurğulanır ki, Vəkillər Kollegiyası tərəfindən regional qurumlar (mərkəzlər), hüquqi yardım mərkəzləri və tədris mərkəzləri təsis oluna bilər.Qüvvədə olan qanuna görə isə Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağı (konfransı) və Vəkillər Kollegiyasının Rəyasət Heyəti kollegiyanın orqanı sayılır....

16 Sentyabr 2025, 10:23

Ali Məhkəmə "Tərtər işi"ndə təqsirləndirilən şəxslərin cinayət işi üzrə qərar verib 

"Tərtər işi" ilə bağlı ittiham olunan Fuad Ağayev, Qurban Cümşüdov, Fuad Axundov, Ramil Əhmədov və Cavid Ağadadaşovun barələrində verilmiş kassasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.CityPost.az-ın  məlumatına görə, Ali Məhkəmədə hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənin onların cəzalarının ağırlaşdırılması üçün verdiyi kassasiya şikayətinə baxılıb.Şikayət təmin edilməyib, aşağı instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb. Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Fuad Ağayev 13 il, Qurban Cümşüdov 10 il, Fuad Axundov 9 il 6 ay, Ramil Əhmədov 9 il 6 ay, Cavid Ağadadaşov isə 10 il müddətinə azadlıqdan məhrum edilib.Daha sonra onların barəsində olan hökmü Bakı Apellyasiya Məhkəməsi də dəyişdirmədən saxlayıb.Qeyd edək...

05 Sentyabr 2025, 13:40

Qusara yeni prokuror təyin olundu 

Qusar rayon prokuroru Elxan Abdrəhmanov vəzifəsindən azad olunub.CityPost.az   xəbər verir ki, bununla bağlı baş prokuror Kamran Əliyev Əmr imzalayıb.Baş prokurorun digər Əmri ilə Ceyhun Mirzəyev Qusar rayon prokuroru vəzifəsinə təyin edilib.Qeyd edək ki, xəbəri ilk olaraq Bizim.media saytı yayıb.

18 İyul 2025, 10:45

Ali Məhkəmə Fazil Mustafaya sui-qəsd işində təqsirləndirilən şəxslərlə bağlı qərar verib 

Deputat Fazil Mustafaya sui-qəsdə cəhd etməkdə təqsirləndirilən Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinovun kassasiya şikayətləri üzrə məhkəmə prosesi yekunlaşıb.CityPost.az-ın    məlumatına görə, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub.Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.Xatırladaq ki, hadisə ötən il martın 28-də Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib. Milli Məclisin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq sui-qəsd cəhdi edilib.Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və...

08 İyul 2025, 17:30

Bu rayonlara yeni prokurorlar təyin edildi 

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Kamal Əhmədov Gədəbəy rayon prokuroru vəzifəsinə təyin edilib.Bu barədə CityPost.az-a Baş Prokurorluqdan məlumat verilib.Bildirilib ki, 2011-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Kamal Əhmədov əvvəllər Kürdəmir rayon prokurorluğunda müstəntiq və böyük müstəntiq, eləcə də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində mühüm işlər üzrə müstəntiq və böyük müstəntiq vəzifələrində işləyib.Həmçinin Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Şahin Şükürov Lerik rayon prokuroru vəzifəsinə təyin edilib.Vurğulanıb ki,2007-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Şahin Şükürov əvvəllər Ağcabədi, Şəmkir və Suraxanı rayon prokurorluqlarında müstəntiq və...

17 İyun 2025, 16:42

İşçilər hansı halda işdən evə 1 saat tez gedə bilərlər?   - Vəkil Şəms Mirzəyevadan AÇIQLAMA 

Bu dəfə təqdim etdiyimiz mövzu qısa iş günü ilə bağlıdır.İşçilər hansı halda işdən evə 1 saat tez gedə bilərlər?Mövzu ilə bağlı CityPost.az  saytına açıqlama verən vəkil  Şəms Mirzəyeva bildirib ki,Azərbaycan Respublikasının Əmək Məcəllənin 108-ci maddəsinə əsasən, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti 1 saat qısaldılır.Yəni,işçilər bu günlərdə iş yerlərini 1 saat tez tərk edə bilərlər.Miri...

29 May 2025, 19:34