Bizə yazın

Baku

-°C

USD

-

Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib 

Hərbi 28 İyun 2025, 14:48

2198

Azərbaycan Ordusu bölgənin ən güclü ordusu olmaqla yanaşı, regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib.

Bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov Heydər Əliyev adına Hərbi İnstitutun və Hərbi Tibb Fakültəsinin buraxılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan Hərbi İnstitutun məzunu olmaq qürurverici və məsuliyyətlidir:

“Sevindirici haldır ki, iştirak etdiyimiz təntənəli buraxılış mərasimi əlamətdar bir ilə təsadüf edir. Bu il ölkəmizdə "Konstitusiya və Suverenlik İli" kimi böyük təntənə ilə qeyd edilir. Həmçinin xalqımız Vətən müharibəsinin beşinci ildönümünü qeyd etməyə hazırlaşır. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu siyasəti nəticəsində müasir Azərbaycan Ordusu regionun ən güclü ordusu olmaqla bölgədə sülh və əmin-amanlığın təminatçısına çevrilib. Ordu quruculuğunun əsas istiqamətlərindən biri olan hərbi təhsil sahəsində aparılan uğurlu islahatlar artıq öz bəhrəsini verir”.

Nazir bildirib ki, Azərbaycan Ordusunun peşəkar hərbi kadrlarla təmin olunmasında Hərbi İnstitutun rolu əhəmiyyətli və danılmazdır:

“İnstitutun məzunları Birinci və İkinci Qarabağ müharibələrində, eləcə antiterror və digər əməliyyatlarda fəal iştirak edib ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası naminə göstərdikləri qəhrəmanlıq və şücaətlərə görə yüksək dövlət təltiflərinə layiq görülüblər. Aprel döyüşləri, Günnüt əməliyyatı, Vətən müharibəsi və sonrakı döyüş əməliyyatları, nəhayət, 2023-cü ildə keçirilən antiterror əməliyyatı hərbi qulluqçuların peşəkarlığını, şəxsi heyətin Qələbə əzmini yüksək olduğunu göstərdi. Təntənəli mərasimdə bütün şəhidlərimizi, o cümlədən Hərbi İnstitutun şəhid və kursantlarını dərin ehtiramla yad edir, döyüşlərdə sağlamlığını itirmiş hərbi qulluqçulara Allahdan şəfa diləyirəm”.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Praqa Ukrayna Silahlı Qüvvələrinə bir milyon mərmi ötürdü

Çexiya Çex Sursat Təşəbbüsü çərçivəsində bu il Ukraynaya 1 milyon artilleriya mərmisi tədarük edib. CityPost.az   xəbər  verir  ki, bu barədə ölkənin baş naziri Petr Fiala məlumat verib.Fiala qeyd edib ki, 2024-cü ilin sonuna qədər təşəbbüs çərçivəsində 1,5 milyondan çox mərmi toplanaraq Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün çatdırılıb.Çexiya təşəbbüsü 2024-cü ilin aprelində başlayıb və anonim olaraq üçüncü ölkələrdə artilleriya mərmilərinin alınmasını, sonradan Ukraynaya çatdırılmasını nəzərdə tutur. İlk belə partiya ötən ilin iyununda gətirilib. Bundan əvvəl Çexiya prezidenti Petr Pavel 2025-ci ildə bu proqram çərçivəsində ən azı 1,8 milyon mərmi çatdırılmasının planlaşdırıldığını bildirmişdi.Nigar...

14 Avqust 2025, 14:22

Bəxtiyar Ersay Türkiyənin Birinci Ordu Komandanı təyin olunub 

Ordu generalı Bəxtiyar Ersay Türkiyə Quru Qoşunlarının Birinci Ordu Komandanı təyin olunub.CityPost.az  xəbər verir ki, bu barədə qərar Türkiyənin “Rəsmi” qəzetində çıxıb.Bununla bağlı qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.Qeyd edək ki, Bəxtiyar Ersay Azərbaycan müdafiə nazirinin müşaviridir. Ona bir neçə gün əvvəl ordu generalı rütbəsi verilmişdi.

14 Avqust 2025, 11:36

Tovuz döyüşlərindən 5 il ötür 

Bu gün Tovuz döyüşlərinin növbəti ildönümüdür.CityPost.az-ın  məlumatına görə, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən 5 il ötür.2020-ci il iyulun 12-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatların qarşısı qətiyyətlə alınıb.Tovuz döyüşləri də Azərbaycanın hərb tarixinə zəfər döyüşü kimi daxil olub.Ermənistanın 100-dən çox hərbçisi və onlarla hərbi obyekti məhv edilib.Bu döyüşlər zamanı general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynalov, gizir Yaşar Babayev, baş çavuş Vüqar Sadıqov, çavuş Elçin Mustafazadə, çavuş Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov şəhidlik zirvəsinə ucalıblar.Eyni zamanda,...

12 İyul 2025, 00:02

Rusiyanın Hindistandan helikopter almaq arzusu puç oldu 

Rusiya və Hindistanın Ka-226T helikopterlərinin istehsalı üzrə birgə layihəsi faktiki olaraq dondurulub.CityPost.az  xəbər  verir   ki, “The Moscow Times” Hindistanın Müdafiə Nazirliyindəki mənbələrə istinadən yazır  ki, bu təşəbbüs sanksiya təzyiqi və pandemiyanın nəticələri səbəbindən özünü doğrultmayıb.Nəşrin məlumatına  görə, Hindistan tərəfi hazırkı şəraitdə işi bərpa etmək üçün heç bir perspektiv görmür.Ka-226T-nin istehsalı ölkələr arasında ən böyük hərbi-texniki əməkdaşlıq layihələrindən biri olmalı idi: 200 helikopterin yığılması planlaşdırılırdı, onlardan 140-ı Hindistanda Hindustan Aeronautics Limited (HAL) zavodunda hazırlanmalı idi. “Hind-Rusiya Helikopterləri” birgə müəssisəsinin yaradılması haqqında memorandum 2016-cı ildə imzalanıb, 2019-cu ildə isə Tumakuru şəhərində müəssisənin tikintisi üçün ilk addım  atılıb. Bununla belə, Hindistanın müdafiə departamentindəki...

09 İyul 2025, 22:27

Hindistan Rusiyadan silah alır

Hindistan və Rusiya qısa müddət ərzində Rusiyanın S-400 hava hücumundan müdafiə raket sistemlərinin tədarükü, Su-30 MKI-nin modernləşdirilməsi və mühüm hərbi texnikanın alınmasını müzakirə ediblər. CityPost.az  xəbər   verir   ki, bu barədə Hindistanın Müdafiə Nazirliyi iki ölkənin müdafiə nazirliklərinin rəhbərləri Racnath Singh və Andrey Belousov arasında Çinin Qinqdao şəhərində keçirilən görüşün yekunlarına dair məlumat yayıb.“Bu, iki ölkənin müdafiə nazirləri arasında son vaxtlar ən mühüm görüşlərdən biri idi...” nazirliyin bəyanatında deyilir."S-400 sistemlərinin tədarükü, Su-30 MKI-nin modernləşdirilməsi və qısa müddət ərzində mühüm hərbi texnikanın alınması görüşün əsas mövzularından olub", - nazirlik vurğulayıb.Miri...

27 İyun 2025, 14:09

Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu təltif edilib - SİYAHI  

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi barədə Sərəncam imzalayıb.

25 İyun 2025, 13:10